Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Çinin “Dongfang Electronics Corporation” şirkətinin nümayəndələri Füzuli və Hadruta səfər edib VİDEO

Füzuli, 16 yanvar, AZƏRTAC

Çinin “Dongfang Electronics Corporation” şirkətinin nümayəndələri Bakıda keçirilən görüşlərindən sonra işğaldan azad olunmuş ərazilərə səfər ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfərdə korporasiyanın baş direktor müavini Şitan Cao, Mərkəzi Asiya filialının direktoru Vei Liu, baş menecerin məsləhətçisi Dmitri Jarovski və digər rəsmi şəxslərdən ibarət 9 nəfərlik heyət və “Azərişıq” ASC-nin nümayəndələri iştirak ediblər.

Yanvarın 16-da Füzuli şəhərinə və Xocavənd rayonunun Hadrut qəsəbəsinə gələn qonaqlara dövlətimizin dəstəyi sayəsində qısa zaman ərzində aparılan yenidənqurma işləri barəsində ətraflı məlumat verilib. Səfər zamanı tərəflər arasında elektrik təsərrüfatının müasir standartlara uyğun qurulması və yeni əməkdaşlıqlar sahəsində təcrübə mübadiləsi aparılıb.

Nümayəndə heyəti yanvarın 17-də Şuşa şəhərinə səfər edəcək.

Qeyd edək ki, Bakıda keçirilmiş COP29 tədbiri çərçivəsində “Azərişıq” ASC Çin Xalq Respublikasının “Dongfang Electronics” şirkəti ilə yeni qarşılıqlı əlaqələr və əməkdaşlıq məqsədli danışıqlar aparıb. Davam edən əməkdaşlıq çərçivəsində “Azərişıq” ASC-nin rəhbər heyəti 2024-cü il dekabrın 5-də Çinin Yantay şəhərində yerləşən “Dongfang Electronics” şirkətinin təqdim etdiyi innovativ texnologiyalar, məhsullar və beynəlxalq layihələr barədə məlumat əldə etmək məqsədilə görüş keçirib.

Xatırladaq ki, “Dongfang Electronics” şirkəti “Ağıllı Şəbəkə” sistemlərinin yaradılması və idarə edilməsi sahəsində böyük təcrübəyə malik olmaqla, bu yöndə bir çox ölkələrdə uğurlu layihələr həyata keçirib. Bundan başqa şirkət günəş panellərinin, enerji saxlama sistemlərinin və SCADA vasitəsilə idarəetmə həllərinin istehsalında ixtisaslaşıb. Bu sistemlərin tətbiqi ilə enerji istehlakında qənaət təmin olunur. Buna misal olaraq Ukraynada enerji saxlama deposu və Şandonq əyalətində 22 MVt gücündə günəş örtüyü panelləri layihələri uğurla reallaşdırılıb.

Səfər zamanı “Dongfang Electronics” şirkətinin istehsal müəssisələri ilə tanışlıq həyata keçirilib. Burada amorf nüvəli üçbucaq tipli transformatorlar, yüksək dəqiqlikli hesabat sayğacları və kameralı sayğac qutuları nümayiş olunub. Smart sayğaclar xüsusi diqqət çəkib, çünki onlar müasir rabitə protokolları (RS, GPRS, PLC) ilə təchiz olunub və qaz, su, elektrik enerjisi üçün birgə sayğac funksiyası təklif edir.

Əməkdaşlığın davamı olaraq “Dongfang Electronics Corporation”ın rəhbər heyəti Bakıya səfər edib. Yanvarın 13-19-nu əhatə edən səfər çərçivəsində korporasiyanın baş direktor müavini Şitan Cao, Mərkəzi Asiya filialının direktoru Vei Liu, baş menecerin məsləhətçisi Dmitri Jarovski və digər rəsmi şəxslərdən ibarət heyət “Azərişıq” ASC-nin rəhbər şəxsləri ilə görüş keçirib. Bu əməkdaşlıq tərəflər arasında innovativ yeniliklər və təcrübə mübadiləsi məqsədi daşıyıb.

“Dongfang Electronics Corporation”ın nümayəndə heyətinin səfəri yanvarın 19-da başa çatacaq.

Çinin “Dongfang Electronics Corporation” şirkətinin nümayəndələri Füzuli və Hadruta səfər edib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Azərbaycan mədəni düşüncəsində yeniləşmənin baniləri” mövzusunda respublika konfransı təşkil ediləcək

AMEA Beynəlxalq Elmi Şuranın Baş Assambleyasının iclasında təmsil olunub

Türkiyə və Rusiyanın XİN başçıları bölgədəki son vəziyyəti müzakirə ediblər

Güləş üzrə muxtar respublika birinciliyi keçirilib

Azərbaycan badmintonçusu: İstənilən rəqiblə mübarizə apara biləcək gücdəyik

EPF: Ermənistanın ekoloji zəhər saçan müəssisələri barədə rəqəmsal xəritə hazırlanır

Türkiyə Kuboku: "Qalatasaray" qrup mərhələsində ilk qələbəsini qazanıb - YENİLƏNİB

Çempionlar Liqasının təsnifat oyunlarında əlavə vaxt ləğv oluna bilər

Moskva əyalətində yüngülmotorlu təyyarə qəzaya uğrayıb

Azərbaycanlı professor Moskva İslam İnstitutunun tələbə və müəllim heyətinə məruzə oxuyub

AQTİ ilə ADA Universiteti əməkdaşlıq edəcək

ADA Universitetinin tələbələri üçün “Media sahəsi üzrə qanunvericiliyin ümumi aspektləri” mövzusunda mühazirə deyilib

Millinin baş məşqçisi: Bakıdakı Avropa çempionatı gənc badmintonçularımıza böyük təcrübə qazandıracaq

Britaniya Xarici İşlər Nazirliyi rus diplomatın akkreditasiyasını ləğv edib

Rusiya XİN Bakıdakı “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi ilə bağlı rəsmi Moskvanın nota aldığını təsdiqləyib

AMEA-da professor Fərid Ələkbərlinin yaradıcılığına həsr olunmuş elmi sessiya və kitab təqdimatı

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın iclası keçirilib

Parlament sədri: “Avropa Demokratiyaya Yardım Fondu” Gürcüstanda hansı sahəni maliyyələşdirdiyini dərhal açıqlamalıdır

Azərbaycan badminton millisinin Bakıda keçiriləcək Avropa çempionatı üçün heyəti bəlli olub

Azərbaycan Kuboku: “Zirə” ilk oyunda “Araz-Naxçıvan”a uduzub

İngiltərə Bankı faiz dərəcəsini azaldıb

Eldorado Latın Amerikasında ən böyük sıxlığa malik hava limanı oldu

® “Azercell” Şəkinin qadın sahibkarlarını dəstəkləyir

Azərbaycanda orta aylıq əməkhaqqı 8 faiz artıb

Qəbələdə vətəndaşlar qanunsuz saxladıqları odlu silahları polisə təhvil veriblər

BDU-nun nümayəndə heyəti BMT-nin COPUOS Elm və Texnika Altkomitəsinin sessiyasında təmsil olunub

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Primorsk-Axtarsk” aerodromuna zərbə endirilməsini təsdiqləyib

Müşahidələr dövründə qeydə alınan ən isti yanvar ayı iqlimşünasları narahat edib

Qarabağ və Şərqi Zəngəzurun mədəni irsi və tarixi-mədəni abidələri ilə bağlı fotolayihə həyata keçirilir

Nazirlik: Yeni artımlar üçün əlavə 1,4 milyard manat vəsait nəzərdə tutulub

XİN: Azərbaycanda “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərilib

Dayanıqlı inkişafda keyfiyyətli təhsil amili - seminar

Türkiyə Prezidenti 2023-cü il zəlzələlərinin ikinci ildönümü ilə bağlı paylaşım edib

Pakistanda terror aktı nəticəsində üç polis ölüb, beşi yaralanıb

Türkiyədə yaşanan “Əsrin fəlakəti”nin günahsız qurbanlarının xatirəsinə

Qərbi Azərbaycandan olan həndbol hakimi: İnanıram ki, tezliklə yurd həsrətinə son qoyulacaq

Gənc istedad Zərrin Şükürovanın solo konserti və kitabının təqdimatı keçirilib

Mərkəzi Hərbi Poliklinikada simpozium: tibbi elmi araşdırmalar təqdim edilib

Azərbaycan-Türkiyə Turizm üzrə Birgə İşçi Qrupunun 4-cü iclası keçirilib

İlmə-ilmə yaşayan tarix: Qarabağ xalçaları - REPORTAJ VİDEO

Nazir: 2025-2026-cı tədris ili üçün Qarabağ Universitetində təxminən 1500 tələbənin təhsilə başlaması hədəflənir

ADAU ilə “Alkan Consulting Group” MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

İcmaəsaslı Təlim Qrupları layihəsi çərçivəsində ölkə üzrə 886 mərkəz fəaliyyət göstərir

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli və “Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə əlavə tədbirlər haqqında” 2018-ci il 1 may tarixli 29 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Qırğızıstan və Çin arasında 700 milyon dollar dəyərində 19 müqavilə imzalanıb

“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın məzarı ziyarət edilib

S.R.Babayevin Azərbaycan Respublikasının maliyyə naziri təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

S.R.Babayevin Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən azad edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Məktəblərdə yeni metodik xidmət strukturu müəyyən edilib

Məşhur futbolçu karyerasını başa vurub

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Naxçıvanda açıq kitabxana yaradılacaq

Nazir: Metodik xidməti olan məktəblərin sayının 96-ya çatdırılması planlaşdırılır

Emin Əmrullayev: Azərbaycanda ümumi təhsil müəssisələrinin rasionallaşdırılması həyata keçirilir

Numan Kurtulmuş: Trampın Qəzza sektoru üzrə planı real olmayan arzudur

Azərbaycanın təhsil müəssisələrində “Məktəblinin dostu” layihəsi genişlənir

İxtisaslaşdırılmış müalicə müəssisəsində fövqəladə hallar zamanı davranış qaydaları ilə bağlı təlim keçirilib

Nazir: Məktəb direktorluğuna namizədlərin fənn bilikləri yoxlanacaq VİDEO

Faktiki hava: bəzi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunur

"Qalatasaray" yeni transferini İstanbula gizli gətirib

Özbəkistan Mədəniyyət İnstitutunun səhnəsində Azərbaycan klassiklərinin əsərləri təqdim olunacaq

Bakı məktəblərində “Rəqəmsal məktəb” platforması istifadəyə verilir

Sorğu: Ukraynanın Aİ və NATO-ya üzvlüyünə dəstək sabit şəkildə yüksəkdir

AQTA: “İlğım” əmtəə nişanlı saxta “Himalay duzu” satışdan geri çağırılıb

Bu il sertifikatlaşdırılma prosesinə cəlb ediləcək yeni fənlərin adları açıqlanıb RƏSMİ VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir

Professor: Elektrik enerjisinin ötürülməsində itkilərin qarşısının alınması aktual mövzulardan biri olub

Türkiyəli ekspert: Fransa 1915-ci il hadisələri mövzusu ətrafında fəal şəkildə manipulyasiya edir

Belarus daşqınlardan zərər çəkmiş Keniya sakinlərinə humanitar yardım göndərib

Akademik İsa Həbibbəyli: Fərid Ələkbərli tibb əlyazmalarının tədqiqi məktəbini formalaşdırıb

Rusiyalı mütəxəssis: Berezutski “Sabah”da daha yaxşı nəticələr əldə edəcək

Gəncə Dövlət Milli Dram Teatrı "Bölgə teatrlarının Bakı premyeraları" layihəsində iştirak edib

SOCAR və BƏƏ neft şirkəti ilə əməkdaşlıq imkanları müzakirə edilib

Fevralın 6-sı Ümumdünya Mobil Telefondan İmtina Günüdür

Rəqəmsal inkişaf və nəqliyyat naziri Hacıqabulda vətəndaşlarla görüşüb

Vəkilliyə qəbulla bağlı test imtahanına sənəd qəbulu başlanıb

Azərbaycanda fəaliyyət göstərən operator və provayderlər qarşısında yeni tələblər qoyulacaq

Baş Prokurorluqda vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün müsahibə elan olunub

İrakli Kobaxidze: ABŞ səfirliyi, USAID, NED və digər qurumlar bizə qarşı koordinasiyalı şəkildə hərəkət etdilər

“İnnovasiya” işçi qrupunun növbəti iclası keçirilib

Gənclər Kitabxanasında yazıçı Xanım Aydının kitablarının təqdimatı olub

® “Coca-Cola” şirkəti Azərbaycanda 5000 iş yerini dəstəkləyir

Şuşa Rayon Mərkəzi Xəstəxanasının inşası yekunlaşır FOTO VİDEO

SOCAR Sloveniya şirkətləri ilə əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə edib

Yüksək dağlıq ərazilərdə qar yağacağı, şaxta olacağı gözlənilir

İsveçin Erebru şəhərində məktəbə silahla hücum edən şəxsin adı məlum olub

Kaxa Kaladze: Xaricdən alınan vəsaitlər inqilabi ssenariyə sərf olunurdu

“Fənərbağça” kubok oyununda zədələnən 3 futbolçunun durumunu açıqlayıb

Deputat: USAID-ə qarşı irəli sürülən ittihamlar çox ciddidir və mütləq araşdırılmalıdır

Rusiya və ABŞ Ukraynada münaqişənin nizamlanması üzrə ilkin təmaslara başlayıb

RF Dövlət Duması xarici vətəndaşların tibbi müayinəsi haqqında təşəbbüslər irəli sürəcək

Rusiyada nəzarətdə olan şəxslərin reyestri tətbiq olunur

AzMİU əməkdaşlarının ixtirası enerji itkisini 80 faizədək azalda bilər

Biləsuvarda “Nəbi Xəzri – 100” adlı ədəbi-bədii gecə keçirilib

Azərbaycanlı UFC döyüşçüsü: Bütün dünyada çoxlu pərəstişkarım var

Ağdam, Xocalı, Xankəndi və Ağdərədə dövlət və özəl qurumların əməkdaşları minalarla bağlı maarifləndiriliblər

Lənkərana yağan intensiv leysan yağışları qazın və elektrik enerjisinin verilişində problem yaratmayıb