Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib
Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-3 VİDEO

Bakı, 13 noyabr, AZƏRTAC

Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammiti keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

Sammitin moderatoru, Millətlər Birliyi təşkilatının (Commonwealth) Baş katibi Patrisia Skotlend tədbiri açaraq dedi:

-Zati-aliləri, hörmətli qonaqlar, xanımlar və cənablar, sizi salamlayıram.

İqlim dəyişmələrinin mənfi təsirinə xüsusən məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinə həsr olunmuş bu cür mühüm müzakirədə hamınızı salamlamaqdan məmnunam. Biz iqlim dəyişmələrinin ən kəskin təsiri ilə üzləşən ölkələrin rəhbərlərini eşitmək şərəfinə nail olacağıq.

Bugünkü tədbiri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev ilə açmaqdan şərəf hissi duyuram. Cənab Prezident Azərbaycan iqtisadiyyatının tam və yaddaqalan transformasiyasına nail olub. Biz onun iqlim fəaliyyətində rolunun artmasının, daha güclü beynəlxalq tərəfdaşlığın qurulmasının, xüsusən də BMT, Qoşulmama Hərəkatı və Millətlər Birliyi kimi təşkilatlar vasitəsilə əməkdaşlığı gücləndirdiyinin şahidiyik. Həmin təşkilatlarda Azərbaycan dayanıqlı iqtisadi artım və müqavimət gücünü təşviq edib.

Cənab Prezident, sözü Sizə verirəm.

x x x

Dövlətimizin başçısı Sammitdə çıxış etdi.

Prezident İlham Əliyevin
çıxışı

-Hörmətli Baş katib.

Hörmətli dövlət və hökumət başçıları.

Xanımlar və cənablar, əziz dostlar.

Mən Sammitin bütün iştirakçılarını salamlayıram. Azərbaycan COP29-a ev sahibi olduqdan sonra inkişaf edən kiçik ada dövlətləri ilə münasibətlərimiz yeni, daha yüksək səviyyəyə qalxıb. Kiçik ada dövlətlərinin səsi qlobal arenada eşidilməlidir. Mən inkişaf etmiş bütün ölkələrə, xüsusən də müstəmləkə keçmişi olan ölkələrə müraciət edirəm ki, kiçik ada dövlətlərinə maddi və texniki dəstək göstərsinlər ki, onlar ölkələrini iqlim dəyişmələrinin fəsadlarından qoruya bilsinlər. İqlim dəyişmələri hər bir ölkəyə, o cümlədən Azərbaycana təsir göstərir. Görürük ki, Xəzər dənizi ilbəil daha da dayazlaşır. Görürük ki, çaylarımızda daha az su, dağlarımızda daha az qar var. Əfsuslar ki, keçmişdə heç vaxt görmədiyimiz daşqınlar və kəskin yağışlar bu gün reallıqdır. Bir sözlə, hər bir ölkə təsirə məruz qalır, lakin kiçik ada dövlətləri üçün bu ekzistensial təhlükədir.

Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir. Biz fəlakət qarşısında zəif olan bir sıra ölkələrə qasırğa, zəlzələ və daşqınların təsirini azaltmaq üçün yardım göstərmişik. Biz, həmçinin su təchizatı, qida təhlükəsizliyi və mədəni irsin bərpası layihələrinə dəstək vermişik. Ondan çox kiçik ada dövləti Azərbaycan universitetlərində təhsil almaq üçün tələbə təqaüdü proqramımızdan yararlanıb. Qoşulmama Hərəkatında dördillik sədrliyimiz dövründə biz 80-dən artıq ölkəyə, o cümlədən 20 kiçik ada dövlətinə maliyyə və humanitar yardım göstərmişik.

Həmin ölkələrin üzləşdiyi çağırışların aradan qaldırılması COP29-da Azərbaycanın göstərdiyi səylərin əsasını təşkil edir. Bu ilin mayında COP-la bağlı planlarını müzakirə etmək üçün Baham adalarının, Tonqanın və Tuvalunun rəhbərləri Azərbaycana səfər etdilər. Qəbul olunmuş Bakı Kommünikesində COP29-da mənalı nəticələrin əldə olunmasına çağırış edilir və əlçatan iqlim maliyyəsinin vacibliyi qeyd olunur. Bu ilin sentyabrında İtki və Zərərə Cavab Fondunun fəaliyyətə başlaması ilə bağlı Bakıda ciddi irəliləyiş əldə olunmuşdur. Hazırda proses ehtiyac duyan ölkələrə, xüsusən də kiçik ada dövlətlərinə maliyyənin verilməsi üçün tamamlanmalıdır. Bu yay Azərbaycan Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzaladı.

Biz Millətlər Birliyinin kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırırıq. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi – “Azərkosmos”dan peyk məlumatlarından istifadə etmək üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır.

Hörmətli xanımlar və cənablar, fürsətdən istifadə edərək, mən beynəlxalq gündəlikdə mühüm məsələlərdən birini də qaldırmaq istəyirəm – neokolonializm və iqlim dəyişmələri. Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit Okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Həmin icmaların səsi bir çox hallarda onların metropoliyalarındakı rejimləri tərəfindən susdurulur.

Yeni Kaledoniya, Fransa Polineziyası, Mayot, Vallis və Futuna, Korsika, Reunion, Qvadelupa, Martinika, Fransa Qvianası, Sen-Pyer və Mikelon, Sent-Mert və Sent Varfolomey kimi Fransa müstəmləkələrinin xalqları, eləcə də Niderlandın Aruba, Kurasao, Sənt-Maarten, Boneyr, Sent Yefstaxiy və Saba kimi müstəmləkələrinin xalqları, – gəlin, həmin ərazidəki xalqları alqışlayaq, – bu gün XXI əsrdə də müstəmləkə hakimiyyətindən əziyyət çəkirlər. Hazırda Fransa Polineziyası və Yeni Kaledoniya 1946-1947-ci illərdə BMT tərəfindən qeyri-özünü idarə edən ərazilər kimi tanınır. Bununla belə, onların dekolonizasiya prosesi hələ də yubanır.

1966-1996-cı illər ərzində Fransa Polineziyası Fransanın apardığı 193 nüvə sınağı səbəbindən ətraf mühitin ciddi pozulması ilə üzləşib. Fransa orada torpaq və suyun kəskin dərəcədə zəhərlənməsi və radiasiyasına görə məsuliyyət daşıyır. Radiasiya səviyyəsi 4900 faizi keçib. Əgər buna Fransanın Əlcəzairdə illər boyu işğalı zamanı həyata keçirdiyi 17 nüvə sınağını əlavə etsək, biz həmin ölkə tərəfindən planetin ekosisteminə hansı zərərin vurulduğunu görərik. Fransanın dırnaqarası dəniz ərazilərində törətdiyi cinayətlər siyahısı rejimin bu yaxınlarda insan hüquqları pozulmalarını qeyd etməsək, tam olmazdı. Prezident Makronun rejimi Yeni Kaledoniyada kanakların builki legitim etiraz aksiyasında 13 nəfərin həyatına son qoymuş, 169 nəfəri yaralamışdır. 1700 insan həbs edilmişdir. Həmçinin bu il Martinika və Qvadelupada etirazlar zamanı 38 nəfər həbs olunub. Bütün bunlarla yanaşı, Fransa nə Avropa Komissiyası, nə Avropa Parlamenti, nə də ki, Avropa Şurasının Parlament Assambleyası tərəfindən pislənildi. Bu, siyasi riyakarlıqdır. Siyasi korrupsiya rəmzinə çevrilmiş iki təsisat – Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası günahsız insanların qətlinə görə Prezident Makronun hökuməti ilə məsuliyyəti bölüşür. Fransadakı bütün siyası məhbuslar dərhal azad olunmalıdır.

Əgər Avropanın əsas diplomatı Cozep Borrell Avropanı bağ, dünyanın qalan hissəsini isə cəngəllik adlandırırsa, onda Avropa Parlamenti ilə Avropa Şurası Parlament Assambleyasından daha nə gözləmək olar?! Əgər biz cəngəllikiksə, onda bizdən kənar durun və işlərimizə qarışmayın. Azərbaycan Qoşulmama Hərəkatının sədri kimi kiçik ada dövlətlərinə dəstək verib, COP29-un sədri kimi onları dəstəkləyəcək və gələcəkdə dostlarımızı dəstəkləməkdə davam edəcək.

Çox sağ olun.

x x x

Sammitdə çıxış edən BMT-nin Baş katibi Antonio Quterreş inkişaf etməkdə olan kiçik ada dövlətlərinin böyük ədalətsizliklərlə üzləşdiyini, iqlim dəyişmələrinin, artan qiymətlərin, COVID-19 pandemiyasının bu ölkələrə ciddi ziyan vurduğunu, onların hökumətlərinin çətin vəziyyətdə olduqlarını vurğulayaraq deyib: “Siz - kiçik ada dövlətləri nümayiş etdirirsiniz ki, iqlim ambisiyaları özünü necə büruzə verir. Siz cavab tədbirlərini görən ilk tərəfsiniz. Dünya sizi dəstəkləməli, ilk növbədə, temperatur artımının 1,5 dərəcədə saxlanılması üçün yorulmadan çalışmalıdır. Bu, o deməkdir ki, 2030-cu ilə qədər qlobal atılmalar illik əsasla 9 faiz azalacaq. Həmçinin ənənəvi yanacaqdan istifadə sürətlə və ədalətli şəkildə azalacaq, COP28-in nəticəsi təmin ediləcək. Bu, həmçinin o deməkdir ki, hər ölkə 1,5 dərəcəyə uyğun olması üçün COP30-a qədər yeni, iqtisadiyyatı əhatə edən milli iqlim fəaliyyəti planlarını və ya Milli səviyyədə müəyyən edilmiş töhfələr sənədini təqdim edəcək”.

COP29-da dünya səviyyəli maliyyə arxitekturasının yaradılması istiqamətində mühüm addımların atıldığını qeyd edən Baş katib bildirib: “İş burada və indi başlayır. Bizə inkişaf etməkdə olan ölkələrin ehtiyac duyduğu trilyonlarla dollarlıq vəsaitləri toplayan yeni iqlim maliyyə məqsədi lazımdır və imtiyazlı dövlət vəsaitlərində xeyli artım olmalıdır”.

Bu sahədə uğur qazanmaq üçün fəaliyyətin daha da gücləndirilməsinin zəruriliyini qeyd edən Antonio Quterreş deyib: “Bu COP çərçivəsində və ondan sonrakı dövrdə sizi fəaliyyəti tələb etmək üçün öz səlahiyyətlərinizdən istifadə etməyə çağırıram. Ədaləti tələb edin. Çünki yubanmaq olmaz”.

x x x

Millətlər Birliyi təşkilatının (Commonwealth) Baş katibi Patrisia Skotlend iqlim maliyyələşməsi işində uğurlu rəhbərliyə görə Prezident İlham Əliyevə və Baş katib Antonio Quterreşə minnətdarlıq edərək deyib: “Mən fürsətdən istifadə edərək həm Prezident Əliyevə, həm də Baş katib Antonio Quterreşə bu işlərə sadiqliyə, güclü rəhbərliyə və hərtərəfli dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm. Ümid edirik ki, maliyyə ilə bağlı bu yanaşma sayəsində COP29-da real nəticələrə nail olacağıq. Gəlin, onlara təşəkkürümüzü bildirək”.

Millətlər Birliyinin 56 üzvündən 25-nin inkişaf etməkdə olan ada dövləti olduğunu və onların çox gözəl potensialının mövcudluğunu qeyd edən Patrisia Skotlend vurğulayıb: “Onlar böyük çağırışlarla üzləşir. Onlar iqlim dəyişmələrinin intensivləşməsinə yüksək dərəcədə həssasdırlar. Bu, fiziki baxımdan daha az ərazi deməkdir. Bununla belə qlobal maliyyə qaydaları onların işini daha da çətinləşdirir. Bütün bunlar onların müqavimət gücünü zəiflədir. Bu səbəbdən kiçik ada dövlətlərinə verilən prioritet Birlik proqramımızın əsasını və beynəlxalq sistemdə fəaliyyətimizin özəyini təşkil edir”.

Patrisia Skotlend COP29 çərçivəsində kiçik ada dövlətləri ilə bağlı xüsusi tədbirin təşkilinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirərək deyib: “COP29-a sədrlik edən tərəfin elan etdiyi iqlim maliyyələşməsinə dair Fondun yaradılması təşəbbüsü mənə böyük təəssürat bağışladı. Resursların açılmasını və paylanmasını təmin etmək üçün icra mexanizmlərinin işlənilməsinə dəstək verməyə hazırıq. Mən bu təklifi ona görə verirəm ki, üzv dövlətlərimiz təcili şəkildə iqlim maliyyəsi ilə bağlı vədlərə ehtiyac duyur. Onlar buna Yaşıl İqlim Fondu, İtki və Zərərlər Fondu xətti ilə nail ola bilər”.

x x x

Sonra COP29-un prezidenti Muxtar Babayev və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin nümayəndə heyətlərinin rəhbərləri çıxış etdilər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin Sammiti keçirilib  Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-3 VİDEO

“YURDUM – sosial ekokənd” layihəsinin nümayəndələri xeyriyyə yarmarkasında iştirak ediblər

İslam dünyasının “Gənclər Paytaxtı” olan Şuşa şəhəri yenidən gəncləri bir araya gətirib

Milli Məclisdə “Qərbi Azərbaycana təhlükəsiz və ləyaqətli qayıdış” mövzusunda ictimai dinləmə keçirilib

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd olunub VİDEO

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 26 noyabr və 27 noyabr tarixli iclas protokollarının təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

® “Azercell” ahıllar üçün kibertəhlükəsizlik mövzusunda təlim keçib

Şəki Beynəlxalq Teatr Festivalında özbək yazıçısının komediyası oynanılıb

Azərbaycan nümayəndə heyəti İstanbulda Dünya Halal Sammitində iştirak edib

AzTU ilə Elektron Təhlükəsizlik Xidməti arasında əməkdaşlıq memorandumu imzalanıb

Aqrar Xidmətlər Agentliyinin sədri Sərdar Hacıyev Ağdamda vətəndaşlarla görüşəcək

Daşkəsənə qar yağıb VİDEO

Mikayıl Cabbarov: COP29-u Azərbaycanda keçirməyimiz, qlobal ətraf mühit təşəbbüslərinin önündə olmaq üçün göstərdiyimiz səyləri bir daha nümayiş etdirir

IV Sənaye İnqilabının tələblərinə uyğun mütəxəssis hazırlığında elektron dərsliklərin roluna dair müzakirə aparılıb

Ceyhun Bayramov və Gürcüstanın keçmiş xarici işlər naziri arasında telefon danışığı baş tutub

Naxçıvan şəhərində yeni işıqforlar quraşdırılacaq

“Gənc istedadlar” liseyinin şagirdləri fənn müsabiqələrinin və olimpiadanın qalibi olublar

ATU “Zəyəm Texnologiyalar Parkı” ilə əməkdaşlığa başlayıb

Ceyhun Bayramov Gürcüstanın yeni təyin edilmiş xarici işlər naziri ilə telefonla danışıb

Azərbaycan ilə Türkiyə arasında dini təhsil sahəsində əməkdaşlığa dair müzakirə aparılıb

Azərbaycan-Rusiya İşgüzar Şurasının iclası keçirilib

Səfir: Bu ilin 10 ayı ərzində Azərbaycan və BƏƏ arasında ikitərəfli ticarətin həcmi 80 milyon dolları ötüb

Şəkidə dəm qazından zəhərlənən ailə üzvlərinin vəziyyəti sabitdir

Seneqal Fransa müstəmləkə qüvvələri tərəfindən törədilən qətliamın qurbanlarının xatirəsini anır

Azərbaycan GEANT-ın Baş Assambleyasının iclasında təmsil olunub

Bakıda III Beynəlxalq Türkoloji Konqres keçirilib

İnformasiya təhlükəsizliyi və kiberdayanıqlılıq problemlərinə dair araşdırmalar aparılıb

Qərbi Azərbaycan məsələsi ilə bağlı problemin miqyasını işıqlandırmaq vacib əhəmiyyət daşıyır ŞƏRH

Azərbaycanın və Gürcüstanın XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan nümayəndə heyəti Ər-Riyadda COP16 konfransında iştirak edir

Brüsseldə intellektual oyun axşamı keçirildi

Azərbaycanın sosial siyasəti əhalinin geniş sosial təbəqəsinin müdafiəsinə yönəlib ŞƏRH

Azərbaycan və Venesuela XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Konstitusiya Məhkəməsində hakimliyə namizədlərlə görüş keçirilib

Bələdiyyə seçkiləri ilə əlaqədar YAP-ın Mərkəzi Seçki Qərargahı yaradılıb

Şəhidlərə həsr edilmiş kitablar MEK-ə təqdim olunub

İlham Rəhimli: Şəki teatrı öz üslubu, yaradıcılıq dəst-xəti olan bir kollektivdir

Fərid Qayıbov: COP29 ölkəmizin həm ekoloji problemlərin həllində fəallığı, həm də ən yüksək təşkilatçılıq qabiliyyətinin nümayişi baxımından uğurlu oldu

Masazırda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb

İstanbulda müəllif hüquqlarına və mediada süni intellektə dair simpozium keçirilir

Londonda yaşayan azərbaycanlının startapı Britaniyanın ən yaxşı 50 startapından biri olub

Naxçıvanda “Könüllülər həftəsi”nə start verilib

® “ABB mobile” tətbiqi yüksək təhlükəsizlik sertifikatı alıb!

Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib VİDEO

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının VII Hesabat-Seçki Konfransı başa çatıb

® “Ziraat Bank Azərbaycan” müştərilərinə “MilliÖn” ödəniş terminalları vasitəsilə mədaxil imkanını yaradıb!

® “Unibank”ın “Əjdaha” lotereyasının dördüncü tirajının qalibləri seçilib

Kənd təsərrüfatı naziri Xaçmazda fermerlərin müraciətlərini dinləyib

Koreyada tələbələr üçün Azərbaycan dili üzrə nitq müsabiqəsi keçirilib

Qvineya-Bisau ilə enerji sahəsində əməkdaşlıq müzakirə edilib

Şuşanın məşhur Mehmandarovlar nəsli və onların mühüm xidmətləri

Qahirə ənənəvi beynəlxalq kitab sərgisinə ev sahibliyinə hazırlaşır

Azərbaycan klubu amerikalı basketbolçu ilə müqavilə imzalayıb

Efiopiya nümayəndə heyəti “ASAN xidmət”də olub

Gənc liderlər MDB ölkələrində könüllülər hərəkatı ilinə yekun vurublar

Əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin sayı 4 dəfəyə yaxın artırılıb

Bişkekdə “Heydər Əliyev və ədəbiyyat” adlı kitab çapa hazırlanır

Dövlət katibi: Moldova Azərbaycandan Avropaya yaşıl enerji təchizatı layihəsində maraqlıdır – MÜSAHİBƏ

Ər-Riyadda metro istifadəyə verilib

ADAU-EU ikili diplom proqramı növbəti 5 il üçün akkreditasiya olunub

BDU ilə Türkiyənin Haliç Universiteti arasında “Erasmus” mübadilə protokolu imzalanıb

Yetkinlik yaşına çatmayanların aqressiv davranışlarına həsr edilmiş konfrans təşkil olunub

Londonun ən bahalı yaşayış layihəsində qiymət 35 milyon funt sterlinqdən başlayacaq

Həvəskar musiqiçi zəruri avadanlıqlarla təmin olunub

Türkiyəli yaşlı qadın dil öyrənmək üçün Qazaxıstanda tələbə olub

“Neftçi” basketbol klubunun yeni baş məşqçisi: Uğur qazanmaq üçün əlimdən gələni edəcəyəm

“Kreativ iqtisadiyyat: data modeli, ölçülməsi və əqli mülkiyyət” mövzusunda birgə regional seminar keçirilir  YENİLƏNİB 2 VİDEO

Vətəndaşların sosial rifahının yaxşılaşdırılması Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir - RƏY

Gənc Tamaşaçılar Teatrının dekabr repertuarı məlum olub

“Ümummilli Lider Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində görüş

BMU-nun tələbəsi cüdo üzrə Azərbaycan çempionatında II yeri tutub

ADNSU tələbələri Qazaxıstanda “Tələbə liderlərinin sammiti”ndə ilk üç yerə layiq görülüblər

Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə endirilmiş sürət həddi bərpa edilib YENİLƏNİB

Bölgələrə olan daha bir neçə marşrut üzrə avtobuslar yenilənib

MSK sədri: 685 bələdiyyə üzrə ümumilikdə 8071 üzv seçiləcək

Azərbaycan ilə Qvineya-Bisau arasında bir sıra sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olunub

MSK: Bələdiyyə seçkilərində 21 nəfər səlahiyyətli nümayəndə kimi qeydə alınıb

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib

“Gənc liderlər” forumu keçirilib

Arif Əsədov: “Qarabağ”ın vurduğu ikinci qoldan sonra “Neftçi” ruhdan düşdü

® Müasir İncəsənət Muzeyində “Zero Waste” sərgisi keçirilir

Zelenski: Ukraynanın itirilən əraziləri geri qaytarmağa gücü çatmır

ADPU: Bartın Universiteti ilə əməkdaşlıq imkanları müzakirə olunub

ADY Avropanın logistika şirkətlərini Orta Dəhlizin yaratdığı yeni imkanlar haqqında məlumatlandırıb

Elton Con görmə qabiliyyətini itirdiyini açıqlayıb

Tovuz arıçıları: Hələ ki, “tropi” paraziti müşahidə edilmir - REPORTAJ VİDEO

İranın XİN başçısı Türkiyədə səfərdədir VİDEO

Sumqayıtda Uşaq Paralimpiya Oyunları keçiriləcək

Özbəkistanın hərbi qulluqçuları Daşkənddəki Azərbaycan Mədəniyyət Mərkəzində olublar

“Türk Dünyasında Qadın” simpoziumunda Azərbaycan qadınlarının hüquqlarından danışılıb

Məşğulluq layihəsinin iştirakçısı: Avadanlıqlarla təmin olunmağım qazancıma da müsbət təsir göstərəcək

BMU komandalarının startapları Astanada təqdim olunub

Azərbaycan – İsveç oyununun hakimləri müəyyənləşib

Prokurorluğa qəbulla əlaqədar müsabiqənin ikinсi mərhələsinin nəticələri açıqlanıb

“Qarabağ”a 2 qol vuran gürcüstanlı hücumçu Fransada qarət olunub

AzMİU-da tullantıların idarə edilməsinə dair maarifləndirici seminar təşkil olunub

ANAMA: Ötən ay 4 min 707,4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

Azərbaycanın və Özbəkistanın həmkarlar ittifaqları arasındakı münasibətlər müzakirə olunub

Qvineya-Bisaunun nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edib