“DAEWOO” ŞİRKƏTİ İLƏ NÖVBƏTİ SAZİŞ İMZALANMIŞDIR
AZƏRTAC xəbər verir ki, mayın 19-da Nəqliyyat Nazirliyində
Koreya Respublikasının “DAEWOO” şirkəti ilə yeni saziş imzalanmışdır.
Sazişə görə, yaxın vaxtlarda Azərbaycana bu şirkətin istehsalı olan 300 avtobus gətiriləcəkdir.
İmzalanan digər bir sənədə - Niyyət protokoluna görə isə ilin sonunadək “DAEWOO” istehsalı olan daha 700 avtobusun alınması nəzərdə tutulur.
Qeyd edək ki, bu avtobuslar texniki parametrlərinə, eləcə də rahatlıq və keyfiyyətinə görə əvvəlkilərdən fərqlənir.
Xatırladaq ki, ötən il imzalanmış razılığa müvafiq olaraq
respublikamıza bu şirkətin istehsalı olan 200 avtobus gətirilmişdir və onlardan paytaxtın ictimai nəqliyyatında istifadə olunur.
Bundan başqa nazirlik “MAN” və “MAZ” markalı avtobusların gətirilməsini də təmin etməklə sərnişin nəqliyyatı sahəsində yüksək keyfiyyətli xidmətin təşkilinə nail olmaq niyyətindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:55]
Ekspert: Orta Dəhlizin qlobal logistika sistemində çəkisi artır
- 09.06.2026 [12:41]