Co Bayden: İlon Maskın satın aldığı “Tvitter” dünyaya yalanlar püskürür

Bakı, 5 noyabr, AZƏRTAC
ABŞ Prezidenti Co Bayden “Tvitter” kompaniyasının sahibkar İlon Mask tərəfindən alınmasından narahat olduğunu, eyni adlı sosial şəbəkənin "bütün dünyaya yalanlar püskürən" bir alət olduğunu söyləyib.
AZƏRTAC Reuters agentliyinə istinadla xəbər verir ki, Ağ evin başçısı bunu cümə günü Çikaqo şəhərində (İllinoys ştatı) keçirilən seçkiqabağı tədbirdə çıxış edərkən bildirib. "Hazırda hamımızı narahat edən budur: İlon Mask bütün dünyaya yalanlar yayan, püskürən bir alət götürür və satın alır", - Co Bayden çıxışında belə deyib.
İlon Mask “Tvitter”i 44 milyard dollara almaq barədə müqaviləni oktyabrın 27-də bağlayıb. Sosial şəbəkənin yeni sahibinin istifadəçiləri həmişəlik bloklamaq praktikasına son qoyacağı gözlənilir. O, həmçinin kontentin moderasiyası məsələsini araşdıracaq xüsusi şura yaratdığını elan edib.
Oktyabrın 31-də ABŞ-ın Qiymətli kağızlar və birjalar komissiyasının məlumat bazasında yerləşdirilən sənədlərə əsasən, milyarder kompaniyanın direktorlar şurasını buraxmağa hazırlaşır. O, “Tvitter”i satın aldıqdan dərhal sonra bir sıra rəhbər işçiləri işdən çıxarıb.
Bloomberq agentliyinin yaydığı xəbərə görə, sahibkar işçi ştatını təxminən yarıya qədər azaltmağı planlaşdırır. Cümə günü kompaniyada əməkdaşların ilk ixtisarı başlayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.05.2025 [17:41]
Aktau limanında yeni konteyner qovşağının inşası müzakirə olunub
- 16.05.2025 [17:03]
Tramp İrana nüvə sazişi ilə bağlı təklif verildiyini təsdiqləyib
- 16.05.2025 [17:00]
Donald Tramp: “Biz Putinlə görüşməliyik”
- 16.05.2025 [16:33]
Hakan Fidan Kiyevi və Moskvanı sülh şansından istifadə etməyə çağırıb
- 16.05.2025 [15:39]
Melaniya Trampın Sloveniyadakı bürünc heykəli oğurlanıb
- 16.05.2025 [15:23]