CƏMİYYƏT
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir
Bakı, 20 noyabr (AZƏRTAC). Noyabrın 19-da respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınmış 55 cinayət faktından 27-nin üstü “isti izlər”lə açılmışdır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.
Respublikanın avtomobil yollarında qeydə alınmış 5 yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölmüş, 4 nəfər yaralanmışdır.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 2 fakt müəyyən edilmişdir.
Cinayət törətdiyinə görə 39 nəfər tutulmuşdur.