Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

COP29 çərçivəsində “COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz” adlı tədbir keçirilib VİDEO

Bakı, 13 noyabr, AZƏRTAC

Noyabrın 13-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən COP29-un baş danışıqçısı Yalçın Rəfiyev Birləşmiş Ərəb Əmirliklərinə və Braziliyaya COP29 çərçivəsində apardıqları ardıcıl əməkdaşlığa görə təşəkkürünü bildirib.

O qeyd edib ki, üçlük il ərzində ambisiyaların irəliləməsi, siyasi impulsun artırılması və problemlərin həlli istiqamətində aydın bir trayektoriya izləyərək səylə çalışıb: “Bu il Kopenhagendə “Troyka”nın rəsmi təqdimatı oldu və biz bütün tərəfləri iqlim fəaliyyətinin bütün sütunlarını, xüsusən də təsirlərin yumşaldılması və ədalətli keçid, uyğunlaşmaya inandırdıq. Müəyyənləşdirilmiş Milli Töhfələrə güclü diqqət ayrıldı. Ümumiyyətlə, “Troyka” qlobal iqlim gündəmlərində sinerji yaratmaq, həm ambisiya, həm də maliyyə mexanizmlərini irəli aparmaq, eyni zamanda, kritik icra problemlərini həll etmək və inkişaf etməkdə olan ölkələrin iqlimə davamlılığını artırmaq üçün fəaliyyət həyata keçirir. Əminəm ki, “Troyka” nəticəsində biz möhkəm, davamlı və hamı üçün ədalətli gələcək qura biləcəyik və gələcək COP tədbirləri üçün möhkəm gündəlik təmin edəcəyik”, - deyə Yalçın Rəfiyev bildirib.

Daha sonra COP29-un Prezidenti, Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin tədbir iştirakçılarına müraciəti oxunub. Müraciəti COP29-un baş danışıqçısı Yalçın Rəfiyev səsləndirib.

Müraciətdə Muxtar Babayev güclü tərəfdaşlığa görə Birləşmiş Ərəb Əmirliklərinə və Braziliyaya minnətdarlığını bildirib.

“COP28, COP29 və COP30 liderləri iqlim dəyişikliyinin çağırışına qlobal reaksiyaya rəhbərlik etmək öhdəliyində sadiqdirlər.

COP29-a sədrliyi qəbul etmək Azərbaycan üçün həm imkan, həm də məsuliyyətdir. Biz 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etmişik və bu, qlobal çağırışların yalnız kollektiv səy və qarşılıqlı dəstək nəticəsində aradan qaldırıla biləcəyinə inamımızı göstərir.

Bizim əsas strateji fəaliyyətlərimizdən biri Müəyyənləşdirilmiş Milli Töhfələrin (MMT) icrasını sürətləndirməkdir. Öz MMT-lərinin işlənib hazırlanmasında və həyata keçirilməsində xüsusən də imkanları məhdud olan ölkələrə dəstək vermək çox vacibdir. Məqsədimiz qlobal istiləşmənin 1,5 dərəcə Selsi ilə məhdudlaşdırılması hədəfinə nail olmaqdır”, - deyə COP29 Prezidenti bildirib.

Nazir bildirib ki, Azərbaycan Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan bölgələrini yaşıl enerji zonaları müəyyən edib və bu ərazilər bərpaolunan enerji, o cümlədən günəş və su enerjisi üçün əhəmiyyətli potensiala malikdir. “Bu bölgələrdəki səylərimiz təkcə Azərbaycanın emissiyaların azaldılması məqsədlərinə töhfə verməklə kifayətlənmir, həm də bizi təmiz enerji gələcəyinə keçiddə regional lider kimi mövqeləndirir. Biz bu layihələrə böyük sərmayə qoyuruq, əhəmiyyətli beynəlxalq marağı və əməkdaşlığı cəlb edirik. Ancaq təkcə ambisiya kifayət deyil. İqlim maliyyəsində əhəmiyyətli artımlar olmasa, Paris Sazişinin məqsədləri bir çox dövlətlər üçün əlçatmaz qalacaq. Qlobal birlik ambisiya ilə icra arasındakı uçurumu daha da genişləndirməyə imkan verə bilməz. Bu kontekstdə “Troyka”nın rolu həlledicidir”, - deyə müraciətdə qeyd olunub.

Tədbirdə çıxış edən Braziliyanın ətraf mühit və iqlim dəyişmələri naziri Marina Silva 400 milyon tondan çox karbon emissiyasının qarşısını aldıqlarını bildirib və qeyd edib ki, bu da bir çox ölkələrin illik emissiyasından daha böyükdür. “Məqsədimiz birlikdə həll yollarını müəyyən etmək və COP30-a doğru fəaliyyətimizi gücləndirməkdir. Mən bu prosesdə konstruktiv iştirakınıza görə hamınıza təşəkkür edirəm. Əminəm ki, bu proses nəticəsində biz geri addım atmayacağıq və COP28-də müəyyən edilmiş 1,5 hədəfinə çatmaq üçün çalışacağıq”, - deyə M.Silva diqqətə çatdırıb.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil çıxışında Dubaydan BƏƏ konsensusunda öz əksini tapmış Qlobal Baxışa dair çox aydın təlimatla ayrıldığını bildirib.

Onun sözlərinə görə, bütün tərəflərin Qlobal Baxışı MMT-də əks etdirmək baxımından tələbləri yerinə yetirməsi üçün investisiya olmalıdır. “Troyka”nın işi bu onilliyin qalan hissəsində və qarşıda duran gələcək üçün necə irəliləyəcəyimizi müəyyənləşdirəcək”, - deyə o əlavə edib.

COP28-in baş icraçı direktoru Adnan Amin çıxışında gözləntilərinin Paris məqsədlərinə uyğunlaşmaq üçün 2030-cu ilə qədər emissiyaları 43 faiz azaltmaq olduğunu qeyd edib. O bildirib ki, uyğunlaşma və dayanıqlılıq üzrə ardıcıl tədbirlər görülməlidir və bu, maliyyə ilə dəstəklənməlidir: “Dubayda ilk dəfə qəbul etdiyimiz BƏƏ konsensusu təsirlərin yumşaldılması üzrə konkret, hədəfyönümlü nəticəni özündə əks etdirib. COP29 Dubayda razılaşdırdığımız məqsədlərə çatmağa imkan verən çərçivəni, maliyyələşdirməni və həyata keçirmə vasitələrini həll edəcək. “Troyka” olaraq bizim üç sədrliyimiz əsas məsələləri müzakirə etmək üçün aktiv səy göstərirlər”, - deyə COP28-in baş icraçı direktoru əlavə edib. O vurğulayıb ki, BƏƏ konsensusunda yer alan hədəflərə çatmaq mümkün olsa bu, dünyanı onilliyin sonuna qədər tələb edilən yumşaldılmanın üçdə ikisinə çatdıracaq. Adnan Amin bunun üçün maliyyənin tələb olunduğunu deyib: “Biz maliyyəni daha əlçatan etməyə kömək edən İqlim Maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədinə sahib olmalıyıq. Biz eyni şəkildə yumşaldılma tələblərimizi həll etmək və BƏƏ-nin Müəyyənləşdirilmiş Milli Töhfələrinə uyğunlaşdırılmış ambisiya səviyyəsini sürətli şəkildə artırmaq üzərində işləyirik. Mən bilirəm ki, bir çox tərəfdaş, xüsusən də Azərbaycan buna necə töhfə verə biləcəyini nəzərdən keçirir. Buna görə də biz nümunə olmaq istəyirik”.

ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə elçisinin müavini Sue Biniaz çıxışında Braziliyaya 28-ci və 33-cü bəndlərə istinad edərək Qlobal Baxışın nəticəsini faydalı şəkildə təsdiq etdiyinə görə təşəkkür edib və qeyd edib ki, COP29-da həmin müddəalar daha da işlək vəziyyətə salınmalıdır: “Tərəflər 39-cu maddədə göstərilən Qlobal Baxışın tələblərini yerinə yetirməli və istixana qazları və 1,5 hədəfinə dair tələbləri əks etdirən Müəyyənləşdirilmiş Milli Töhfələri (MMT) təqdim etməlidir. 1,5 hədəfini saxlamaqdan daha vacib heç nə yoxdur. Biz, həmçinin inkişaf etməkdə olan ölkələrə və onların MMT-lərinin tərtibatına dəstək olmaq üçün tərəfdaşlığı yüksək qiymətləndiririk. Paris razılaşması hər şeyi edə bilməz. Hədəflər yalnız bir razılaşma ilə müqayisədə çox böyükdür. Onun digər beynəlxalq institutların, təşkilatların və təşəbbüslərin köməyinə ehtiyacı var. Biz təkcə beynəlxalq təşkilatlar kimi milli səviyyədən yuxarı səviyyəyə deyil, ondan aşağı səviyyəyə, o cümlədən özəl sektora baxmalıyıq. Bu tərəflər 1,5-in əlçatan olmasında mühüm rol oynaya bilər və oynamalıdırlar”.

Tədbirdə çıxış edən Macarıstanın İqlim Siyasəti üzrə Dövlət Katibinin müavini Daniyella Deli və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının administratoru Achim Steyner də çıxışlarında 1,5 hədəfinə nail olmaq üçün görüləcək işlərdən, Müəyyənləşdirilmiş Milli Töhfələrin icrasından, "Troyka" sədrliyinin bu istiqamətdə aktiv səylərindən bəhs ediblər.

Qeyd edək ki, “Troyka” ölkələrinə Birləşmiş Ərəb Əmirlikləri (COP28), Azərbaycan Respublikası (COP29) və Braziliya (COP30) aiddir.

COP29 çərçivəsində “COP sədrlikləri Üçlüyünün yüksəksəviyyəli dialoqu: Ortaq rifahın gələcəyinə doğru Missiya 1,5 üçün Yol Xəritəmiz” adlı tədbir keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ADU-nun Konfutsi İnstitutunun kollektivi ilə Biləsuvar Təhsil Kompleksində görüş keçirilib

Bakıda “İctimai diplomatiyada parlamentlərin rolu: Azərbaycan və Türkiyə nümunəsi” mövzusunda dəyirmi masa təşkil olunub YENİLƏNİB

İdarə rəisi: Daxil olan kiberinsidentləri mütəmadi araşdırırıq

DYP küləkli hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Xosep Qvardiola 4 futbolçunun transferə çıxarılmasını istəyib

“Yüksəliş” müsabiqəsi tərəfindən Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş intellektual yarış keçirilib

Cənubi Koreya Prezidentinin impiçmenti mümkün olmayıb

Ziyafət Əsgərov Azərbaycan və Türkiyənin təhlükəsizlik məsələlərində birgə fəaliyyətinin əhəmiyyətindən danışıb

Ümumdünya Meteorologiya Təşkilatının keçirdiyi fotomüsabiqənin qalibləri müəyyən edilib

Azərbaycan Prezidenti: İndi dünyada bütün insanlar görürlər ki, beynəlxalq hüquq anlayışı tamamilə sarsılıb

Bakı birinciliyinin qalibi: Çəkilən əziyyətin bəhrəsini görmək çox gözəl duyğudur

Qadın voleybolçuların çempionatında II tura yekun vurulub

Bakıda “Parlamentarizm: ənənələr və perspektivlər” adlı beynəlxalq konfrans keçirilib YENİLƏNİB

Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçirilib

Azərbaycan Sarayevodakı xeyriyyə yarmarkasında iştirak edib

Fuat Oktay: Azərbaycan və Türkiyə arasındakı qardaşlıq və strateji tərəfdaşlıq bütün siyasi məsələlərin fövqündə dayanır

Misli Premyer Liqası: “Araz-Naxçıvan” liderliyə yüksəlib

Azərbaycan-Türkiyə qardaşlığı bu iki dövlətin qlobal arenada daha fəal mövqe tutmasına imkan yaradıb

Ədliyyə naziri Ağdamda vətəndaşların müraciətini dinləyib

Əli Əhmədov: Beynəlxalq münasibətlər sistemi və beynəlxalq hüquq ağır böhran içərisindədir

Rusiyalı alim 2027-ci ilə qədər Arktika dənizlərində buzların tamamilə yox olacağını ehtimal edir

Qətərdə 22-ci Doha Forumu başlayıb

Tovuzda partlayış olub, iki nəfər xəsarət alıb VİDEO

Tamblinq və batut gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı keçirilib VİDEO

Kompostdan istifadə zamanı həm orqanik məhsul əldə edilir, həm də torpağın strukturu yaxşılaşır

BƏƏ-də robotların əvəz edəcəyi işçilər təqaüdə vaxtından əvvəl çıxacaqlar

YARAT-da “Özüm ilə təklikdə” adlı plastik tamaşa nümayiş olunub

Naxçıvan şəhərində yeni idman qurğuları istifadəyə verilib

Gəncədə “Yaşıl dünya naminə həmrəylik ili” Kuboku uğrunda yarış keçirilir

Bakıda Azərbaycan Milli Revmatoloji Konqresi keçirilir

FAO-nun Romadakı mənzil-qərargahında “Azərbaycan otağı” – FOTO VİDEO

NATO 2028-ci ildə yeni kibermüdafiə mərkəzini işə salacaq

Firdovsi Umudov: Avropa Ağırlıqqaldırma Akademiyasının Azərbaycanda qurulması ölkə idmanı üçün böyük təcrübə olacaq

Lənkəranda “Flaminqo festivalı” keçirilib, 200 min balıq körpəsi dənizə buraxılıb VİDEO

® “Azercell” jurnalistlər üçün “Media Texnologiyaları: yeniliklər və trendlər” adlı təlim təşkil edib

Gürcüstan hökuməti qərbdə yerləşən bir neçə qaz xəttinin “SOCAR Gas Georgia”ya satışını təsdiqləyib

AFFA nümayəndəsi “Fənərbağça” – “Atletik” oyununa təyinat alıb

“Trabzonspor” son 17 ilin ən uğursuz startına imza atıb

Marneulidə soydaşlarımıza pulsuz hüquqi yardım göstərilib

İstanbulda növbəti Beynəlxalq Strateji Kommunikasiya Sammiti keçiriləcək

Azərbaycan tarixinə dair qısametrajlı filmlərin təqdimatı keçirilib

Serbiya vətəndaşlarını Suriyanı tərk etməyə çağırıb

Filosof alimin “Heydər Əliyevin böyük siyasət yolu” monoqrafiyası çapdan çıxıb

İlin əvvəlindən Almaniya 16,5 milyard kilovat-saat nüvə enerjisi idxal edib

Nazlı Qədirova: Dədə-baba yurduma balalarımla birgə qayıtmağı böyük həsrətlə gözləyirəm

Ukrayna Danimarkadan F-16 qırıcılarının ikinci partiyasını alıb

Kukla Teatrı dekabr repertuarını açıqlayıb

TÜRKPA-nın Baş katibi: Milli Məclis sülhün, təhlükəsizliyin və qarşılıqlı anlaşmanın təşviqinə əhəmiyyətli töhfə verir

Cənubi Koreyanın hakim partiyası prezidentin impiçmenti ilə bağlı səsverməni tərk edib

Adaptasiya dövründə olan gənc əsgərlərin sağlamlığının qorunması məqsədilə hərbi hissələrdə onlarla görüşə müvəqqəti məhdudiyyət qoyulub

Milli Məclisin sədri: İkili standartlar, daxili işlərə müdaxilələr müasir dövrdə ölkələrin qarşılaşdığı neqativ hallardır

® XXI əsrin iş dünyası

Rusiyalı idmançının ağırlıqqaldırma üzrə Avropa çempionatında qazandığı medal əlindən alınıb

Rusiyalı deputat: Bakı növbəti dəfə ciddi siyasi parlament fəaliyyətinin mərkəzinə çevrilib

Gürcüstan parlamentinin komitə sədrinin müavini: Azərbaycanla strateji tərəfdaşlığı daha da dərinləşdirməyə tam hazırıq

Darxan Kıdırali: Can Azərbaycanın hər uğuruna sevinirik VİDEO

“Neftçi”nin qapıçısı: Azarkeşlər və yaşıl meydan üçün darıxmışdım

2024-cü ilin 10 ayı ərzində Orta Dəhliz ilə yükdaşımalarının həcmi 68 faiz artıb

Azərbaycan neftinin qiyməti 75 dollardan aşağı düşüb

Peşəkar Çövkən Liqasının qalibi müəyyənləşib VİDEO

“Liverpul”un oyunu fırtına təhlükəsinə görə təxirə salınıb

Şirvanda 144 yaşlı park abadlaşdırılır

İraq parlamentarisi: Qarabağ Zəfəri ilə Azərbaycan yurdundan-yuvasından didərgin salınmış xalqlara ümid işığı oldu

Murat Emir: Dünyada yaşanan təlatümlər dialoqun vacibliyini bir daha sübut edir

Ankarada “İRS-Miras” jurnalının COP29-a həsr edilmiş nömrəsi təqdim olunub

Proqnoz: Bəzi yerlərdə leysan, dağlıq ərazilərdə isə qar yağacaq VİDEO

Direktor: Biləsuvar və Neftçala Günəş Enerjisi stansiyalarının 2026-cı ildə istismara veriləcəyini gözləyirik - MÜSAHİBƏ VİDEO

Eldar İbrahimov: Uçuruma doğru gedən Azərbaycanın xilası Ümummilli Liderin xidmətləri nəticəsində mümkün olub VİDEO

Əl-Cəzirə: İsrail son günlər “Hizbullah” hərəkatı ilə əldə olunan atəşkəsi 155 dəfə pozub

Azərbaycan hakimləri bədii gimnastika tarixində ilk dəfə I kateqoriyaya layiq görülüblər

Zahid Oruc: Bölgədə sülh müqaviləsinə nail olmaq beynəlxalq təhlükəsizlik baxımından ən böyük vəzifədir VİDEO

Külli miqdarda pirotexniki vasitələrin qanunsuz ölkəyə gətirilməsinin qarşısı alınıb

Bazar günü bəzi yerlərdə qısamüddətli leysan olacaq

Məhmədşoh Gülzoda: Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan böyük uğurlar əldə edib

Cavid Abdullayev: Böyükşorda 100 meqavat gücündə stansiya tikilməsi ilə bağlı təklif almışıq VİDEO

Gənclər ekoloji problemlərin həlli istiqamətində yaradıcı yanaşmalar irəli sürüblər

Orzigül Kozixonova: Parlamentlərimiz arasındakı dostluq qrupları dövlətlərimizin münasibətlərinin dərinləşməsinə xidmət edir VİDEO

Azərbaycan İdman Akademiyasında federasiya nümayəndələri ilə görüş keçirilib

Bərdədəki “RehaPoint” məntəqəsində əlilliyi olan 1450-dək şəxsə reabilitasiya xidmətləri göstərilib

Direktor: Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının 2027-ci ildə istismara veriləcəyini planlaşdırırıq

Darxan Kıdırali: Qarabağ dost və qardaş ölkələr arasında münasibətlərin yüksəldilməsində dönüş nöqtəsi oldu

Lionel Messi karyerası ilə bağlı qərarını verib

“İnter” 11 il sonra A Seriyasında “Parma”nı evdə məğlub edib

Şamil Ayrım: Qərbi azərbaycanlıların öz torpaqlarına qayıdışı ermənilərdə narahatlıq doğurmamalıdır

Suraxanı rayonunda qanunsuz inşa olunan tikililər sökülüb VİDEO

İstanbulda binada partlayış olub, bir nəfər ölüb

İlyas Umaxanov: Azərbaycan parlamenti heç də sadə olmayan yol keçib

Fuat Oktay: Şuşa Bəyannaməsi Türkiyə və Azərbaycan dövlətlərinin ortaq gələcək qurmaq iradəsinin nümayişi olub VİDEO

Ankarada Şah İsmayıl Xətai irsinə həsr olunmuş tədbir keçirilib

Dekabrın 9-u axşamadək Bakının və Abşeron yarımadasının bəzi yerlərində fasilələrlə yağış yağacaq

“Mən Feyerbaxam” monotamaşası yenidən nümayiş olunacaq

Rusiyalı pianoçu Mixail Lidski Bakıda Bramsın şedevr əsərlərini ifa edib

Sahibə Qafarova: Azərbaycanın 1991-ci ildə müstəqilliyini bərpa etməsi parlamentimizin tarixində yeni dövrün başlanması ilə yadda qaldı VİDEO

Bakıda və Abşeron yarımadasında arabir yağış yağıb - faktiki hava

Ötən gün vətəndaşlardan götürülən silah-sursatın sayı açıqlanıb

Baş Dövlət Yol Polisi İdarəsi motosiklet və moped sürücülərinə müraciət edib

İstanbulda Türkiyədə məskunlaşan həmvətənlərimizin qəbulu başlayıb

“Xaçmaz” ES-də 5 milyard kilovat-saatdan çox elektrik enerjisi istehsal olunub

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

“Xalq şairi Nəbi Xəzri -100” adlı virtual sərgi istifadəçilərə təqdim olunub