CƏMİYYƏT
COP29-da “İqlim fəaliyyətində perspektivlərin yüksəldilməsi: Müxtəlif səslərin mərkəzləşdirilməsinin vacibliyi” mövzusu müzakirə olunub VİDEO
Bakı, 12 noyabr, AZƏRTAC
Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində “İqlim fəaliyyətində perspektivlərin yüksəldilməsi: Müxtəlif səslərin mərkəzləşdirilməsinin vacibliyi” mövzusu müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə “Helenin Qızları” birliyinin icraçı direktoru Keithlin Caroo-Afrifa və UNIPCC-nin nümayəndəsi Samantha Thian iqlim problemində fərqli çağırışlar ilə bağlı müzakirələrlə çıxış ediblər.
Tədbirdə qeyd olunub ki, iqlim fəaliyyəti çərçivəsində dünyanın müxtəlif yerlərindən insanlar eyni problem ətrafında mübarizə aparmalıdır.
Müzakirələr sual-cavab hissəsi ilə davam edib.