Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib VİDEO

Bakı, 12 noyabr, AZƏRTAC

Noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Yaşıl Zonada “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans təşkil olunub.

AZƏRTAC xəbər verir ki, konfransda Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Qırğız Respublikasının birinci xanımı Aygül Japarova, Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd Əl-Malik, Birləşmiş Millətlər Təşkilatının Avropa üzrə İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Tatyana Molçan, BMT-nin Uşaq Fondunun (UNICEF) Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Regina De Dominikis iştirak ediblər.

Tədbirin əsas məqsədi Mərkəzi Asiya və türkdilli dövlətlərin iqlim dəyişikliyinə qarşı mübarizəyə verdiyi önəmi beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq və bu dövlətlərin gənclərini iqlim gündəliyinə cəlb etməklə beynəlxalq öhdəliklər istiqamətində görülən tədbirləri təqdim etməkdir.

Özbəkistan Respublikasının birinci xanımı Ziroatxon Mirziyoyeva, Qırğız Respublikasının birinci xanımı Aygül Japarova və Türkiyə Respublikasının birinci xanımı Əminə Ərdoğan konfransda çıxış ediblər.

Sonra Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva konfransda çıxış edib.

Birinci xanım Mehriban Əliyevanın
çıxışı

-Hörmətli Birinci xanımlar.

Hörmətli qonaqlar.

Əziz gənc iştirakçılar.

Xanımlar və cənablar.

Əvvəlcə, sizi Azərbaycanda salamlamaq, sizin hamınıza möhkəm cansağlığı arzulamaq və COP29-da təmsil etdiyiniz ölkələrə sülh və əmin-amanlıq diləmək istərdim.

“Gənclər iqlim fəaliyyətinin ön cərgəsində” panelimizin elə adının özündən məqsəd bəllidir. Son tədqiqatlara görə, dünya gənclərinin 60 faizdən çoxu iqlim dəyişmələrini təxirəsalınmaz məsələ hesab edir.

Ümid edirəm ki, COP29 çərçivəsində əməkdaşlıq, təcrübə mübadiləsi, gənc nəsil tərəfindən birgə layihələrin müəyyənləşdirilməsi üçün platformanı yaratmaq imkanımız olacaq.

Mən COP29-da iştirak edən və qayğı ilə yanaşan bütün gəncləri, ekofəalları, gənclər təşkilatlarının bütün nümayəndələrini salamlayıram.

Mən Sıfır Atık Fondunun yaradılmasında təşəbbüs göstərmiş və ətraf mühitin, eləcə də mədəni irsin qorunmasına yönələn layihələrə şəxsən töhfə vermiş Türkiyə Respublikasının birinci xanımına təşəkkürümü bildirirəm.

2024-2030-cu illərə aid iqlim gündəliyində uşaqların və gənclərin iştirakını, o cümlədən dayanıqlı inkişafı təşviq etmək məqsədilə ötən il Mərkəzi Asiya Strategiyasının qəbul edilməsi ilə nəticələnən təşəbbüsünə görə Özbəkistanın səylərini yüksək dəyərləndirirəm.

Mən bu cür mühüm mərama şəxsən himayədarlıq etmiş Özbəkistanın birinci xanımı Ziroatxon Mirziyoyevaya təşəkkürümü bildirmək istərdim.

Mən ətraf mühit gündəliyi barədə maarifləndirmənin artırılmasında, həmin gündəliyə gənclərin qoşulmasında oynadığı fəal rola və iştirakına görə Qırğızıstanın birinci xanımına minnətdaram.

Əziz dostlar, COP29 ölkəsi seçilmək bizim üçün böyük şərəfdir. Biz fərəhlənirik ki, Cənubi Qafqazda, Mərkəzi Asiyada və daha geniş regionda ilk COP konfransı məhz Azərbaycanda keçirilir.

Dünya biosferin çirklənməsi, içməli suyun qıtlığı, tez-tez baş verən quraqlıq və ərzaq təhlükəsizliyində artan risklər kimi ciddi ətraf mühit çağırışları ilə üz-üzədir. Bizim ölkəmiz də istisna deyil. Biz çay sularının, Xəzər dənizinin səviyyəsinin azalmasını müşahidə edirik və su qıtlığı təhlükəsi ilə üzləşirik.

Mən qeyd etmək istərdim ki, qlobal istixana tullantılarının 0,1 faizi Azərbaycanın payına düşür. Biz havaya tullantıların azaldılması və təmiz enerjiyə keçidin həyata keçirilməsi kimi milli hədəflərimizə doğru gedirik. Bərpaolunan enerji sahəsində əldə edilən nailiyyətlərin cari tempi ilə biz 2027-ci ilə qədər quraşdırılan güclərimizin 32 faizə çatacağını, 2030-cu ilə qədər 30 faizlik azalma kimi ilkin hədəfə üç il əvvəl nail olacağımızı gözləyirik.

Biz, həmçinin Ermənistanın işğalından azad olunmuş Qarabağ və Şərqi Zəngəzur regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında 2050-ci ilə qədər “xalis sıfır atılmalar zonası”nın yaradılmasına diqqət yetiririk. Əsasən Günəş və külək enerjisi layihələri ilə bağlı artıq fəal iş aparılır. Yaşıl enerjinin istehsalı və ixracı Azərbaycanın enerji strategiyasında prioritet təşkil edir.

Uzun müddətdir ki, iqlim fəaliyyəti beynəlxalq arenada ən vacib və prioritet məsələlərdən biridir. Atılmış addımlara baxmayaraq, bəşəriyyətin üzləşdiyi çağırışlar və təhdidlər günbəgün daha da ciddiləşir. Bunu nəzərə alaraq, qlobal məsələlərin həllində tətbiq olunan yanaşma və üsullara yenidən baxılması vaxtı yetişib. Bu gün mən açıq və düzgün qeyd olunmalı digər mühüm mövzuya toxunmaq istəyirəm: riyakarlıq və ikili standartlar beynəlxalq ətraf mühit gündəliyində aydın görünür.

COP29-a ev sahibliyi edən ölkə kimi Azərbaycan ətraf mühit məsələlərindən xeyli uzaq olan mülahizələr hesabına ədalətsiz hücum dalğası, yalan hekayətlər və ikili standartlar ilə üzləşib.

Azərbaycan COP29-a ev sahibliyi etmək öhdəliyini üzərinə götürməklə, Qlobal Cənub və Qlobal Şimal, eləcə də inkişaf etmiş və inkişaf edən ölkələr arasında körpülər salmağa çalışır. Məqsədimiz bu məsələnin həllinə verdiyimiz töhfəni ortaq gələcəyə verəcəyimiz töhfəyə çevirməkdən ibarətdir. Bununla belə, bəzi hallarda dəstək vermək və konstruktiv dialoq aparmaq əvəzinə, biz çoxsaylı Qərb mətbuatında böhtan və qarayaxma kampaniyalarının hədəfinə çevrilmişik. Məlumdur ki, həmin media əvvəlcədən cızılmış ssenariyə uyğun getməyən və ya qoyulmuş qaydalarla oynamayan, müstəqil siyasət yürüdən və öz milli maraqlarını qoruyan ölkələri gözdən salmaq üçün alətə çevrilib. Müəyyən ölkələrin təsiri altında olan bəzi iri media platformaları əmr ilə Azərbaycan haqqında mənfi hekayətləri yaymağa başlayırlar.

Əslində, bəs bunun arxasında dayanan nədir? Bu cür çirkin kampaniyanın sponsorları hansı məqsədləri güdürlər? Əslində, biz cavabı bilirik.

Vətəndaşlarımızın öz ölkəsini beynəlxalq səhnədə ədalətli və düzgün şəkildə təmsil etmək hüquqları var. Onların Azərbaycanın müstəqil mövqeyini təhdid kimi görən dairələrin təzyiqinin və manipulyasiyanın qurbanına çevrilməmək hüququ var.

Nailiyyətlərimiz və işimiz bəzi dövlətlərin geosiyasi maraqları uğrunda səhv təsvirə deyil, hörmətə layiqdir.

Riyakarlıq, həmçinin müxtəlif ölkələr tərəfindən öz iqlim öhdəliklərinə necə yanaşmasında özünü büruzə verir.

Əsrlər boyu çirklənmənin əsas mənbəyi və sərvətlərin məsuliyyətsiz istehlakçısı olmuş inkişaf etmiş ölkələr hazırda sərt hakim rolunda çıxış edir. Onlar hamı üçün sərt məhdudiyyətləri təşviq edir və eyni zamanda, öz siyasətində iddialı məqsədlərini güdür, öz maraqları uğrunda işini davam etdirir. Onlar digər ölkələrdən transformasiyanı tələb edir, lakin bununla belə, maliyyə və ya texnoloji baxımdan yardım etməyə tələsmirlər.

Azərbaycan manipulyasiya və təzyiq deyil, səmərəli fəaliyyət, real həll variantları və ədalətli əməkdaşlığı arzulayan ölkədir.

Biz platformamızdan elə istifadə etmək istəyirik ki, qlobal koalisiya yaransın və orada hər ölkənin - böyük və ya kiçik, inkişaf etmiş və ya inkişaf edən ölkənin mövqeyi, haqqı ədalətli şəkildə qəbul edilsin.

Yalan hekayətlər və riyakarlıq nəinki reallığı səhv göstərir, o cümlədən ədalət və düzgünlük, ləyaqət və məsuliyyət kimi fundamental konsepsiyaları sual altına qoyur.

Səhv informasiyanın yayılmasında, ölkələrə qarşı qarayaxma kampaniyalarının aparılmasında mediadan istifadə həmin ölkələrə o qədər zərər vurmur, nəinki mənəvi dəyərlərin mahiyyətini dəyərsizləşdirir, etimadı zəiflədir və parçalanma yaradır.

Mən bütün iştirakçılara üz tutaraq istəyirəm onlar yadda saxlasınlar ki, COP29 siyasi hücumlar arenası deyil. O, iqlim böhranı qarşısında hamımızın birləşdiyi məkandır.

Yalnız ədalətli əməkdaşlıq və real tədbirlərə hazırlıq bizi uğura aparacaq.

Əziz dostlar, yekun olaraq, mən növbəti konfransların təşkilinə gəldikdə təkliflə çıxış etmək istərdim. Təklif edirəm ki, gələcəkdə konfransların onlayn formatda keçirilməsi imkanı araşdırılsın. Bu yanaşma nəinki ciddi şəkildə vəsaitlərə qənaət edəcək, o cümlədən uçuşlar və böyük tədbirlər nəticəsində yaranan atılmaları, həmçinin ətraf mühitə təsiri azaldacaq.

İşçi qruplar təfərrüatlı müzakirələr və əlaqələndirmə üçün şəxsən görüşə bilərlər. Lakin rəhbərlərin sammitləri videokonfrans formasında keçirilə bilər.

Bu, bizə resursları, səyləri və vaxtı hədəflənmiş məsələlərə yönəltmək imkanı yaradacaq və prosesi ətraf mühit baxımından daha uyğun edəcək.

Diqqətinizə görə minnətdaram.

X X X

Daha sonra Azərbaycan, Macarıstan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistandan olan gənc ekofəalların təqdimatları olub.

Təqdimatlarda iştirakçı ölkələrin ekoloji problemləri və irəli sürdükləri təşəbbüslər nümayiş etdirilib.

Konfransda 2024-2030-cu illər üçün nəzərdə tutulan “Mədəni inkişafın təşviqi və uşaqların, gənclərin iqlim gündəliyinə cəlb edilməsi üzrə Beynəlxalq Strategiya”nın imzalanması mərasimi olub.

Çıxışlardan sonra birgə foto çəkdirilib.

Konfransdan sonra ali qonaqlar Yaşıl Zonada Heydər Əliyev Fondunun və Türkiyənin Sıfır Atık Fondunun birgə pavilyonu - COP29-da Həmrəylik Mərkəzini ziyarət ediblər.

Pavilyonda Heydər Əliyev Fondunun ətraf mühitin qorunması üzrə təşəbbüsləri təqdim olunub. Təhsil, səhiyyə və sosial sahələrdəki layihələrlə bağlı interaktiv zona yaradılıb. Sıfır Atık Fondu isə bu platformada resurs səmərəliliyi, tullantıların idarə olunması və təkrar emal sahəsindəki layihələrini, ətraf mühitin qorunması üzrə maarifləndirmə istiqamətindəki proqramlarını və innovativ həllərini təqdim edir.

Pavilyona ziyarət zamanı birinci xanımlar Şamaxı rayonunda gənclərin və könüllülərin iştirakı ilə keçirilən ağacəkmə aksiyasını bağlantı vasitəsilə izləyiblər. Aksiya zamanı ətraf mühitin qorunmasına töhfə olaraq 10 mindən çox şam ağacı əkilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

VİDEO

COP29-da birinci xanımların iştirakı ilə “Gənclər iqlim fəaliyyətlərinin ön cəbhəsində” mövzusunda konfrans keçirilib VİDEO

Blinken ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı ifadə verib

Şirvan suvarma kanalı yarılıb

Blinken Türkiyəyə gedir

Çempionlar Liqası: “Barselona” qalib gəlib, “Mançester Siti” məğlub olub

İsveçdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

FTB direktoru Tramp administrasiyası başlayana qədər istefa verəcəyini açıqlayıb

“Qarabağ” İsveç klubu ilə oyunöncəsi son məşqə çıxıb

Şəkidə evdə yanğın baş verib

Birinci vitse-prezident Mehriban Əliyeva Ulu Öndərin anım günü ilə əlaqədar paylaşım edib

“Dövlətin memarı. Bir ömrün ensiklopediyası” adlı triptix-xalça sərgilənib

Xalq şairi Hüseyn Arifin anadan olmasının 100 illiyi qeyd olunub

XİN: Blinkenin qərəzli bəyanatını qətiyyətlə pisləyir və rədd edirik

Qurban Qurbanov: Sabah meydanı yaxşı nəticə ilə tərk etmək istəyirik

İsveç klubunun futbolçusu: “Qarabağ”la görüş ilin ən vacib oyunudur

CAR-da Ümummilli Lider Heydər Əliyevin anım mərasimi keçirilib

Qərbi Azərbaycana həsr olunmuş silsilə markaların təqdimat mərasimi keçirilib

Avropa Liqası: “Fənərbağça” İspaniya klubuna məğlub olub

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

Nazir müavini: Biz doğma torpağımız olan Qərbi Azərbaycana həsr olunmuş markaların buraxılmasını çox önəmli bir addım hesab edirik

Futbol üzrə 2030-cu və 2034-cü illərdə dünya çempionatlarının keçiriləcəyi ölkələr açıqlanıb

Baş nazir Əli Əsədov Moskvada işgüzar səfərdədir

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün imtahana qeydiyyat aparılır

Respublika Veteranlar Təşkilatının əməkdaşları Ümummilli Liderin məzarını ziyarət ediblər

Neft və Sənaye Universitetində Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

ADA Universiteti “Yelo Bank” əməkdaşları üçün təqdim etdiyi proqramı yekunlaşdırıb

BDU və TÜRKSOY arasında anlaşma memorandumu imzalanıb

“Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər” jurnalının yeni nömrəsi çapdan çıxıb

Pedaqoji Universitetdə Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti müzakirə olunub

Tatarıstanlı alimlər Əlyazmalar İnstitutunda tədqiqat aparıblar

Vətəndaşların müayinə və müalicə ilə bağlı müraciətləri dinlənilib

Bakıda keçiriləcək Nazirlər Konfransının təşkili məsələsi BMqT-nin nümayəndəsi ilə müzakirə edilib

Türkiyənin Azərbaycandakı keçmiş səfiri: Heydər Əliyevin xatirəsi əbədi yaşayacaq

Şamaxı Astrofizika Rəsədxanasında il ərzində 8 mövzu üzrə 17 elmi tədqiqat aparılıb

Muxtar respublikanın 2025-ci il büdcə gəlirlərinin 527 milyon 959 min manat məbləğində təsdiqlənməsi təklif olunur

Həftəsonu Geminid meteor selinin piki olacaq

Şəki Dövlət Dram Teatrı paytaxt teatrsevərlərinin qonağı olub

Daxili Qoşunların Hərbi İnstitutunda Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib

“Heydər Əliyev – 100: Biblioqrafik məlumat kitabı”nın təqdimatı keçirilib

“Ədəbiyyata baxış və tərcümə tarixinə bir nəzər” – yeni nəşr

® “ABB Biz”də qeydiyyatdan keçib “Mobil POS” istifadə et, kiçik biznes üçün 9 faizlə kredit al!

Neft və Sənaye Universitetində Akademik İnkişaf Şurası yaradılıb

® “Azercell”in antikorrupsiya siyasəti beynəlxalq ekspertlər tərəfindən dəyərləndirilib

Dekabrın 14-də Bakıda sulu qar yağacaq

Ölkənin xalis maliyyə aktivləri artıb

İntensiv şaftalı bağlarına görə fermerlərə birdəfəlik əkin subsidiyası veriləcək

Madriddə Azərbaycanın mina probleminə həsr olunmuş tədbir təşkil edilib

“Elm və ali təhsilin beynəlmiləlləşməsi” mövzusunda tədbir keçirilib VİDEO

Rusiyada rus dilini bilməyən miqrantların uşaqlarının məktəbə qəbulu qadağan edilib

Kişi voleybolçular arasında Yüksək Liqada II tur yekunlaşıb

“Big Data” mühitində milli intellektual potensialın qiymətləndirilməsi istiqamətində tədqiqatlar aparılır

AMEA-nın kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib

Yol qəzalarının qarşısının alınmasına həsr olunmuş beynəlxalq iclas keçirilib VİDEO

“Şah İsmayılın həyatı (“Fütuhati-şahi” və “Həbibüs-siyər” əsərləri əsasında)” monoqrafiyası çapdan çıxıb

AzMİU və İngiltərənin Vestminster Universiteti əməkdaşlığı genişləndirir

ADAU-da Ulu Öndərin xatirəsinə həsr olunan bilik yarışı keçirilib

Bədii gimnastika üzrə Bakı çempionatı və birinciliyinə yekun vurulub

“Jibek Joly” turist qatarı Qazaxıstanla Özbəkistanı birləşdirəcək

Deputat: Ulu Öndərin əbədiyaşar ideyaları və irsi bizə istiqamət verir

Qəbələyə səfər edən xarici turistlərin sayı 51,5 faiz artıb

“Şimalda kino günləri” layihəsi başa çatıb

Kənd təsərrüfatı nazirinin müavini Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

Rasmussen: Amerikalıların əksəriyyəti Kamala Harrisin 2028-ci il seçkilərində namizəd olmasını istəmir

GDU-da Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Sənət və ədəbiyyatın harmoniyasını nümayiş etdirən sərgi - Səttarın Füzulisi VİDEO

Baş Prokurorluqda Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunan tədbir keçirilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib

Lionel Messi və komanda yoldaşlarının Bakıda azarkeşlərlə görüşü keçirilib YENİLƏNİB

BMU-da tələbələr Ulu Öndərin tarixi xidmətləri barədə məlumatlandırılıb

İqdırda “Azərbaycan Evi”nin rəhbəri: Heydər Əliyev müasir Azərbaycanın qüdrətli bünövrəsini yaradan liderdir

“Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasında insan hüquqlarına əsaslanan islahatlar” mövzusunda konfrans keçirilib VİDEO

BDU-nun Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzində “Data Science” təlimlərinə başlanılıb

İnsan ömrünün uzadılması: Yeni müalicə metodları və sosial iqtisadi təsirlər - ARAŞDIRMA

Turizm və Menecment Universiteti İsveçdə keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycanın və Türkiyənin XİN rəhbərləri regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər

Qazaxıstanın yeni yük daşıyıcısı Azərbaycanla dəniz əlaqəsini gücləndirəcək

Ulu Öndərin yaratdığı milli dövlətçilik tarixin bizə bəxş etdiyi milli sərvətdir - ŞƏRH

Azərbaycan bəzi ölkələrdən heyvandarlıq və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyub

İlk dəfə kata üzrə Azərbaycan çempionatı və birinciliyi keçiriləcək

İntensiv ərik bağlarının hər hektarına görə 4000 manat birdəfəlik əkin subsidiyası ödəniləcək

Yevlaxda zərərverici və xəstəliklərə yoluxaraq qurumuş 30 hektar sahədə yeni meşə salınır

Türkiyəli tanınmış gimnast: Azərbaycanda çox bacarıqlı, böyük uğurlar əldə edə biləcək idmançılar var

Ümummilli Lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş kitab sərgisi açılıb

Deputat: Ulu Öndər Heydər Əliyev bizə müstəqil Azərbaycan kimi zəngin irs qoyub

Fransız tələbələrə Azərbaycanın mədəniyyət diplomatiyasından danışılıb VİDEO

Volodimir Zelenski: Kiyev nəzarət etdiyi ərazilər daxilində NATO zəmanətinə razıdır

Ombudsman: Ulu Öndər Heydər Əliyevin insan hüquqları sahəsindəki irsi dövlətimiz və xalqımız üçün əvəzsiz bir sərvətdir

“İşığa doğru” sənədli filminin festival mərhələsinə dəstək göstəriləcək

Göyçayda ev yanıb VİDEO

Komitə sədri Mingəçevir və Yevlaxda məscidləri ziyarət edib

Xalisa faciəsinin canlı şahidi: Ədalətin gec-tez bərpa olunacağına inanıram

Doqquz ayda qarşılıqlı turizm xidmətlərinin dövriyyəsi 43 faizə yaxın artıb

Əl-Cəzirə: Əfqanıstanın qaçqınların işi üzrə naziri partlayış nəticəsində həlak olub

Lionel Messi Azərbaycana təşəkkür edib

Tarixçi-alim: 2003-cü ildən sonra yaşanan hadisələr dahi Heydər Əliyevin uzaqgörənliyini bir daha təsdiqlədi

AMB: Doqquz ayda əmtəə ixracı azalıb, idxalı artıb

AFFA prezidenti FIFA-nın növbədənkənar konqresində iştirak edəcək

Xalq rəssamı Əşrəf Heybətov Salyanda ustad dərsi keçib

“Araz-Naxçıvan”ın baş məşqçisi: Komandamızda kiminsə çempionluq xəyalları qurduğuna inanmıram - MÜSAHİBƏ

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının iclasında hüquq ictimaiyyəti üçün aktual olan məsələlər müzakirə edilib