Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

DAHA 15 NƏFƏR BÖYÜK VƏTƏN MÜHARİBƏSİ ƏLİLİNƏ PULSUZ MİNİK AVTOMOBİLİ VERİLMİŞDİR
ONLAR BUNU PREZİDENT HEYDƏR ƏLİYEVİN ƏLİLLƏRƏ QAYĞISININ TƏZAHÜRÜ HESAB EDİRLƏR

Yanvarın 24-də 15 nəfər Böyük Vətən müharibəsi əlilinə respublika Prezidentinin hədiyyəsi olaraq “OKA” markalı minik avtomobili verilmişdir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyev bu xoşməramlı mərasim münasibətilə veteranları təbrik etmiş, Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşaraq fiziki sağlamlıqlarını itirmiş insanlara təqdim olunan minik avtomobillərinin müəyyən qisminin məhz Böyük Vətən müharibəsi əlillərinə verilməsinin şəxsən ölkəmizin başçısı Heydər Əlirza oğlunun təşəbbüsü, qayğısı, nəzarəti ilə həyata keçirildiyini xüsusi vurğulamışdır. Natiq bildirmişdir ki, nazirlik əlillərin nəqliyyat vasitələrinə olan ehtiyaclarını ödəmək məqsədi ilə 1997-ci ildən bəri 1100-dək “OKA” almışdır. Bu maşınların 115 ədədi Böyük Vətən müharibəsi əlillərinə hədiyyə edilmişdir.

Sonra mərasimdə respublika Veteranlar Şurasının sədri Baloğlan Rüstəmov və maşın alan əlillər çıxış etmişlər. Bir zaman canları, qanları bahasına əldə etdikləri Qələbə ilə bütün dünyanı sevindirdiklərini bildirən veteranlar bu gün respublika Prezidentinin hədiyyəsi olaraq nazirlik tərəfindən təqdim olunan avtomobillərin açarlarını alarkən heç də bundan az sevinmədiklərini vurğulamışlar.

Veteranlar bu sevinci, fərəhi onlara bəxş edən Prezident Heydər Əliyevə və dövlət başçısının yürütdüyü sosial-iqtisadi siyasəti müvəffəqiyyətlə həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə minnətdar olduqlarını bildirmişlər.

Mərasimin sonunda avtomobil alan Böyük Vətən müharibəsi əlilləri adından Azərbaycan Prezidenti Heydər Əliyevə müraciət oxunmuşdur. Müraciətdə deyilir:

Möhtərəm cənab Prezident!

Tarix boyu xalqımız qarşısında duran başlıca məqsəd milli təfəkkürə əsaslanan müstəqil dövlət qurmaqdan ibarət olub. Milli dövlətin qurulması, əsl milli istiqlal ancaq zəngin təcrübə ilə milli şüurun üzvi surətdə birləşməsi, dövlətçilik məfkurəsinin daşıyıcısı olan liderin hakimiyyətə gəlməsi sayəsində mümkün idi. Buna görə də haqlı olaraq xalqımız müasir milli dövlət quruculuğumuzu Sizin hakimiyyətə gəldiyiniz andan başlandığını qeyd edir. Məhz bu tarixdən başlayaraq Azərbaycan dünya birliyinin bərabərhüquqlu üzvünə, müstəqil, demokratik dövlətə çevrilmiş, ölkədaxili proseslər nizamlanmış, anarxiyaya, hakimiyyətsizliyə, vətəndaş qarşıdurmasına son qoyulmuş, ölkəmizdə sivil, dünyəvi dövlət və vətəndaş cəmiyyətinin formalaşması, vətəndaşlarımızın hüquq və azadlıqlarının qorunması təmin edilmiş, dünyada baş verən mürəkkəb ictimai-siyasi proseslərə baxmayaraq, Azərbaycanın dövlət müstəqilliyi, milli təhlükəsizliyi qorunmuşdur.

Cəmiyyətin bütün sahələrinin mütərəqqi inkişafına nail olmaq üçün demokratik islahatların aparılması, sosial, siyasi, iqtisadi, hüquqi islahatlara dair qanunvericilik bazasının yaradılması Sizin məqsədyönlü siyasətinizin nəticəsidir.

Aparılan uğurlu siyasət bütün ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasına geniş imkanlar yaratdı.

Bütün bu nailiyyətlər xalqımızın tarixini şərəfləndirmiş görkəmli dövlət xadimi Zati-Alinizin müstəsna xidmətləri sayəsində mümkün olmuşdur.

İndi hər bir azərbaycanlı azad, müstəqil dövlətin vətəndaşı olmaqdan sonsuz qürur hissi keçirir.

Cənab Prezident!

Dünya tarixində ən ağır, son dərəcə dəhşətli müharibənin iştirakçısı olan bizlərə daimi qayğınızı dərin minnətdarlıq hissi ilə qeyd edirik. Həmin müharibənin iştirakçıları sözün həqiqi mənasında qəhrəmanlıq salnaməsi yaradıb, yer üzündə sülh və ədalət naminə vuruşub, qələbə qazanıblar. Bu Qələbə faşizmin kökünü kəsməklə planetimizin xalqlarını bəşəriyyətin qəddar düşmənindən xilas etdi. Bütün dünya qələbələrimizə, hünərimizə heyran qaldı.

Bir vaxtlar siyasət meydanında peyda olan səriştəsiz, naşı qüvvələrin Böyük Qələbəni saxtalaşdırmaq, xalqın qəhrəmanlığını əsassız olaraq gözdən salmaq cəhdlərinə məhz Sizin qayğınızla son qoyuldu. Milyonlarla insanın qanı ilə yazılmış tarixi yenidən yazmaq və dəyişdirməyə, Böyük Qələbənin əhəmiyyətini şüurlardan çıxarmağa çalışanlar ifşa edildi. Bizim Böyük Vətən müharibəsində göstərdiyimiz şücaətə, qəhrəmanlığa və rəşadətə Zati-Aliniz tərəfindən xalqımızın milli və mənəvi sərvəti kimi qiymət verilib. Digər tərəfdən, bu müharibə inandırıcı şəkildə sübut etdi ki, ədalətsiz və işğalçılıq müharibələri məğlubiyyətə məhkumdur.

Bu gün Azərbaycanın müharibə və silahlı qüvvələr veteranları Sizin böyük qayğınızla əhatə olunublar.

Bizim sağlamlığımızın qorunması üçün müntəzəm olaraq tibbi-reabilitasiya vasitələri, sanatoriya-kurort müalicəsi, minik avtomobilləri ilə təmin edilməyimiz bu qayğının parlaq təzahürüdür.

Zati-Aliləri!

Bu gün xalqımızın qarşısında ərazilərimizin erməni işğalından azad edilməsi, ölkəmizin müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi kimi ciddi və məsul vəzifələr durur. Əmin ola bilərsiniz ki, bizlər bu vəzifələrin həllinə öz imkanımız daxilində kömək göstərəcək, respublikanın ictimai-siyasi həyatında, xüsusilə gənclərin hərbi vətənpərvərlik tərbiyəsi tədbirlərində bundan sonra da əzmlə iştirak edəcəyik.

Qarşıdan gələn prezident seçkilərində biz veteranlar milli dövlətimizin yaradıcısı və memarı olan Sizin namizədliyinizi yekdilliklə müdafiə etməklə, işıqlı gələcəyimizə səs vermiş olacağıq.

Zati-Alinizə dərin hörmət və ehtiramla,

2003-cü il yanvarın 24-də minik

avtomobilləri alan Böyük Vətən

müharibəsi əlilləri adından:

İbrahim Hacıyev, Adil Babayev,

Qafar Qafarov - cəmi 15 imza.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şamaxıda avtomat satmaq istəyən şəxs saxlanılıb

Sabah əksər rayonlarda hava əsasən yağmursuz keçəcək

Xalq təbabətinin unudulmuş reseptlərinə dair kitabın təqdimatı olub

Ucarda “Təmiz hava” aylığı çərçivəsində tədbir keçirilib

Bu gün Xalq şairi Nigar Rəfibəylinin doğum günüdür

Azərbaycan çaylarında faktiki vəziyyət açıqlanıb

Odessada “Azərbaycan Evi”ndə diaspor nümayəndələri ilə görüş keçirilib

Abşeron rayonunda sursat aşkar edilib VİDEO

Azərbaycanın dəmir yolu stansiyalarında memarlıq irsi

“Avro 2024”: Bu gün III tura start veriləcək

“Sabah” braziliyalı futbolçu ilə yollarını ayırıb

Aleksey Borisov: COP29-un uğurlu təşkili dünya arenasında mövqeyini möhkəmləndirməkdə Azərbaycana kömək edəcək

Amerika Kuboku: Venesuela və Meksika yığmaları qalib gəlib

Ağstafada toyda kütləvi zəhərlənmə olub VİDEO

Xəzərdən sahilə, qurudan dənizə onlardan xəbərsiz meh də əsə bilməz... FOTOLAR VİDEO

Faktiki hava: bölgələrdə qeyri-sabit hava şəraiti davam edib

Yeni Kaledoniyanın müstəqillik tərəfdarları mühakimə üçün Fransaya aparılacaq

Bacısı oğlunu öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb

Güclü külək və dolu 2 rayonda fəsadlar törədib

Fəallar Kembric Universitetinin binasını qırmızı rəngə boyayıb

23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramıdır

Yaponiya imperatoru və xanımı Britaniyada səfərdədir

Türkiyə millisinin baş məşqçisi: İlk 20 dəqiqə daha yaxşı oynadıq

Fransada leysan: Arıçılar narazıdır

Türkiyədə taksi sürücüləri üçün təhlükə xəbərdarlığı düyməsi tətbiq edilir

DİM aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyənlər üçün test imtahanı keçirir

Bu gün 1300-dən çox namizəd rezidenturaya ikinci cəhd qəbul imtahanı verir

Özbəkistanda təbii qazın hasilatı azalıb

Türkiyədə son üç həftədə 399 meşə yanğını baş verib

Şahzadə Uilyam Teylor Sviftin konsertində iştirak edib

Azərbaycan özünün yaşıl gündəliyi ilə qlobal səylərə mühüm töhfə verməkdədir ŞƏRH

Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Almaniyada səfərdədir

Avro-2024: Belçika millisi ilk qələbəsini qazanıb

Qaxa leysanla müşayiət olunan dolu düşüb

Azərbaycanın bir qrup şəhid ailəsi Türkiyəyə səfər edib

Azərbaycan idmançıları BRICS Oyunlarını 34 medalla başa vurublar

Bakı-Quba yolunda qəza nəticəsində 2 nəfər xəsarət alıb VİDEO

QHGT İqlim Fəaliyyəti Forumunun iştirakçıları Şamaxı Rəsədxanası ilə tanış olublar

Akademik: Zəngəzur dəhlizinin astanasında bu tədbirin böyük ictimai-siyasi əhəmiyyəti var

Avro-2024: Portuqaliya millisi Türkiyəni üç cavabsız qolla məğlub edib YENİLƏNİB-6

İstanbulda “Zəngəzur sənətkarlığı” adlı sərgi keçiriləcək

Azərbaycanın azad edilmiş ərazilərində ilk dəfə QHT forumu keçiriləcək

“Qərbi Azərbaycana qayıdış” festival-konqresinin plenar iclasları keçirilib

Gürcüstanda 4,2 maqnitudalı zəlzələ olub

Ordubad rayonunda qərbi azərbaycanlılarla görüş keçirilib

Avropada yaşayan azərbaycanlı mühəndislərin Forumu işə başlayıb

Avro-2024: Türkiyə və Portuqaliya yığmalarının start heyətləri açıqlanıb

Avro-2024: Çexiya millisi debütantla bacarmayıb

Naxçıvanda yabanı halda bitən 74 tona yaxın çətənə bitkisi məhv edilib

Dənizkənarı Bulvarda “Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçirilib - YENİLƏNİB

Beynəlxalq ekspert: Türkiyə və Azərbaycan kimi qardaş ölkələr TDT-nin verdiyi imkanlardan bəhrələnirlər – MÜSAHİBƏ

Kəlbəcərdə mövqelərimiz yenidən atəşə tutulub VİDEO

Bakının 550 küçəsi yuyulub

İngiltərə klubu 21 yaşlı futbolçunu transfer edib

Şahruddin Məhəmmədəliyev Türkiyə klubundan ayrılıb

Bəxtiyar Əliyev: Böyük türkmən şairi Məhtimqulunun ədəbi mirasına Azərbaycanda böyük maraq və ehtiram göstərilir

Azərbaycan neftçilərinin böyük əməyi olan “Vietsovpetro” şirkəti 250 milyon ton neft hasil edib

“Bavariya”nın məşqçisi 57 yaşında vəfat edib

Azərbaycan Dəmir Yollarının yaşıl enerjiyə keçidi

Abşeron rayonunda şəhid ailələri ilə görüş keçirilib

Astanada çoxmərtəbəli binada yanğın baş verib VİDEO

QHGT-nin İqlim Fəaliyyəti Forumunda gənclər iqlim dəyişikliyinin onların gündəlik həyatına təsirlərini təhlil ediblər

Azərbaycan və Çin klassik əsərlərinin tərcüməsi və nəşri ilə bağlı görüş keçirilib

Mbappe Avropa çempionatı zamanı yoxlama oyununda iştirak edə bilər

Yaponiyanın məşhur avtomobil brendi elektromobil alışının artmasına görə Çindəki istehsalını azaldır

Tailand əcnəbi turistlər üçün pulsuz sığortanın müddətini uzadıb

Kitab karvanı ilə nağıllar dünyasına səyahət - Respublika Uşaq Kitabxanasından REPORTAJ

Deputatlar sertifikatlaşdırma imtahanını izləyiblər

Corc Vaşinqton Universitetinin məzunu: Azərbaycan təhsilində yaradılmış texnoloji həlləri qlobal bazara çıxarmağı planlaşdırırıq - MÜSAHİBƏ

Qəbələdə FHN-in Şimal-qərb Regional Mərkəzi yanğınlar zamanı davranış qaydaları ilə bağlı təlim keçirib 

® Nurlana Miabi: Kosmetologiyada 2024-cü ilin trendi təbii gözəllikdir

Avro-2024: Türkiyəli futbolçunun vurduğu qol ən yaxşı seçilib

Özbəkistanda qızlar üçün texnologiya proqramının növbəti mərhələsi keçirilib

Qəbələ və Oğuzdan olan ana və övladları sertifikasiya imtahanında yüksək nəticə göstəriblər VİDEO

Qazaxıstanda deltaplan qəzaya uğrayıb, bir nəfər həlak olub

Fransanın dənizaşırı departamenti Mayottada vəba xəstələrinin sayı 200-ə yaxınlaşıb

Gürcüstan futbolunun əfsanəsi: Türkiyə millisi bizdən yaxşı oynadı və iki möhtəşəm qol vurdu

Faktiki hava: Hazırda İsmayıllı, Şamaxı, Qobustan, Göyçay, Yardımlıda arabir leysan yağır

Haker qrupu Britaniyanın Milli Səhiyyə Xidmətinin serverlərini “sındırıb”

Meltem Buyuran: Azərbaycanın hər guşəsi ilham mənbəyidir – MÜSAHİBƏ

Çində həsirçilik sənətinin tarixi mərkəzi - Sinhı FOTOSESSİYA

Rahid Əmirquliyev: İnanıram ki, “Sabah” “Makkabi”dən “Xəzər Lənkəran”ın qisasını alacaq

Floridada “Türksat 6A” peykinin sınaqları davam edir

İsveç evdə doğuş praktikasını tətbiq edir

Aralıq dənizində 34 miqrantın cəsədi tapılıb

Dövlət Neft Fondu və Mətbuat Şurası jurnalistlər üçün birgə müsabiqə elan edib

Türkiyə millisinin baş məşqçisi: Portuqaliyalı futbolçuları topsuz qoymaqla onlara çətinlik yarada bilərik

Sabah hava necə olacaq?

Moskvanın ən yaxşı stomatoloq-cərrahlarının siyahısına azərbaycanlı başçılıq edib

Təkrar sertifikatlaşdırma prosesi ilə bağlı 1081 apellyasiya müraciəti olub

“Şerif”in sabiq baş məşqçisi: “Zirə” keyfiyyətli oyun nümayiş etdirir

Əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələri növlərinin Siyahısı iki dəfədən çox genişləndirilib

Burkina-Fasoda Fransanın “TV5 Monde” kanalının yayımı dayandırılıb

Paytaxtda növbəti ümumşəhər iməciliyi keçirilib VİDEO

“Euronews”: “Gamesummit 2024” Bakını oyun sənayesi xəritəsində yerləşdirib

Dövlət Vergi Xidmətinin nümayəndə heyəti Sankt-Peterburqda beynəlxalq forumda iştirak edib

Çin dünyada ilk termonüvə reaktorunu yaradıb

Azərbaycan millisinin hücumçusu: Fernandu Santuş yığmaya güclü oyun fəlsəfəsi gətirəcək

Azərbaycanda 20 uşaq himayədar ailələrə verilib

KXDR Cənubi Koreya ilə sərhəddə divar tikir