Azərbaycan Dövlət İnformasiya Agentliyi

COP29 irsini davam etdirmək üçün yerli və xarici iştirakçıları bir arada toplayan Bakı İqlim Fəaliyyəti Həftəsi başlayıb

Bakı, 29 sentyabr, AZƏRTAC

Sentyabrın 29-dan etibarən COP29-da razılaşdırılmış ambisiyalı iqlim öhdəlikləri və Bakı Maliyyə Məqsədi üzrə mühüm nailiyyətlərə əsaslanan Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW) hökumət və şirkət rəsmilərini, eləcə də gənclər və vətəndaş cəmiyyətinin nümayəndələrini bir araya toplayıb. Burada, həmçinin COP29 çərçivəsində əldə olunan nəticələrin COP30 ərəfəsində real irəliləyişi stimullaşdırması üçün BMT-nin rəhbər işçiləri, iqlim ekspertləri və beynəlxalq tərəfdaşlar öz azərbaycanlı həmkarları ilə görüşürlər.

AZƏRTAC xəbər verir ki, beşgünlük proqram çərçivəsində enerji, maliyyə, “yaşıl bacarıqlar”, kənd təsərrüfatı, nəqliyyat, ağıllı şəhər, yaşıl iqtisadiyyata keçid və s. mövzularda dialoqların, eləcə də gənc iqlim fəalları üçün xüsusi proqram və müxtəlif tərəfdaşlarla birgə dəyirmi masa müzakirələrinin təşkili, habelə Heydər Əliyev Mərkəzində Dayanıqlılıq sərgisinin (“Sustainable Expo”), Bakı şəhərinin mərkəzində isə ağacəkmə və karyera yarmarkası fonunda “İctimai İməcilik Günü” adlı yekun tədbirin keçirilməsi nəzərdə tutulub.

Bakı İqlim Fəaliyyəti Həftəsinin açılış günü Azərbaycanın iqlim liderliyini bir daha ön plana çıxarmış oldu. COP29 çərçivəsində ölkənin Bakı Maliyyə Məqsədi kimi tarixi nailiyyətə imza atması və karbon bazarları sahəsində ambisiyalı qərarların qəbul olunması fonunda Bakı İqlim Fəaliyyəti Həftəsi hökumət və şirkət rəsmilərinin, eləcə də gənclər və vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gələrək bu nailiyyətləri əməli fəaliyyətə çevirmələrinə imkan yaradır. “SOCAR Green”, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, “Kristal”, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Qoşulmama Hərəkatı Gənclər Təşkilatı, “Regional İnkişaf” İctimai Birliyi, “Rotas Consulting” və ANEWZ Televiziya Kanalının tərəfdaşlığı ilə keçirilən iqlim həftəsi davamlı inkişaf üzrə qlobal dialoqa mühüm töhfə verir.

Həftənin ilk günü nazirlərin və rəsmilərin iştirakı ilə keçirilən açılış mərasimi və beynəlxalq iqlim liderlərinin, o cümlədən BMT Baş katibinin xüsusi nümayəndəsi və “Hamı üçün dayanıqlı enerji” (“Sustainable Energy for All”) təşəbbüsünün baş direktoru Damilola Oqunbiyinin, eləcə də BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri Mariya Fernanda Espinozanın COP29-un nəticələrini əks etdirən əsas çıxışları ilə yadda qaldı.

Açılış mərasimində çıxış edən Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi və COP29-un Prezidenti Muxtar Babayevin sözlərinə görə, COP29-da Azərbaycan çoxtərəfli sistemin nəticə verə biləcəyini sübut etdi: "Biz maliyyə üzrə yeni məqsədlər müəyyən etdik, karbon bazarlarına çıxış üçün şərait yaratdıq və həm təsirlərin yumşaldılması, həm də adaptasiya sahəsində ambisiyalı öhdəliklər yaratmağa müvəffəq olduq. Lakin təkcə razılaşmaların olması kifayət deyil. Bakı İqlim Fəaliyyəti Həftəsi COP29 irsini davam etdirmək, sözdən əmələ keçmək və COP30 ərəfəsində yerli liderliyin qlobal müstəvidə işlərin gedişatını necə stimullaşdıra biləcəyini nümayiş etdirmək əzmimizin güzgüsüdür”.

COP29-da BMT-nin iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai bildirib ki, COP29-un irsi kağız üzərində deyil, real həyatda görülən işlərlə ölçülür. Qeyd olunub ki, Bakı İqlim Fəaliyyəti Həftəsi hökumət orqanları və şirkətlərdən tutmuş, gənclər və yerli icmalara qədər cəmiyyətin bütün seqmentlərini səfərbər etməklə götürülən öhdəliklərin real nəticələrə çevrilməsini gündəmə gətirir. Azərbaycan Bakı İqlim Fəaliyyəti Həftəsinə ev sahibliyi etməklə göstərir ki, inklüziv fəaliyyət və geniş əməkdaşlıq ədalətli və effektiv keçidi sürətləndirməyin yeganə yoludur”.

Azərbaycan Respublikası xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev COP29-da Azərbaycanın bütün dünyanı bir araya gətirmək və iqlim diplomatiyasının ən mürəkkəb məsələləri xüsusunda konsensus formalaşdırmaq bacarığını nümayiş etdirdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, həmin qərarların nə qədər vacib olduğu öz yerində, ancaq onların qəbul olunduğu ötənilki mürəkkəb geosiyasi mühit və digər obyektiv çətinliklər həmin qərarların tarixi əhəmiyyətini daha da artırdı. Bakıda əldə etdiyimiz mühüm nailiyyətlər iqlim fəaliyyətinin növbəti onilliyi üçün münbit zəmin yaratdı. İndi isə Bakı İqlim Fəaliyyəti Həftəsi beynəlxalq iqlim ictimaiyyətinin müxtəlif seqmentlərindən olan nümayəndələri bir araya gətirməklə həm Azərbaycanın özündə, həm də regionda konkret nəticələr üçün mühüm katalizator rolunu oynayacaq.

Azərbaycanın Baş prokuroru Kamran Əliyevin sözlərinə görə, ətraf mühitin çirklənməsinin, torpaqların deqradasiyasının və təbii ehtiyatların həddindən artıq istismarının mənfi nəticələri planetimizin demək olar ki, hər bir sakinini narahat edir: “COP-un himayəsi altında bütün dünyada hökumətlər bu çağırışlara adekvat cavab vermək, siyasi müzakirələr aparmaq və müvafiq qərarlar qəbul etmək üçün güclərini birləşdirirlər. Ancaq bu gün burada olmağımın səbəbi ətraf mühitin qorunması və iqlim dəyişikliyi ilə mübarizə üçün başqa, bir az daha az tanınan bir yanaşmanı - hüquq-mühafizə orqanlarının iqlim dəyişikliyi ilə mübarizədəki rolunu vurğulamaqdır. Düşünürəm ki, hüquq sahəsindəki həmkarlarım mənimlə razılaşacaqlar ki, cəmiyyətin təhlükəsizliyi üçün ciddi problemləri və hüquq-mühafizə orqanlarının rolunu müzakirə edərkən nadir hallarda iqlim dəyişikliyindən bəhs edirik. Ancaq əminik ki, onlar da bu prosesdə mühüm rol oynaya bilərlər”.

Azərbaycanın iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli keçən il COP29-un Bakıda keçirilməsi ilə Azərbaycanın böyük bir məsuliyyətin daşıyıcısına çevrildiyini vurğulayıb. O, fikirlərinə belə davam edib: “Həmin məsuliyyət yalnız dialoqlar üçün platforma yaratmaqla bitməyib. Əsas hədəf real nəticələr əldə etmək olub. COP29 zamanı qəbul edilən qərarlar və qurulan çoxtərəfli tərəfdaşlıqlar bunun ən bariz nümunəsi olub. Azərbaycan artıq 2030-cu ilə qədər olan milli fəaliyyət proqramında iqlim hədəflərini müəyyənləşdirib. Buraya bərpaolunan enerji mənbələrinin inkişafı, tullantıların azaldılması, ekoloji davamlılığın gücləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi daxildir. Bu siyasət bu gün öz müsbət nəticələrini göstərməyə başlayıb. Son illərdə qeyri-neft sektoruna aid məhsulların ixracında müşahidə edilən artım ölkəmizin yeni iqtisadi modelə keçidinin göstəricisidir”.

Açılış mərasimində onlayn iştirak edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil bildirib ki, iqlim dəyişikliyinin qarşısını yalnız birgə əməkdaşlıqla almaq mümkündür. Burada hökumətlərin siyasi iradəsi, biznesin məsuliyyətli yanaşması və texnologiyanın dəstəyi həlledici rol oynayır. Ən vacib hədəflərdən biri isə emissiyaların azaldılmasıdır: "Unutmayaq ki, heç bir şirkət və ya dövlət bu məsələnin öhdəsindən təkbaşına gələ bilməz. İqtisadi sabitlik və cəmiyyətlərin rifahı birbaşa bizim bu gün atacağımız addımlardan asılıdır. Məhz buna görə hökumətlər ətraf mühitin qorunması ilə bağlı vacib siyasətləri qəbul etməli, özəl sektor isə bu prosesdə fəal iştirak etməlidir”.

Bunun ardınca isə “yaşıl” iqtisadiyyat, KOB-lar üçün bacarıqların inkişafı, iqlim qanunvericiliyi və ədalətli keçid mövzularında sessiyalar keçirildi. Həmin sessiyalar çərçivəsində qlobal öhdəliklərin Azərbaycanda konkret fəaliyyətə çevrilməsi üçün mühüm əhəmiyyət kəsb edən Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) və Milli Adaptasiya Planlarının (NAP) transformasiyası, “yaşıl” maliyyənin səfərbər edilməsi və aidiyyəti qurumların gücləndirilməsi kimi mövzular müzakirə olundu.

Bunlarla yanaşı, həftənin birinci günündə sıfır səviyyəli emissiyaya keçid üçün iqlim qanunvericiliyi və aidiyyəti institutların gücləndirilməsinə həsr olunmuş parlament səviyyəli dəyirmi masa da təşkil olundu. Dəyirmi masada deputat və ekspertlər iqlim qanunvericiliyi sahəsində ən yaxşı təcrübələr, eləcə də müstəqil məsləhət şuralarının rolu və özəl sektor investisiyalarının cəlb edilməsi barədə fikir mübadiləsi apardılar. Sessiyada “GLOBE” təşkilatının Paris Sazişinin 6-cı maddəsi və karbon bazarları üzrə deputatlar üçün bələdçi kitabının Azərbaycan dilində nəşri təqdim olundu. Bu nəşr parlament üzvləri üçün sıfır səviyyəli emissiya siyasətinin tətbiqi və effektiv nəzarət mexanizmləri ilə bağlı məlumatlarla zəngindir.

Tədbir boyu Bakı İqlim Fəaliyyəti Həftəsi COP29 nəticələrinin Azərbaycan tərəfindən ölkədə tətbiq edilməsi üzrə dialoq platformasına çevriləcək. Bu dialoq təmiz enerji və “yaşıl” maliyyənin genişləndirilməsindən tutmuş kənd təsərrüfatı, su və şəhərlərdə davamlılığın gücləndirilməsinə qədər müxtəlif sahələri ehtiva edəcək. Azərbaycan bu müzakirələrə ev sahibliyi etməklə göstərmək istəyir ki, qlobal öhdəliklər milli transformasiyaya təkan verə və həm ölkə, həm də tərəfdaşlar üçün təcrübə mübadiləsi, öyrənmə və birgə inkişaf platformasını təmin edə bilər.

Qeyd edək ki, həftə ərzində COP29-un Prezidenti Muxtar Babayev, energetika naziri Pərviz Şahbazov, digər qurumların rəhbərləri də daxil olmaqla, Azərbaycanın iqlim liderləri ölkədə bərpa olunan enerji, “yaşıl” maliyyə, kənd təsərrüfatı və su sektorlarında iqlimə davamlılıq üzrə milli prioritetləri təqdim edəcəklər. COP29-da BMT-nin iqlim dəyişmələri üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai qeyri-dövlət iştirakçılarının səfərbər edilməsi, qlobal iqlim fəaliyyəti, özəl sektor və vətəndaş cəmiyyətinin COP prosesində iştirakı, KOB-lar, yaşıl bacarıqların inkişafı və digər mövzular ətrafında aparılan müzakirələrə rəhbərlik edəcək. Həmçinin, gənclərin iqlim mövzusuna marağını nəzərə alaraq, COP29-un gənclər çempionu Leyla Həsənova gənclərin Bakı İqlim Fəaliyyəti Həftəsində fəal iştirakı üçün xüsusi proqram təqdim edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ronaldu mövsümün sonunda karyerasını başa vuracağını açıqlayıb

“Tvente”nin kapitanı: Bizi pley-ffda “Qarabağ”la iki əla oyun gözləyir

Meşə yanğını ilə əlaqədar Almaniyanın Monşau şəhərində əhalinin təxliyəsinə başlanılıb

Tramp Koreya Respublikası ilə birgə hərbi təlimlərin miqyasının azaldılması barədə tapşırıq verib

İndiana ştatında fırtına və daşqınlar nəticəsində 7 nəfər ölüb

Ölkənin bir sıra rayonlarında elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Zimbabvedə 84 nəfərin öldüyü bərə qəzasının səbəbləri araşdırılır

Fransa Superkubokunun qalibi bəlli olub

General-mayor Abbasəli Novruzovun dəfn mərasimi Hərbi Memorial Məzarlıqda keçiriləcək

Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirilib

Sentyabrda Böyük Britaniyada növbəti isti hava dalğası proqnozlaşdırılır

Azərbaycan Premyer Liqası: “Zirə” ilk turda “Şəfa”nı məğlub edib

İmişlidə şin partlayıb, usta xəsarət alıb

Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəlib

Kuşner Trampın sülh planını müzakirə etmək üçün Qahirədədir

"Neftçi" yeni mövsümə inamlı qələbə ilə start verib

Azərbaycan badmintonçuları Bakıda keçirilən beynəlxalq turniri 4 medalla başa vurublar

Almaniyada meşə yanğınları baş verən bəzi bölgələrdə vəziyyət sabitləşir

Bədii gimnastika üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olunub

Bu saata olan əsas xəbərlər

"Sabah" və "Qarabağ"ın oyunları avrokuboklara görə təxirə salınıb

Rumıniyanın Maramureş regionu ilə Xankəndi, Ağdərə və Xocalı rayonları arasında iqtisadi əlaqələrin genişlənməsi nəzərdən keçirilir

Türk dünyasının arxeoloqları arxeoloji irsin vahid rəqəmsal bazasının yaradılması barədə razılığa gəliblər

İsrailin Qəzzadakı müharibə xərcləri 142 milyard dollara çatıb

İranın Qeşm Beynəlxalq Hava Limanında aviareyslərin bərpa olunması planlaşdırılır

Şirvan kanalından kişi meyiti tapılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Polşada 17-ci əsrə aid kilsə yanıb

Türkiyədə meşə yanğınlarını törətməkdə şübhəli bilinən 40-dan çox şəxs saxlanılıb

Ukrayna Müdafiə Nazirliyi Moskva bölgəsində “Wildberries” logistika mərkəzinə hava zərbəsi endirdiyini təsdiqləyib

Türkiyənin TPAO dövlət şirkətinə yeni neft yataqlarının kəşfiyyatı üçün icazə verilib

Türkiyədə yerli ürək-ağciyər aparatının seriya istehsalına başlanılacaq

"Neftçi" yerli basketbolçu transfer edib

Ukrayna ordusu Rusiyada raket sistemləri istehsal edən zavoda hava zərbələri endirib

Beyləqanda suvarma kanalında batan şəxsin meyiti tapılıb

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

"Qarabağ” Zubirlə yollarını ayırıb

Manqal və fişəng xəbərdarlığı çaşqınlıq yaratdı: Britaniyalılara göndərilən SMS-lər niyə müzakirələrə səbəb oldu?

Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib

Həftənin ilk iş günündə hava necə olacaq?

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Britaniyada su qıtlığı zamanı tariflərin artırılması nəzərdə tutulur

İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın yüksəkrütbəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

Rahil Məmmədov: Azərbaycan ilə İsveç arasında əlaqələrin möhkəmləndirilməsi fəaliyyətimin əsasını təşkil edir MÜSAHİBƏ

Böyük Britaniyaya keçməyə çalışan 140-a yaxın miqrant xilas edilib

Macarıstanda yol qəzasında 12 nəfər ölüb

İran və Oman Hörmüz boğazı üçün gəmiçilik xəritəsi ilə bağlı razılığa gəliblər

Britaniyada Reform partiyası sosial təminat xərclərini 50 milyard funt sterlinq azaltmağı planlaşdırır

Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - Faktiki hava

“Qafqazinfo”nun 16 yaşı tamam olur

Cənubi Koreya Prezidenti Şimali Koreyaya danışıqlara başlamağı təklif edib

Böyük Britaniyada son 48 saatda 11 böyük yanğın baş verib

ABŞ-də parkda kütləvi atışma baş verib

Milli ruhun alovlu səsi: Bəxtiyar Vahabzadə

İslam Mahaçev UFC tarixinin ən uzun qələbə seriyasını rəsmiləşdirib

Rumıniya hava məkanını pozan pilotsuz uçuş aparatını vurub

İndoneziyada 7,7 maqnitudalı zəlzələ 51 nəfərin həyatına son qoyub

İran XİN: Neft çirklənməsi regiona trilyonlarla dollar zərər vurub

Berlində “Rave The Planet” texnoparadında on minlərlə insan iştirak edib

“Lala” qasırğası Havay adalarının Böyük adasına yaxınlaşır

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Serbiyada Dunay çayında son 100-150 ilin ən aşağı su səviyyəsi qeydə alınıb

Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var – YENİLƏNİB

Səudiyyə Ərəbistanında Kanada mənşəli şahin 346 min dollara satılıb

Moskva-Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

Zimbabvedə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 72-yə çatıb

Almaniyada meşə yanğınlarına qarşı mübarizə tədbirləri davam etdirilir

Fransada meşə yanğınları fonunda Makron məzuniyyətə çıxdığı üçün müxalifətin tənqidinə məruz qalıb

Mərakeşdə İspaniyanın Seuta anklavına keçməyə çalışan 111 miqrant saxlanılıb

Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib

Qətər XİN İrana məxsus hərbi pilotların əsir götürülməsi barədə iddiaları təkzib edib

Səfər çərçivəsində verilən tapşırıqlar Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir ŞƏRH

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Beyləqanda bir nəfər suvarma kanalında batıb

Bakı metrosunda xətlərin ayrılması sərnişindaşıma imkanlarını genişləndirəcək - REPORTAJ

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Şəki-Zaqatala bölgəsinin 144 məzunu 600 baldan yuxarı nəticə göstərib

Rəcəb Tayyib Ərdoğan: Avropa İttifaqına üzvlük Ankara üçün prioritet məsələ deyil

Fransada prezident seçkiləri ərəfəsində xarici müdaxilə: partiyalar hansı tədbirləri təklif edir?

Moskvada Azərbaycanın turizm potensialı təqdim edilib

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bu saata olan əsas xəbərlər

Fransanın 2027-ci il büdcəsi: hökumət pensiyaların dondurulmasını yenidən gündəmə gətirir

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Astarada ağacdan yıxılan 60 yaşlı kişi ölüb

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

İlkin Mehrabov: Hesablama sosial elmləri Azərbaycan ilə İsveç arasında elmi körpü ola bilər – MÜSAHİBƏ

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub

BŞİH: Bu gün Bakının 556 küçəsi yuyulub

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür

Fransada “Save Europe Act” aksiyasına qarşı əks-nümayiş də qadağan edilib

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir

Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır - ŞƏRH

Xankəndi və Baia Mare qardaşlaşır - FOTO

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib