David Zalkaliani: Gürcüstan, Azərbaycan və Türkiyə tarixi İpək yolunun bərpasında xüsusi rol oynayırlar

Tbilisi, 23 dekabr, AZƏRTAC
Gürcüstan, Azərbaycan və Türkiyə tarixi İpək yolunun bərpasında xüsusi rol oynayırlar. Bu yolun tərkib hissəsi olan Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsi daşınmaların vaxtını və xərclərini kifayət qədər azaldır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani azərbaycanlı və türkiyəli həmkarları ilə keçirdiyi birgə mətbuat konfransında söyləyib.
Nazir deyib: “BTQ Avropa və Asiyanı birləşdirən rəqabətqabiliyyətli nəqliyyat dəhlizinə çevirilib. Gürcüstan, Azərbaycan və Türkiyə tarixi İpək yolunun bərpasında xüsusi rol oynayırlar, bu da ölkələr arasında əməkdaşlığın daha da dərinləşməsi və xalqlar arasında əlaqələrin genişləndirilməsinə imkan verir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]