Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Corc Vaşinqton Universitetinin məzunu: Azərbaycan təhsilində yaradılmış texnoloji həlləri qlobal bazara çıxarmağı planlaşdırırıq - MÜSAHİBƏ

Corc Vaşinqton Universitetinin məzunu: Azərbaycan təhsilində yaradılmış texnoloji həlləri qlobal bazara çıxarmağı planlaşdırırıq -  MÜSAHİBƏ

Bakı, 22 iyun, AZƏRTAC

Təhsil almaq, öz bilik və bacarıqlarını inkişaf etdirmək insanları uğura aparan yolda əsas alətlərdəndir. Özünün gərgin zəhmətlə qazandığı bilikləri isə digərlərinə daha rahat və effektiv formada, xüsusilə soydaşlarına ötürmək həmsöhbətimin ən böyük arzusu olub. Bu gün o arzu artıq gerçəkləşib.

Bu barədə AZƏRTAC-a müsahibəsində ABŞ-ın nüfuzlu Corc Vaşinqton Universitetinin (CVU) Ali Təhsil və İnsan İnkişafı Məktəbinin məzunu, Azərbaycanda ilk hibrid təhsil sistemi təklif edən “Lighthouse Consulting & Training” şirkətinin təsisçisi Elnur Axundov danışıb. Müsahibimiz uğura gedən yol, təhsildə innovativ həllər və gələcək planları barədə fikirlərini bölüşüb.

Bakının Mərdəkan qəsəbəsində anadan olmuş Elnur Axundov orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olub. Tələbəlik illərindən Elnur artıq müxtəlif istiqamətlərdə sosial fəaliyyət göstərməyə başlayıb: “Universitet illərindən artıq bir sıra təlimlərə və tədbirlərə qatıldım. Banklardan birində “İşə qəbul və inkişaf üzrə təcrübəçi” kimi fəaliyyətə başladım. Bununla insan resursları ilə iş istiqamətində ilk addımlarımı atdım. 2015-ci ildə Bakıda keçirilmiş ilk Avropa Oyunlarının Əməliyyat Komitəsinə qoşuldum. Bununla da ölkəmizdə keçirilən ən böyük və mötəbər tədbirlərindən birinin hazırlıq mərhələsindən başlayaraq sonunadək layihənin “İnsan resurslarının idarə olunması, təlimlər və inkişaf” sahəsi üzrə işlədim. Daha sonra bu sahəni daha yaxşı öyrənmək, beynəlxalq təcrübə əldə etmək məqsədilə Dubaya köçdüm və orada 4 il həm işlədim, həm də öyrəndim. Bu, mənim üçün çox önəmli bir məqamdır. Məhz o zaman mən artıq beynəlxalq təcrübəyə yiyələndikdən sonra orada rəhbər vəzifələrdə işləyərkən paralel olaraq daim öz üzərimdə də çalışırdım. Orada daha dərindən mütəxəssis kimi formalaşmağa başladım. Elektron təlim (e-learning) dünyada çox önəmli bir vasitə kimi qəbul olunub və çox inkişaf etmiş bir sahədir. Təəssüf ki, Azərbaycanda bu sahə yox səviyyəsində idi. Son illər ərzində burada bir oyanış müşahidə olunur. Fikrimcə, biz təhsil sahəsində bu inqilabın bir hissəsi olacağıq.

“Artıq Dubayda mən “Learning Menecment System” (LMS) yaradılmasında bilavasitə özüm iştirak edirdim. Fərqli şirkətlər cəlb edərək işlədiyim qurum üçün “Təhsilin idarə olunması sistemi”ni yaradırdım. Təhsil ekosistemi daxilində texnologiyanın tətbiqində əsas məqamlardan biri platforma olaraq LMS sistemidir. Bizim təqdim etdiyimiz təhsil həllərimiz texnologiyadan istifadə edərək öyrənmə təcrübəsini daha səmərəli hala gətirir. Həmçinin texnologiyanın bizə təqdim etdiyi ölçmə və hesabat imkanları sayəsində biz öyrənənlərin performansını izləyə və öyrənmə proqramlarımızı təkmilləşdirə bilirik. Bizim ən böyük gücümüz öz sahələrində ən təcrübəli ekspertlərdən ibarət heyətimizdir. Ekspertlərimiz öyrənmə proqramını fərdiləşdirir və istifadəçilərin unikal ehtiyaclarına uyğunlaşdırır. Beləliklə, bizə müraciət edən şirkətin performansı, səmərəliliyi artır və rəqabət üstünlüyü təmin edilir. Yaradıcı yanaşmalarımızla biz öyrənməni növbəti səviyyəyə qaldırır və standartlardan kənara çıxırıq. Nəticədə müvafiq şirkətə, onun əməkdaşlarına və məqsədlərinə uyğunlaşdırılmış yaradıcı öyrənmə həllərimizlə öyrənmə prosesini daha rəngarəng və faydalı edirik”, - deyə Elnur Axundov əlavə edib.

Azərbaycanda məhz belə təhsil ekosistemi yaratmaq niyyətində olduqlarını vurğulayan Elnur Axundov şirkətinin innovativ öyrənmə və təşkilati inkişafda qlobal lider olmağı hədəflədiyini deyib: “Vaxtilə Azərbaycanda pambıq istehsalı ilə məşğul olan böyük bir şirkətdə menecer idim. Həmin şirkətdə Azərbaycanda bir ilk olaraq LMS sistemi qurdum. Bu şirkətdə bizim komanda tərəfindən “e-learning content” (elektron təhsil məzmunu) yaradıldı. Corc Vaşinqton Universitetinin Ali Təhsil və İnsan İnkişafı Məktəbində magistr dərəcəsinə yiyələndikdən sonra Azərbaycanda təhsil sahəsində işləməyə başladım. Doqquz il korporativ sahədə çalışdıqdan sonra təhsil sahəsinə keçmək mənim üçün də maraqlı oldu. Orada bir müddət çalışdıqdan sonra xeyli vaxtdan bəri xəyalımda olan şirkətin təsis edilməsi üçün bir daha əmin oldum. “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasına dair 2019-2023-cü illər üçün Dövlət Proqramı” ikili diplom proqramına imkan yaratdı, Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə ikili diplom proqramı çərçivəsində Corc Vaşinqton Universitetinin Ali Təhsil və İnsan İnkişafı Məktəbini bitirməklə təşəbbüsümün reallaşması üçün imkanlarım genişləndi, - deyə E.Axundov qeyd edib.

Elnur Axundov vurğulayıb ki, öz şirkətini təşkilatlar və şəxslər üçün mayak olaraq təsəvvür edir. Firmanın təklifləri dörd sahədə fərqlənir: öyrənmə texnologiyası, öyrənmə dizaynı və inkişafı, idarəolunan öyrənmə xidmətləri və “Lighthouse Academy”. Şirkətin qabaqcıl məhsulu olan “Lighthouse LMS” biznes, dövlət qurumları, qeyri-kommersiya təşkilatları və daha çoxu üçün uyğunlaşdırılmış qabaqcıl öyrənmə idarəetmə sistemidir ki, onlar öz xərclərini optimallaşdıra və öyrənmə effektivliyini artıra bilsinlər. Öyrənmə dizaynı və inkişafı bölməsi - videoöyrənmə, animasiya, e-öyrənmə, e-öyrənmə oyunları və s. kimi xüsusi premium e-öyrənmə dizayn və inkişaf xidmətləri təqdim edir. Şirkət idarəolunan öyrənmə xidmətləri sahəsində öyrənmə və inkişafın bütün istiqamətlərində təşkilatları dəstəkləyən hərtərəfli autsorsinq həlləri təklif edir. “Lighthouse Consulting & Training”in tərkibində hibrid və tam onlayn öyrənmə proqramları təqdim edən təhsil mərkəzi olan “Lighthouse Academy” yerləşir. Akademiya müxtəlif və çevik öyrənmə metodlarına sadiqliyi əks etdirən təlim kursları, mikromasterlər və icraçı proqramlar təklif edir: “Biz şirkətlərə və fərdlərə yol göstərən bir işıq rolunu oynayırıq. Onların işlərinə müdaxilə etmirik. Biz onların yerinə heç nə etmirik. Biz sadəcə mayak kimi hər zaman strateji tərəfdaş olaraq onlara doğru yanaşmalar, effektiv həllər təklif edirik və onların həm texnoloji, həm strateji tərəfdaşı olaraq hər zaman onların yanındayıq. Biz bunu konsaltinq və təlimlər vasitəsilə edirik. Konsaltinq çərçivəsində bizim üç əsas istiqamətimiz var: bunlardan biri bizim bilavasitə texnoloji sahəmizdir. Bizim LMS kooperativlərə, dövlət və qeyri-dövlət qurumlarına, qeyri-kommersiya təşkilatlarına və təhsil müəssisələrinə “B2B”, “B2C” və “B2Ed” (Educational centers), - bu üç istiqamətdə texnoloji həll təklif edirik. Azərbaycanda ilk dəfə yerli bir həll olaraq bunu bazara biz çıxarmışıq və reallaşmasını təmin edirik”.

Hazırda Azərbaycanın bir sıra aparıcı şirkətləri ilə əməkdaşlıq etdiklərini bildirən Elnur Axundov deyib ki, bu şirkətlərdə texnoloji məhsulu tətbiq ediblər və onun uğurlarının şahidi olublar: “Bizim yanaşmamız SAM (Successive Approximation Model) öyrənmə proqramları yaradarkən bir sıra addımları izləyən, hər addımda sifarişçinin rəyini nəzərə alan, beləliklə, daha effektiv və səmərəli öyrənmə təcrübəsi təmin edən bir yanaşmadır. Bu yanaşma ilə biz öyrənmə məqsədlərini daha dəqiq müəyyən etmək və bu məqsədlərə uyğun olaraq daha yaxşı öyrənmə həlli hazırlamaq imkanı əldə edirik. Beləliklə, öyrənmə həlli sifarişçinin ehtiyaclarına tam cavab verir və öyrənmə prosesini daha səmərəli hala gətirir.

“Lighthouse” LMS öyrənmə ehtiyaclarını nəzərə alır və şirkətlərə özəl həllər təqdim edir. Şirkət LMS-dən istifadə edərək əməkdaşlarının öyrənmə prosesi, nəticələri, iştirak nisbəti haqqında məlumatları izləyə bilir. Bu da əməkdaşların zəif və güclü nöqtələrini aşkarlamaqda, təkmilləşdirilməsi lazım olan bilik və bacarıqları təyin etməkdə şirkətə kömək edir. Bizim fəaliyyətimizin ikinci istiqaməti isə nəticəyə fokuslanan rəqəmsal və kreativ öyrənmə məzmunu yaratmaqdır. Bu, Azərbaycanda təhsil sahəsində tətbiq olun bir ilkdir. Öyrənmə və yaradıcılıq sahəsində böyük təcrübəyə malik ekspert komandamız öyrənmə məzmununu hazırlayarkən şirkətin əməkdaşlarının bacarıqlarının təkmilləşməsini və həqiqi davranış dəyişikliyini hədəfləyir. İlk baxışda yorucu kimi görünən prosesi isə oyun, animasiya formasında təqdim edir ki, bu da şirkətin əməkdaşlarının davamlılıq və həqiqi öyrənmə prosesini təmin edir. Bu, bizim hədəflədiyimiz innovativ öyrənmə məzmununun əsasını təşkil edir. Bunu “Adobe Captivate” vasitəsilə edirik. Ölkəmizdə bu proqramın “Adobe Sertified Professional – Adobe Captivate” sertifikatına malik bir ekspertəm. “Adobe Captivate” vasitəsilə biz şirkətin istəklərinə uyğun təlim məzmunu yaradırıq – animasiya, krossvord, mükəmməl məzmun, vizual ünsiyyət, cəlbedici təcrübələr tətbiq olunur. Buna görə də biz mərkəzə funksionallıq sözünü də əlavə edirik. Hazırlanan öyrənmə məzmunu faydalı olmaq üçün həm də funksional olmalıdır. Beləliklə, biz öyrənənlərin qurumlar üçün həqiqi dəyər yaradacağından əmin oluruq”.

E.Axundov qeyd edib ki, müasir dövrün tələblərini nəzərə alaraq öyrənmə prosesinin hər kəsə əlçatan olması və istənilən yerdən, istənilən saatda öyrənmə təcrübəsi qazanmaq üçün proqramda hibrid əsaslı metod tətbiq edilir: “Öyrənənlər həm onlayn resurslardan və rəqəmsal alətlərdən istifadə edib, həm də qarşılıqlı əlaqə ilə öyrənməni daha dərindən təcrübə etmək imkanı qazanırlar. Daha dərindən mənimsənilmə üçün 100 saatdan ibarət intensiv və zəngin tədris proqramımız mövcuddur. Bu proqram çərçivəsində öyrənənlər qlobal kurikulum əsaslı interaktiv öyrənmə təcrübəsinin bir hissəsi olurlar. Fəaliyyətimizin üçüncü istiqaməti ənənəvi olaraq konsultasiyadır. Öyrənmə proseslərini effektiv idarə etmək xeyli vaxt tələb edir. Adətən məzmun hazırlamaq, öyrənmə platformasını idarə etmək, istifadəçiləri dəstəkləmək, resursları və digər əlaqəli fəaliyyətləri hazırlayıb nəzarət etmək üçün böyük bir komanda tələb olunur. İdarə olunan öyrənmə xidməti ilə işləməklə, bu fəaliyyətlər əlavə daxili resurslara, vaxt aparan işə qəbul prosesinə və ya daxili personalın idarə edilməsinə ehtiyac olmadan həyata keçirilir”, - deyə Elnur Axundov bildirib.

Azərbaycan təhsilində yaradılmış texnoloji həllərin qlobal bazarda təqdim olunacağını diqqətə çatdıran gənc şirkət təsisçisi gələcək planları barədə də məlumat verib: “Bizim məhz ikinci fəaliyyət istiqamətimiz olan “Öyrənmə dizaynı və tərtibatı” üzrə planlarımız qlobaldır. Tezliklə burada fərqli təlim məhsulları yaradıb qlobal bazara daxil olmağı planlaşdırırıq. Burada söhbət yenə də rəqəmsal bilik məhsullarından gedir. Onları fərqli dillərdə yaradacağıq və həmin ölkələrə satışını təşkil edəcəyik.

Məsələn, fransız dilində kommunikasiya bacarıqları adlı bir interaktiv təlim məhsulu yaradaraq Fransa, Amerika və Afrika ölkələrinə satışını təşkil edəcəyik. Hazırda tərəfimizdən ilk hibrid “bootcamp” (intensiv təlim proqramı) təşkil olunur. Bu, ilk belə bir məhsuldur. Bu, HR-ın daxilində öyrənmə və inkişaf proqramıdır. Gələcəkdə belə məhsullarımızın sayını artırmaq niyyətindəyik. Maliyyə, jurnalistika, məzmun yaradıcılığı, neft və qaz istiqamətləri üzrə bu formatda “bootcamp”lar təşkil olunacaq. Biz Azərbaycanda olmayan bir şeyləri yaratmaq, ölkəmizdə yeni bir təhsil ekosistemi yaratmaq istəyirik. İlkin mərhələdə müxtəlif mövzularda olacaq bu intensiv təlimlərə 50, sonra 100 və daha sonra 300-dək iştirakçı cəlb etmək niyyətindəyik. Əsas məqsədimiz Azərbaycanda təhsilin hər kəs üçün əlçatan və effektiv olması işinə töhfə verməkdir”, - deyə E.Axundov əlavə edib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ Qlobal Siyasət İnstitutunun prezidenti: Şuşa forumu son dərəcə vacib zamanda keçirilən tədbirdir

Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri: Respublikada 186 vakant hakim ştatı var

İkinci Şuşa Qlobal Media Forumu çərçivəsində “Böyük Qayıdış: Qarabağ” filminin nümayişi olub

ABŞ mediası Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumunda çıxışından yazır

Şuşada Türk Xəbər Agentlikləri Alyansının İcraiyyə Komitəsinin 1-ci iclası keçirilib

Mərkəzi Asiya mediası Prezident İlham Əliyevin Şuşada mediaforumdakı çıxışını geniş şəkildə işıqlandırıb

Qlobal Media Forumun iştirakçıları Şuşa şəhəri ilə tanış olublar

Antalya hava limanı yeni rekorda imza atıb

Yusuf Özkır: Təlim və birgə layihə işlərini həyata keçirmək ATNA-ya üzv ölkələr üçün faydalı olar

İstanbulda meşə yanğını, Türkiyənin müvafiq qurumları səfərbər edilib

Bekzat Zhusip: Şuşanın bərpa olunduğunu görmək çox xoşdur

ŞKTC mediası Prezident İlham Əliyevin Şuşa Forumundakı çıxışına geniş yer ayırıb

Dördüncü “Yüksəliş” müsabiqəsinin final mərhələsi yekunlaşıb

Qubada mərhum jurnalist Raşbil Zaxaryayevin 85 illiyinə həsr olunan sərgi açılıb

Bülənt Ovacık: Saxta xəbərlər yayımlanan zaman onların qarşısı operativ şəkildə alınmalıdır

İtaliya mediası Azərbaycan Prezidentinin II Qlobal Media Forumunda səsləndirdiyi fikirlərdən yazıb

Vətən müharibəsi şəhidinin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

MENA-nın baş redaktoru: Bizim öz baxışımızı aydınlaşdırmaq üçün Şuşa Forumu kimi tədbirlərə ciddi ehtiyacımız var VİDEO

“Reuters” və “Politico” Prezident İlham Əliyevin Şuşa mediaforumundakı çıxışından yazıb

AZƏRTAC-ın İdarə Heyətinin sədri: Texnologiyalar inkişaf etdikcə feyk xəbər problemi özünü ən asan və sürətli formalarda büruzə verir

Naxçıvanda ədliyyə orqanlarına qulluğa qəbulla bağlı test imtahanı keçirilib

Vüqar Əliyev: Türk Xəbər Agentlikləri Alyansı Türk dünyası xəbərlərinin toplandığı struktur rolunu oynamalıdır

II Şuşa Qlobal Media Forumunda dezinformasiyanın yayılma arealının müəyyənləşdirilməsi ilə bağlı müzakirələr aparılıb YENİLƏNİB

Avropa Universitet Oyunları: Azərbaycan badmintonçularından ibarət komanda Macarıstana qalib gəlib

İkinci Şuşa Qlobal Media Forumu Rumıniya və Bolqarıstan mediasının diqqət mərkəzindədir

Gürcüstanda 90 yaşdan yuxarı 12 mindən çox pensiyaçı var

Prezident İlham Əliyevin İkinci Şuşa Qlobal Media Forumundakı çıxışı mühüm mesajlarla zəngin oldu - ŞƏRH

Numan Kurtulmuş: NATO qlobal gərginliyin azaldılmasına çalışmalıdır

Ukrayna mediası Prezident İlham Əliyevin Şuşa mediaforumundakı çıxışını geniş işıqlandırıb

Əl-Cəzirənin şöbə müdiri: Qərb mətbuatında xəbər başlıqlarının seçimi çox qərəzlidir

Şuşa Forumunda dezinformasiyaya qarşı daha davamlı cəmiyyət qurmağın yolları müzakirə edilib

“Zəfər çələngi” və “Xalqa bağışlanmış ömürdən anlar” kitablarının virtual təqdimatı keçirilib

Şuşa Forumu çərçivəsində “Texnologiya və dezinformasiya” mövzusunda paralel müzakirələr keçirilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

ABŞ-ın MTP klubunun təsisçisi: Qarabağın qısa müddətdə belə inkişaf edə biləcəyini gözləmirdik

Sabahın hava proqnozu açıqlanıb

Bakıda Özbəkistan Kino Günlərinin açılışı olub

BŞDYPİ yağışlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Valeria Giannotta: Şuşa 2021-ci ildə xarabalıq vəziyyətində idi

İkinci Şuşa Qlobal Media Forumu dünya mətbuatının diqqət mərkəzindədir  YENİLƏNİB

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib

Montaser Marai: Media olaraq biz narrativlərin mötəbərliyini sorğulamalıyıq VİDEO

Mixail Qusman: İnformasiya müharibələri siyasi rejimdən asılı olmayaraq bütün ölkələrdə rast gəlinən fenomendir VİDEO

AMEA prezidenti Xocalı şəhərində arxeoloji ekspedisiyanın işi ilə tanış olub

“TRT World” kanalının aparıcısı: Bəzi xəbər agentlikləri Azərbaycanı hədəfə almışdılar

Leysan xarakterli yağış yağıb – FAKTİKİ HAVA

Hikmət Hacıyev: COP29-la bağlı çox güclü dezinformasiya kampaniyası ilə üzləşmişik VİDEO

Prezidentin köməkçisi: Düzgün məlumatın paylaşılması cəmiyyət üçün olduqca vacibdir VİDEO

Daşaltı Dərin Quyu seysmik stansiyasında işlərin birinci mərhələsi başa çatdırılıb

Hikmət Hacıyev: Dezinformasiya Azərbaycan xalqına qarşı psixoloji müharibəyə çevrilib VİDEO

Şəkidə avtomobil iaşə obyektinə çırpılıb, beş nəfər xəsarət alıb

BDU “Webometrics”də “Şəffaflıq” indikatoru üzrə ölkə birincisidir

Gürcüstan mediası Prezident İlham Əliyevin Şuşa Media Forumundakı çıxışını geniş işıqlandırıb

MN: Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub

DİN: İtkin düşən Şirvan sakini Bakıda tapılıb

Qvatemalada 6,2 bal gücündə zəlzələ qeydə alınıb

Şuşada 2-ci Qlobal Media Forumunun açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Forumda iştirak edib  YENİLƏNİB - 2 VİDEO

Livanın cənubunda silsilə partlayışlar baş verib

Bu gün DİM hərbi liseylərə qəbul imtahanı keçirir

Tramp andiçmə mərasimindən əvvəl Ukraynadakı münaqişəni həll edəcəyinə söz verib

Göbələk depressiyadan qurtulmağa kömək edir

Boliviya - Çili sərhədində avtobusla yük maşını toqquşub, 16 nəfər ölüb

Yunanıstanda bir gündə 45 meşə yanğını baş verib

Marneulidə Beynəlxalq Şahmat Gününə həsr olunmuş turnir keçirilib

Qırğızıstan informasiya agentliyi Prezident İlham Əliyevin Şuşa Media Forumundakı çıxışından yazıb

Gürcüstan və Avstriya parlamentariləri Cənubi Qafqazdakı prosesləri müzakirə ediblər

Naxçıvanda gömrük sahəsində yüksək nailiyyətlər üçün ticarətin asanlaşdırılması imkanları nəzərdən keçirilib

Türkiyə mediası Prezident İlham Əliyevin Şuşa mediaforumundakı çıxışını geniş işıqlandırıb

Əməkdar artist Fuad İbrahimov haqqında “Euronews” telekanalında süjet yayımlanıb

“Kazinform”: AQEM-in baş katibi Nyu-Yorkda keçirdiyi görüşlərdə COP29-un əhəmiyyətini qeyd edib

İtaliyada zəncirvari qəza: bir ölü, 17 yaralı var

Fransada parçalanmış parlament koalisiya hökumətinin qurulması prosesinə başlayır

Azərbaycan klubu Qubada keçirilən beynəlxalq basketbol turnirində mübarizəni dayandırıb

MN: “Birləşdik - 2024” təlimində iştirak edən heyətimiz Vətənə qayıdıb

İkinci Şuşa Qlobal Media Forumunun iştirakçılarının şərəfinə ziyafət verilib

Prezident İlham Əliyev: Əminəm ki, Türk Dövlətləri Təşkilatının çox böyük gələcəyi var

Şanxayda Qədim Misir eksponatları sərgisinə rekord sayda ziyarətçi gəlib

Prezident: Pakistan mediasında hər zaman qardaş dəstəyi görmüşük

Azərbaycan Prezidenti: Biz gözəl bilirik ki, ən çox karbon tullantıları istehsal edən böyük ölkələr hansılardır

Prezident İlham Əliyev: Biz istəyirik ki, Azərbaycanda keçiriləcək COP29 həmrəylik tədbiri olsun

Prezident: Afrika İttifaqının bir çox üzvləri ilə fəal təmaslarımız var

Prezident İlham Əliyev: Azərbaycan qazının Avropaya nəqlini iki dəfə artırmaq bizim hədəfimizdir

Prezident İlham Əliyev: Atdığımız bütün addımlar əsas məqsədi güdür: iqtisadi və siyasi müstəqilliyimizi daha da gücləndirmək

Prezident: Yaşıl enerji ilə bağlı bir çox məqamlar insanları və qərar qəbul edənləri düşünməyə vadar edir

Prezident: Torpaqlarımızı azad etmək üçün lazım olsaydı, daha 17 il gözləyərdik

Azərbaycan Prezidenti: Sülh və ərazilərimizin azad edilməsi naminə bütün şəxsi emosiyalarımı kənara qoymalı idim

Prezident İlham Əliyev: Ümid edirəm ki, seçkilərdən sonra ABŞ-da və Avropada Azərbaycan haqqında daha yaxşı anlayış olacaq

BMT Ümumdünya Şahmat Gününü dayanıqlı inkişaf kontekstində qeyd edib

Azərbaycan Prezidenti: Britaniyada bütün liderlər mənə Ermənistan, sülh sazişi haqqında suallar verirdilər

Prezident: Avropa bir tərəfdən bizdən qaz hasilatını artırmağı xahiş edir, digər tərəfdən bunu maliyyələşdirmir

Türkiyədə növbəti aeroportun açılışı olacaq

Bir sıra dövlət qurumlarının və şirkətlərin mətbuat katiblərinin “Neft Daşları”na səfəri təşkil olunub

Azərbaycan Prezidenti: Bizim ABŞ-la münasibətlərimiz demək olar hər zaman sabit olub

Prezident İlham Əliyev Qlobal Media Forumunda Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb VİDEO

Azərbaycan Prezidenti: Ermənistanla normallaşma prosesində irəliləyiş baş verir VİDEO

Prezident İlham Əliyev: Biz Qlobal Cənubla Qlobal Şimal arasında körpülər qururuq

Bank kartlarına kiberhücumlar edən şəbəkə üzvləri həbs ediliblər VİDEO

Belarus nəşri: Üç onillik ərzində Azərbaycan Cənubi Qafqazda strateji tərəfdaşlığımızın etibarlı dayağına çevrilib

Fərrux Mahmudov: Qubada basketbol turnirinin keçirilməsi bölgələrdə bu idman növünün inkişafına müsbət təsir edəcək

Prezident: Bizim COP heyətimiz çox səmərəli işləyir