REGİONLAR
Dağlar qoynundakı təbiət möcüzəsi - Kəlbəcər rayonunun Əsrik kəndindən FOTOREPORTAJ VİDEO
Kəlbəcər, 14 noyabr, Tahir Ağaməmmədov, AZƏRTAC
Təbiət möcüzəsi olan Kəlbəcər rayonunun ən səfalı guşələrindən biri Əsrik kəndidir. Tutquçayın (Tutğunçay da deyilir – red.) sağ sahilində, Qonqur dağının ətəyində yerləşən Əsrik kəndinin təbiəti ilin bütün fəsillərində gözəlliyi ilə seçilir. Kənd özünün yaylaqları, çoxsaylı bulaqları, o cümlədən mineral tərkibli turşsu bulaqları ilə tanınır. Bulaqların suyu dərə ilə axan çaya qovuşur və bu yerdə gözəl dağ şəlaləsi yaradır.
Günəşli payız günü olsa da, artıq indidən qışın nəfəsi hiss edilir. Meşələrdəki xəzanın qızılı sarı rəngləri, çayın şırıltısı və bir hissəsi donmuş dağ şəlaləsi füsunkar təbiət harmoniyası yaradır.
AZƏRTAC-ın bölgə müxbirinin Əsrik kəndindən çəkdiyi görüntüləri təqdim edirik.