DÜNYA
Dağıstanda 75 nəfər bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilib

Moskva, 15 yanvar, AZƏRTAC
Dağıstanın Kizlər şəhərində 75 nəfər bağırsaq infeksiyası ilə xəstəxanaya yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, şəhər xəstəxanasının yaydığı məlumata görə, onların 40 nəfəri uşaqdır. Dağıstan Respublikası hökumətinin mətbuat xidmətindən jurnalistlərə bildiriblər ki, zəhərlənməyə səbəb su borusundan gələn sudur. Hazırda keyfiyyətsiz suyun ötürüldüyü nasos stansiyası müəyyən edilib və onun işi dayandırılıb.
Faktla bağlı cinayət işi açılıb, təhqiqat aparılır.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva