COP29
COP29-un iordaniyalı iştirakçısı: Tədbirin yüksək səviyyədə təşkil olunmasını təqdir edirik VİDEO
Bakı, 11 noyabr, AZƏRTAC
Biz İordaniyadan olan gənclərlə birlikdə bu tədbirdə qeyri-kommersiya şirkətinin nümayəndəsi kimi iştirak edirik. Azərbaycanda builki COP29 tədbirinin yüksək səviyyədə təşkil olunmasını təqdir edirik. Bizim bu tədbirdən gözləntilərimiz çox böyükdür.
Bu sözləri AZƏRTAC-a açıqlamasında COP29 iştirakçısı Abdulrahman Al Zqohul bildirib.
O qeyd edib ki, bu tədbirdən əsas gözləntilər ətraf mühitin qorunması üçün strategiyaların hazırlanması və qlobal həll yollarının tapılmasıdır.
“İqlim dəyişmələri bütün ölkələrə öz təsirini göstərir. Ona görə bütün dövlətlər bu çağırışa həmrəylik nümayiş etdirməlidir. Tədbirdə yüksəksəviyyəli nümayəndə heyətləri iştirak edir. İordaniya olaraq tədbirdən iqlim dəyişmələri ilə mübarizədə maliyyənin artırılması və daha çox məsuliyyətli yanaşma gözləyirik. Biz, həmçinin çoxsaylı gənclərin də iştirakını nəzərə alsaq, onların fikirlərinin də diqqətdə saxlanılmasını gözləyir, gənclərin qərarların qəbul olunmasında fəal iştirakını istəyirik”, - deyə o bildirib.
Qonaq sonda onlara göstərilən yüksək qonaqpərvərliyi və tədbirin yüksək səviyyədə təşkilini də vurğulayıb.