CƏMİYYƏT
COP29-un Tonqadan olan iştirakçısı: Bu tədbir dünyanı qorumaq üçün vacib platforma olacaq
Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycanın COP29-a hazırlığı və təşkilatçılıq işləri çox yüksək səviyyədədir.
Bunu AZƏRTAC-a müsahibəsində Bakıda keçirilən COP-29-un iştirakçısı - Tonqa Kənd Təsərrüfatı, Qida və Meşə Nazirliyində baş icraçı direktor Viliami Toalei Manu deyib.
O hesab edir ki, COP29 inkişaf etmiş ölkələrin güzəştə gedərək yeni həll yolu ilə razılaşacağı, dünyanı qorumaq üçün vacib məsələləri həll edəcək mühüm platforma olacaq: “Dünya üçün temperaturu normada saxlamaq kifayət qədər böyük problemdir. Hər kəs sənayenin yaşıl inqilabına razı olmalıdır. Temperatura təsir edəcək qərarlar qəbul edilməlidir. Dünyadakı bütün insanlar iqlim dəyişikliyinin təsirini qəbul etməli və bunun qarşısını almaq üçün mühüm addımlar atmalıdırlar. Bakıda keçirilən COP29-da bu problemlərin aradan qalxması üçün vacib işlər görüləcəyini düşünürəm”.