Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 124 nömrəli Qərarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırıl-masına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 781-VIQ nömrəli Qanununun tətbiqi barədə” 2023-cü il 31 yanvar tarixli 2007 nömrəli Fərmanının 2.4-cü bəndinin və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının 2022-ci il 30 dekabr tarixli 782-VIQ nömrəli Qanununun tətbiqi barədə” 2023-cü il 31 yanvar tarixli 2008 nömrəli Fərmanının 2.3-cü bəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 oktyabr tarixli 336 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 11, maddə 1407 (Cild I) ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatının, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin qəbul etdiyi ianələrin məbləği və ianəni vermiş şəxslər barədə məlumatların təqdim edilməsi Qaydası”nın 3.1.4-cü yarımbəndindən “pul vəsait-lərinin və ya digər” sözləri çıxarılsın, həmin yarımbəndə “və “Terrorçuluğa qarşı mübarizə haqqında” sözlərindən əvvəl “, “Hədəfli maliyyə sanksiyaları haqqında” sözləri əlavə edilsin.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 21 oktyabr tarixli 337 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 11, maddə 1408 (Cild I) ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları, habelə xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəlikləri tərəfindən xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi haqqında müqavilələrin qeydiyyata alınması Qaydası”nın 3.1.5-ci yarımbəndindən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarıl-sın, həmin yarımbəndə “və “Terrorçuluğa qarşı mübarizə haqqında” sözlərindən əvvəl “, “Hədəfli maliyyə sanksiyaları haqqında” sözləri əlavə edilsin.

3. “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 oktyabr tarixli 433 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanun-vericilik Toplusu, 2018, № 10, maddə 2148 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

3.1. adında və 1-ci hissədə “monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər” sözləri “öhdəlik daşıyan” sözləri ilə əvəz edilsin;

3.2. 2-ci hissədə “2002-ci il 24 avqust tarixli 772 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının hazırlanması və qəbul edilməsi qaydası haqqında Əsasna-mə”nin 2.6-1-ci” sözləri “2023-cü il 6 oktyabr tarixli 2328 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İcra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının layihələrinin hazırlanması, razılaşdırılması, qəbul edilməsi və dərc edilməsi qaydası haqqında Əsasnamə”nin 3.5-ci” sözləri ilə əvəz edilsin;

3.3. həmin Qərarla təsdiq edilmiş “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçı-larına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi Qaydası” üzrə:

3.3.1. adında “monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər” sözləri “öhdəlik daşıyan” sözləri ilə əvəz edilsin;

3.3.2. 1-ci hissə üzrə:

3.3.2.1. 1.1-ci bənddə (hər iki halda) “monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər” sözləri “öhdəlik daşıyan” sözləri ilə əvəz edilsin;

3.3.2.2. 1.2-ci bənddə “Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər” sözləri “Öhdəlik daşıyan” sözləri ilə əvəz edilsin;

3.3.2.3. 1.3-cü bəndin birinci cümləsində “monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər” sözləri “öhdəlik daşıyan” sözləri ilə əvəz edilsin;

3.3.3. 2-ci hissə üzrə:

3.3.3.1. 2.1.1–2.1.3-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“2.1.1. öhdəlik daşıyan şəxslər - cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləri;

2.1.2. maliyyə institutları - “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – ƏL/TMM Qanunu) 1.1.8-ci maddəsində nəzərdə tutulan şəxslər;

2.1.3. qeyri-maliyyə institutları və peşə sahibləri - ƏL/TMM Qanununun 1.1.9-cu maddəsində nəzərdə tutulan şəxslər;”;

3.3.3.2. aşağıdakı məzmunda 2.1.3-1-ci yarımbənd əlavə edilsin:

“2.1.3-1. benefisiar mülkiyyətçi - ƏL/TMM Qanununun 1.1.19-cu maddəsində nəzərdə tutulan şəxs;”;

3.3.3.3. 2.1.6-cı yarımbənddə “monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər” sözləri “öhdəlik daşıyan” sözləri ilə əvəz edilsin;

3.3.4. 3-cü hissə üzrə:

3.3.4.1. adında “Monitorinq iştirakçıları” sözləri “Maliyyə institutları” sözləri ilə əvəz edilsin;

3.3.4.2. 3.1-ci bənddə “Monitorinq iştirakçılarına” sözləri “Maliyyə institutlarına” sözləri ilə əvəz edilsin;

3.3.4.3. 3.1.1-ci yarımbənddə “münasibətlər” sözü “münasibət-lərin” sözü ilə əvəz edilsin;

3.3.4.4. 3.1.2-ci yarımbənddə “on beş” sözləri “iyirmi” sözü ilə, ikinci halda “bundan” sözü “limitdən” sözü ilə əvəz edilsin;

3.3.4.5. 3.1.3–3.1.5-ci yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

“3.1.3. maliyyə vəsaitlərinin elektron köçürülməsi və virtual aktivlərlə əməliyyatların aparılmasına dair Azərbaycan Respublika-sının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq maliyyə vəsaitlərinin birdəfəlik elektron köçürülməsindən və virtual aktivlərlə aparılan birdəfəlik əməliyyatlardan əvvəl;

3.1.4. əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya terrorçuluğun maliyyələşdirilməsində istifadə edilməsinə şübhə yaradan bütün hallarda;

3.1.5. əldə edilmiş məlumat və sənədlərin doğruluğuna və ya uyğunluğuna dair şübhələr olduqda.”;

3.3.4.6. 3.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“3.2. ƏL/TMM Qanununun 4.5.2-ci və 4.6-cı maddələrinə uyğun olaraq, yüksək riskli müştəriləri prioritetləşdirməklə müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumat və sənədlərin yenilənməsi, habelə müştəri hüquqi şəxs və ya xarici hüquqi təsisat olduqda həyata keçirilən əlavə müştəri uyğunluğu tədbirlərinin tətbiqi zamanı benefisiar mülkiyyətçi barədə məlumatlar məlumat saxlayıcısı tərəfindən sorğu əsasında maliyyə institutlarına verilir.”;

3.3.5. 4-cü hissə üzrə:

3.3.5.1. adında “Monitorinqdə iştirak edən digər şəxslər” sözləri “Qeyri-maliyyə institutları və peşə sahibləri” sözləri ilə əvəz edilsin;

3.3.5.2. 4.1-ci bənddə “monitorinqdə iştirak edən digər şəxslərə” sözləri “qeyri-maliyyə institutları və peşə sahiblərinə” sözləri ilə əvəz edilsin;

3.3.5.3. 4.1.1-ci yarımbənd ləğv edilsin;

3.3.5.4. 4.1.2-ci və 4.1.3-cü yarımbəndlər aşağıdakı redaksi-yada verilsin:

“4.1.2. rieltorlar daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatlar apardıqda;

4.1.3. notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər aşağıdakı əməliyyatları apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə:

4.1.3.1. daşınmaz əmlakın alqı-satqısı;

4.1.3.2. müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması;

4.1.3.3. müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması;

4.1.3.4. hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı.”;

3.3.6. 5-ci hissə üzrə:

3.3.6.1. adında “Monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər” sözləri “Öhdəlik daşıyan” sözləri ilə əvəz edilsin;

3.3.6.2. 5.1-ci bənddə və 5.2-ci bəndin birinci cümləsində “Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər” sözləri “Öhdəlik daşıyan” sözləri ilə əvəz edilsin;

3.3.6.3. 5.3-cü və 5.4-cü bəndlərdə “monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər” sözləri “öhdəlik daşıyan” sözləri ilə əvəz edilsin;

3.3.6.4. 5.5-ci bənddə “monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər” sözləri “öhdəlik daşıyan” sözləri ilə əvəz edilsin;

3.3.6.5. 5.6-cı bənddə “monitorinq iştirakçılarının” sözləri “maliyyə institutlarının” sözləri ilə, “monitorinqdə iştirak edən digər şəxslərin” sözləri isə “qeyri-maliyyə institutları və peşə sahiblərinin (notariuslar istisna olmaqla)” sözləri ilə əvəz edilsin;

3.3.6.6. 5.7-ci bənddə “monitorinq iştirakçılarının və monito-rinqdə iştirak edən digər” sözləri “öhdəlik daşıyan” sözləri ilə əvəz edilsin;

3.3.7. 6-cı hissə üzrə:

3.3.7.1. 6.1-ci bənddə “Monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər” sözləri “Öhdəlik daşıyan” sözləri ilə əvəz edilsin və həmin bənddən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın;

3.3.7.2. 6.2-ci bənddən “pul vəsaitlərinin və ya digər” sözləri çıxarılsın və həmin bənddə “6-cı” sözləri “16-cı” sözləri ilə, “monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər” sözləri isə “öhdəlik daşıyan” sözləri ilə əvəz edilsin.

4. “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivə-sində barəsində sanksiya tətbiq edilməli olan şəxslərin Ümumi Siyahısının təsdiq olunması Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 124 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 568 (Cild I) ləğv edilsin.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 29 may 2024-cü il

№ 290

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin