Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

ÇOX YEMƏK AZ YEMƏKDƏN DƏ QOYAR, YAXUD TOXLUĞUN AXIRI PİS OLUR

Berlin, 4 aprel (AZƏRTAC). Rusiyanın “REGNUM” onlayn-nəşri martın 25-də Minsk qrupunun fransalı həmsədri Bernar Fasyeni kəskin tənqid edən Ermənistan parlamentinin müxalifətdə olan “İrs” partiyasından deputatı Larisa Alaverdiyanın bəyanatını yaymışdır. Xatırladaq ki, B.Fasye öz çıxışında bildirmişdi ki, Dağlıq Qarabağın öz müqəddəratını təyin etməsi ora yalnız Azərbaycan əhalisinin geri qayıtmasından və Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Dağlıq Qarabağ ətrafındakı yeddi rayonunun azad edilməsindən 10-15 il sonra mümkündür. B.Fasyenin rusiyalı həmkarı Yuri Merzlyakov isə əlavə etmişdi ki, sülh prosesinin birinci mərhələsi başa çatandan, yəni ətraf rayonlar qeyd-şərtsiz azad edildikdən və Azərbaycan icması Dağlıq Qarabağa qayıtdıqdan sonra modallığı və regionun statusuna dair gələcək səsvermənin mexanizmlərini müəyyənləşdirmək üzrə dialoqa başlamaq olar. Rusiya diplomatının sözlərinə görə, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsinə dair referendumun modelini hazırlamayana qədər onun keçirilməsindən danışmaq hələ tezdir. Y.Merzlyakov qeyd etmişdir ki, referendumun keçirilməsi prinsip kimi müəyyənləşdirilmişdir və münaqişə tərəflərinə həmsədrlər tərəfindən təklif edilmişdir. Merzlyakov demişdir: “Tərəflər həmin səsvermənin modallığına dair razılığa gələndən sonra Dağlıq Qarabağ əhalisi öz iradəsini sərbəst ifadə edəcəkdir”.

Beləliklə, sülh prosesinin birinci mərhələsinin tərkib elementlərini həll edilmiş məsələ saymaq olar. Bu, inkaredilməzdir və gələcəkdə müzakirə mövzusu ola bilməz. Lakin Dağlıq Qarabağın qəti statusunun müəyyənləşdirilməsinə dair səsvermənin keçirilməsi formatı məsələsi hələ də açıq qalır və ümumiyyətlə, yaxşı vaxtlara saxlanılmışdır. Bu səsvermə Azərbaycan Konstitusiyasına müvafiq olaraq bütün dövlətin ərazisində, yaxud təkcə Qarabağda keçiriləcək, yoxsa, veto hüququ ilə ayrı-ayrılıqda iki icmanın səs verməsi, yaxud vilayətin əhalisinin sadə səs çoxluğu yolu ilə həll ediləcək, ən nəhayət, status məsələsi Azərbaycanın ərazi bütövlüyü və ondan ayrılmanın mümkünlüyü çərçivəsində ifadə ediləcək, - bütün bu təfərrüatlar tərəflər arasında sülh prosesinin son mərhələsində, yəni Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ətraf rayonların azad edilməsindən, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasından, ərazilərin minalardan təmizlənməsindən, regionun iqtisadi infrastrukturunun bərpa edilməsindən, kommunikasiyaların açılmasından, iki icma arasında, habelə Dağlıq Qarabağın birgə formalaşdırılmış yerli idarəetmə orqanları ilə Bakıdakı mərkəzi hökumət arasında etimada söykənən münasibətlərin yaranmasından sonra müzakirə edilib razılaşdırılacaqdır. Madrid prinsiplərinin əsasını məhz bu məqamlar təşkil edir ki, tərəflər də danışıqları həmin prinsiplərin bazasında davam etdirməyə razılaşmış və həmsədrlər də son vaxtlar onları qismən səsləndirməyə başlamışlar.

Alaverdiyan belə bir sual verir: “Belə olduğu halda, bəs, biz 21 il ərzində nə işlə məşğul olmuşuq?” Həqiqətən, yaxşı sualdır. Zənnimcə, bütün bu illər ərzində Alaverdiyanın siyasi elitadakı həmkarları cəfəng daşnak ideologiyası olan “miatsum”dan məst olmuşdular və bunun yaxşı nəticələnməyəcəyini (ilk növbədə ermənilərin özləri üçün) və Ermənistanın qəsb etdiyi qonşu əraziləri, eləcə də azərbaycanlı məcburi köçkünləri münaqişədən əvvəl yaşadıqları doğma yurd-yuvalarına, o cümlədən Dağlıq Qarabağa qaytarmaq məcburiyyətində qalacağının labüdlüyü ilə barışacaqlarını başa düşmürdülər. Axı, bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair istənilən danışıqlara ahəng verən beynəlxalq hüququn ən əsas və müqəddəs prinsipidir. Erməni tərəfi nə qədər hərləyib-fırlasa, müqavimət göstərsə və hətta dünyanın bütün əhalisini öz iradəsinə tabe etdirsə belə, labüd aqibətin qarşısını ala bilməyəcəkdir. Ermənilər hər nə qədər daxili həmrəylik nümayiş etdirsələr də, Dağlıq Qarabağın ətraf rayonlarını qeyd-şərtsiz azad etməli və azərbaycanlıların ora geri qayıtmalarına hazır olmalıdırlar. Bu, sadəcə, faktdır. Qarabağ zəminində Levon Ter-Petrosyanı devirmiş “qırğı” ləqəbli Robert Koçaryan da son nəticədə bunun labüdlüyünü dərk etmişdir. Hətta türklərə heyvani nifrət bəsləyən Andraniki, Lalayanı, Njdeni, Dronu və hər hansı digər daşnakı xortladıb qəbirdən çıxartsalar və müasir Ermənistanın başına qoysalar belə, müəyyən daxili müqavimətdən sonra o da bunun labüdlüyünü dərk edəcəkdir. Bu barədə ermənilərə xəbərdarlıq edilmiş, inadla onları qandırmağa çalışmışdılar. Lakin inadkar olmaları sadə həqiqəti və labüd nəticəni irəlicədən görmələrinə imkan verməmişdi. Bu da sizin üçün qanunauyğun nəticə: 21 ildən sonra erməni parlamentinin deputatı gözlənilmədən heyrətlənir ki, əgər işğal edilmiş ərazilər və yerindən-yurdundan qovulmuş azərbaycanlılar, həmsədrlərin dediyi kimi, geri qaytarılacaqsa, bəs, bu illər ərzində onlar nə işlə məşğul olmuşlar? 21 il əvvəl sizi ağıla-kamala dəvət edəndə yaxşı dinləmək, balayanların və kaputikyanların ağlı ilə deyil, öz ağlınızla hərəkət etməliydiniz. Onda 20 il ərzində itirdiyiniz imkanlar sizin üçün hədər getməzdi.

Alaverdiyanın sözlərinə görə, Dağlıq Qarabağın fransalı həmsədr tərəfindən “asimmetrik formada” təklif edilmiş və kənara qoyulmuş statusu o deməkdir ki, “Qarabağ erməniləri Azərbaycanın istibdadı altında qalırlar”. İki ölkə ictimaiyyətinin nümayəndələrinin həmsədrlərin iştirakı ilə martın axırında Vyanada keçirilmiş görüşündə də Ermənistan nümayəndə heyəti oxşar narazılığını ifadə etmişdi. Nümayəndə heyətinin üzvləri bildirmişdilər ki, Madrid prinsipləri Ermənistan üçün məqbul deyildir, çünki yeddi rayonu azad edən və azərbaycanlı məcburi köçkünləri geri qəbul edən ermənilər bunun müqabilində heç nə əldə etmirlər. Əgər yeddi rayonun işğalı faktının özü tamamilə qanunsuzdursa və ermənilər BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirməli və heç bir hərrac predmeti, nə də ümumiyyətlə, ümumi kontekstin bir hissəsi olmayan torpaqları - ətraf rayonları qeyd-şərtsiz azad etməli olduqları barədə lap əvvəldən xəbərdar edilmişdilərsə, bunun müqabilində nə əldə etmək istəyir və hansı “kompensasiyaya” ümid bəsləyirlər. Əlbəttə, heç nə! Söhbət ancaq hərbi əməliyyatların başlanması ehtimalının azalmasından gedə bilər, çünki Ermənistanın ətraf yeddi rayonu azad etmək istəməməsi hərbi ssenarini, əslində, qaçılmaz edərdi. “Əziz qonşular”, kompromislər Dağlıq Qarabağın hüdudlarından kənarda deyil, onun daxilində başlayır.

Bax, burada L.Alaverdiyan sensasiyalı etirafı ilə hamını mat qoyur. Fasyenin “Əslində, Dağlıq Qarabağ və onun ətrafındakı ərazilər mövcuddur” müddəasına müraciət edərək gözlənilmədən deyir: “Yüksək dərəcəli bir diplomat üçün bu, olduqca qəribədir. Axı, məlumdur ki, Dağlıq Qarabağın nəzarət etdiyi bütün ərazilər beynəlxalq statusa görə mübahisəlidir”.

Bax, belə! Belə vəziyyətdə Qleb Jeqlov mütləq deyərdi: “Nə demək istəyirsən, Şarapov, toxluq etmisən?" Kimə məlumdur??? Hansı beynəlxalq statusa görə??? Əgər Dağlıq Qarabağın özü dünya birliyi tərəfindən mübahisəli deyil, Azərbaycanın işğal edilmiş regionu və tərkib hissəsi kimi qəbul edilirsə, hansı siyasətçinin xəstə beynində həmin ərazilər bədahətən "mübahisəli" olmuşdur. Ermənistan parlamentində, bax, belə deputatlar oturmuşlar. Qoy, həmsədrlər bizi daha yaxşı başa düşmək üçün belə cəfəng bəyanatları tez-tez oxusunlar, onda bütün illər ərzində kimlə mübarizə apardığımızın və bu gün kimin tənqidinə məruz qaldıqlarının şahidi olarlar.

"Azərbaycan sübut etmişdir ki, "soyqırımı törədən" dövlət kimi meydana gəlmişdir. Azərbaycanın 1988-ci ildən etibarən atdığı ilk addımlar bütün ölkədə, o cümlədən Dağlıq Qarabağda ermənilərin soyqırımı siyasətini davam etdirmişdir. Yeri gəlmişkən, soyqırımı hətta ermənilərin tamam olmadığı halda da davam etdirilir" - deyən Alaverdiyan üç cümlədə üç dəfə "soyqırım" sözünü işlədir. Erməni deputatı həyəcan təbili çalaraq deyir: "Bu, ekstremizmin tüğyanı deyil, Azərbaycanın dövlət siyasətidir. Belə vəziyyətdə Fasyenin təklifi Qarabağ xalqını məhv etmək deməkdir".

Larisa Alaverdyan B.Fasyenin diqqəti yalnız azərbaycanlı məcburi köçkünlərin geri qaytarılmasına yönəltdiyini də başa düşə bilmir. Onun sözlərinə görə, regionda sonradan qovulmuş ermənilər də yaşamışlar: “Nədir, onlara həmin yeddi rayona gəlmək qadağan ediləcəkdir? Nə üçün belə assimmetriya? Bu o demək deyilmi ki, Şərqi Zaqafqaziyanın ermənilərdən etnik təmizlənməsi Fasyenin şəxsində Minsk qrupu, yaxud onun həmsədrlərindən biri tərəfindən dəstəklənir?”

Əvvələn, əgər söhbət Dağlıq Qarabağdan gedirsə, ermənilər oradan qovulmamışdır, rahat yaşamaqdadırlar. Bundan əlavə, DQMV-nin yeddi deyil, həmişə beş rayonu olmuşdur. İkincisi, əgər Alaverdyan yeddi rayon dedikdə, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağa bitişik rayonlarını nəzərdə tutursa, Azərbaycan 212 min qaçqının və onların nəsillərinin simmetrik şəkildə Ermənistana qaytarılması şərtilə erməni millətindən olan keçmiş sakinlərinin həmin rayonlara geri qayıtmasına etiraz etməyəcəkdir. “İrs” partiyasından olan deputata xatırladaq ki, Dağlıq Qarabağ azərbaycanlılarına Dağlıq Qarabağın hüdudlarından kənardakı deyil, onun öz erməniləri ekvivalent ola bilər. Azərbaycanın qalan bölgələrindən erməni qaçqınlarının ekvivalenti isə hələ 1988-ci ilin əvvəlinə qədər Ermənistanda qeydiyyatda olan azərbaycanlılar və onların nəsilləri ola bilər. Madam Alaverdiyan, belə çıxır, B.Fasyenin sözlərində heç bir asimmetriya yoxdur!

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Elza Səmədova: Milan Konqresində tələbələrimizin iştirakı Azərbaycanın ali təhsil sisteminin uğurudur

Lənkərandakı pravoslav məbədində Müqəddəs taxt-tac bayramı günü qeyd olunub

“Kitabxana-informasiya infrastrukturunun dayanıqlı inkişafı” - elmi seminar

Azərbaycanda fərdi sahibkarların 77 faizi kişilərdir

® Bir depozit, bir ağac: “Birbank”la yaşıl dünyaya öz töhfəni ver

Yanvar-avqust aylarında Azərbaycanda 30 mindən çox nikah qeydə alınıb

İctimai iaşə dövriyyəsi artıb

Azərbaycanın Baş naziri ilə Rusiya Hökumətinin sədri arasında telefon danışığı olub

Amerikalı basketbolçu: Azərbaycan sülhsevər və sakit ölkədir

Ələt–Astara–İran magistral avtomobil yolunun 26 kilometrlik hissəsi yenidən qurulub

Daha 305 şəxs üçün peşə kursları təşkil edilib

“Şükriyyə” tamaşası Gəncədə nümayiş olunub

Yanvar-sentyabr aylarında bir istehlakçı orta hesabla ayda 582 manat xərcləyib

“COP29: Yaşıl dünya naminə həmrəy olaq” - BMU-da forum

Qərbi Balkan ölkələrindən gənclərin köçünü dayandırmaq çətin olacaq

Asiya Parlament Assambleyasının Koordinasiya iclasında Cənubi Qafqazdakı proseslər barədə məlumat verilib

® Arzu Alıyeva: Hüquqlarınızı qorumaq üçün hüquqşünas olmaq lazım deyil

Səkkiz ayda Azərbaycanda 68 mindən çox körpə doğulub

“Xurşidbanu Natəvan” yenidən Milli Dram Teatrının səhnəsində

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi açıqlanıb

İnformasiya və rabitə müəssisələri əhaliyə 2,5 milyard manatlıq xidmət göstərib

“Zaqatala AGRO İndustry” İtaliya və Qazaxıstana 60 ton quru tütün ixrac edib

Azərbaycanda kreditlərin əksəriyyəti banklar tərəfindən verilib

Kasım-Jomart Tokayev: Qazaxıstan Azərbaycan ilə Ermənistan arasında danışıqlar platformasını yenidən təklif etməyə hazırdır

Azərbaycanda əhalinin sayı 10 milyon 210 min nəfərə yaxınlaşır

Oktyabrın 11-də muxtar respublikanın elektrik enerjisinə tələbatı tam alternativ enerji hesabına ödənilib

Cənubi Koreya yolların partladılmasına xəbərdarlıq atəşi ilə cavab verib

Bu gün Pakistanda Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Zirvə görüşü işinə başlayır

İzmirdə Həsən bəy Zərdabiyə həsr olunan simpozium keçirilib

Bakıda “Türk dünyasında sürücülük təhsili” konfransı keçirilib

Türkiyədə əcnəbilərin bir sıra kateqoriyası üçün işədüzəlmə tələbləri yumşaldılır

Türkiyənin “TRT” radiosunda Xalq artisti Cahangir Cahangirova həsr olunan veriliş yayımlanıb

Daha 38 məhkum sosial-psixoloji yardım xidmətinə cəlb ediləcək

“Mezzo” telekanalı cazmen Şahin Növrəslinin konsertini canlı yayımda təqdim edəcək

Varşava İqtisadiyyat Universitetində Qərbi Azərbaycanla bağlı sərgi açılıb

BDU-nun 4 tələbə və məzunu ikinci “Maarifçi” təcrübə proqramının iştirakçısıdır

Hakim “Gürcü Arzusu” partiyası Cozef Borrelin bəyanatını reallıqdan uzaq və ədalətsiz adlandırıb

Əhalinin hər bir nəfəri ödənişli xidmətlərə orta hesabla 890 manat xərcləyib

Şabran rayonunda Aqrar Biznes Festivalı və toxum sərgi-satış yarmarkası keçirilib

15 Oktyabr - Qələbəyə aparan yolun başlanğıcı ŞƏRH

Ölkədə benzin və dizel yanacağı satışından əldə olunan gəlirlər 6,3 faiz artıb

Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb

AQTA balıqçılıq sahəsində fəaliyyət göstərən müəssisələrdə epizootoloji monitorinqlər keçirəcək

Neft-qaz sektorunda 31 milyard manatlıq ÜDM istehsal olunub

Gülnarə Xəlilovanın kolleksiyası Şimali Kiprdə təqdim olunub

Banklardakı əmanətlərin 66 faizi milli valyutadadır

Azərbaycan savatçıları dünya çempionatından 2 medalla dönüblər

® Günel Qəmbərova: Erkən aşkar edilən süd vəzi xərçəngini tam sağaltmaq mümkündür

Cənubi Qafqaz Boru Kəməri ilə nəql olunan qazın həcmi 17 milyard kubmetrə yaxın olub

“Real Madrid”in sabiq futbolçusu “Boka Xuniors”un baş məşqçisi təyin olunub

Azərbaycan əhalisinin gəlirləri artıb

Qəhvəyi mərmər bağacığı aşkarlandıqda nə etmək lazımdır?

Bakı-Tbilisi-Ceyhan ilə daşınan neftin həcmi açıqlanıb

Azərbaycanda həbs edilən xarici vətəndaşlar Rumıniyaya və Lüksemburqa təhvil verilib

Bu il dövlət büdcəsi 2,8 faiz profisitlə icra olunub

Vatikanın Ukraynada sülh missiyasının rəhbəri Moskvada danışıqlar aparıb

Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacaq

Sabiq gömrük əməkdaşları barəsində hökmlərdən kassasiya protestləri verilib

Deputat: Azərbaycan kosmos sənayesinə və qlobal çağırışların həllinə töhfə verən ölkədir

Azərbaycan Prezidenti ölkəmizi zirvələrə ucaldır, zəfərdən-zəfərə aparır ŞƏRH

Bu il Azərbaycanda əhalinin hər nəfəri pərakəndə ticarət şəbəkəsində ayda orta hesabla 465 manat xərcləyib

Avropanın yeraltı anbarlarında qaz ehtiyatlarının həcmi 95 faizi ötüb

Bugünkü hərracda bankların dollara olan tələbi 83 milyona yaxınlaşıb

Rəssamlar nəslinin nümayəndəsi Rəna Tağıyeva: Sevgi hissi yaradıcılığımın həlledici amilidir

Çinin ənənəvi “Çunyan – əkiz doqquzlar” bayramı qeyd olunub

Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 1,3 faiz artıb

Tacikistan bankının nümayəndələri SİF-də təcrübə mübadiləsi proqramında iştirak ediblər

Rektor: İnformasiya təhlükəsizliyi istiqamətində Azərbaycanda kadr hazırlığı artırılmalıdır

Saməddin Əsədov: Astronavtika Konqresində Azərbaycanın iqlim dəyişikliyi ilə mübarizədə gördüyü işlərdən danışırıq

Azərbaycan Ordusunda İntellektual qabiliyyətli bölmələr yaradılıb

“Xəzər İnşaat Həftəsi” çərçivəsində keçirilən 4-cü Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisinin iştirakçılarına

Arif Əsədov: Samir Abasov “Neftçi” üçün uğurlu seçimdir

Xankəndidə Dövlət Bayrağımızın ucaldılması Zəfər tariximizə daha bir şanlı səhifəni yazdı - ŞƏRH

Pandemiya dövründə Koreya Azərbaycana 300 min dollar dəyərində qoruyucu maska ianə edib

Ermənistanın havadarları Cənubi Qafqazda separatizmin yenidən baş qaldırmasına can atırlar ŞƏRH

Vətən müharibəsinin xronikası: 15 oktyabr

Azərbaycanın yaşıl enerjiyə keçidlə bağlı öz təcrübəsi var ŞƏRH

Səfir: Koreya səhiyyə təcrübəsini Azərbaycana ötürmək üçün səy göstərir

Milli Məclislə Parlamentlərarası İttifaq arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib

Koreya Hökuməti Gəncə Şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə edib

Rektor: Hazırda Azərbaycanda ən seçilmiş ixtisaslar rəqəmsal sahə ilə bağlıdır

Rəhman Hacıyev: Qarabağda memorial komplekslərin yaradılmasına maliyyə dəstəyi ayrılacaq VİDEO

Gürcüstanda keçiriləcək seçkilərdə 13 azərbaycanlı deputat mandatı uğrunda mübarizə aparacaq

® “Ziraat Bank Azərbaycan” 2024-cü ilin üçüncü rübünü mənfəətlə başa vurub

Milli futbol liqaları FIFA-nı məhkəməyə verib

Ötən 21 ildə Azərbaycanda bütün sahələrdə sürətli inkişafa nail olunub ŞƏRH

İntensiv yağıntılar nəticəsində bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur

Akademik Rasim Əliquliyev: Azərbaycanda milli kibertəhlükəsizlik ekosistemi formalaşdırılır

Bu gün görkəmli kinorejissor Hüseyn Seyidzadənin doğum günüdür

Azərbaycanda sirk sənətinin inkişafı perspektivləri müzakirə olunub

FHN: Hacıqabulun subasmaya məruz qalmış ərazilərində təhlükəsizlik tədbirləri davam etdirilir

KXDR iki Koreyanı birləşdirən yolları dağıdıb

Vyetnamda dron ucbatından 76 min ev işıqsız qalıb

Danışan rəsmlərin solmayan rəngi və ya ABŞ-dakı sərgi- MÜSAHİBƏ

Xaçmazda “KOB Fest” sərgi-satış yarmarkası keçiriləcək

Faktiki hava: Şimşək çaxıb, bəzi yerlərdə leysan yağıb

Pan Avropa Regional Şurasının iclasında COP29 barədə qarşılıqlı fikir mübadiləsi aparılıb

Keçmiş hokkeyçi evində qətlə yetirilib

“Azərkosmos”un sədri Beynəlxalq Astronavtika Federasiyasına vitse-prezident seçilib

Masallıda “Təmiz hava” aylığı keçirilib