Azərbaycan Dövlət İnformasiya Agentliyi

Daxili İşlər Nazirliyində Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi ilə görüş keçirilib

Daxili İşlər Nazirliyində Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi ilə görüş keçirilib

Bakı, 27 aprel, AZƏRTAC

Aprelin 27-də Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisi xanım Norika Nikolai ilə görüşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir Ramil Usubov 1996-cı ildə imzalanmış tərəfdaşlıq və əməkdaşlıq sazişinin Azərbaycan-Avropa İttifaqı münasibətlərinin hüquqi əsasını təşkil etdiyini, həmin dövrdə beynəlxalq ekspertlərin iştirakı ilə polisin fəaliyyətini tənzimləyən yeni qanunların hazırlandığını və xidməti fəaliyyətdə rəhbər tutulan bu sənədlərdə məhz insan hüquq və azadlıqlarının qorunması və təmininin əsas fəaliyyət istiqaməti kimi müəyyən edildiyini deyib. Qanunların icrasını həyata keçirmək, o cümlədən şəxsi heyətin peşəkarlığının artırılması və ümumilikdə polisin beynəlxalq standartlara uyğun fəaliyyət göstərməsi məqsədilə BMT, Avropa Şurası, Avropa İttifaqı, ATƏT və digər beynəlxalq qurumların təşkilatçılığı ilə təşkil olunan təlimlərdə, seminarlarda, konfrans və forumlarda 10 minə yaxın polis əməkdaşının iştirak etdiyi qonağın diqqətinə çatdırılıb. Qeyd olunub ki, ədalətli və şəffaf seçki prosesinin keçirilməsi, o cümlədən seçki hüququna malik vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmini, seçki proseslərinə polis əməkdaşlarının müdaxiləsinin qarşısının alınması məqsədilə təşkil edilən təlimlərdə polisin vəzifəsinin yalnız asayişin, əmin-amanlığın qorunması və insanlara öz iradələrini maneəsiz ifadə etməyə lazımi şəraiti yaratmaqdan ibarət olması istiqamətində izahedici işlər aparılıb. Seçkiqabağı prezidentliyə namizədlərin seçicilərlə görüşü və keçirdikləri digər kütləvi tədbirlər zamanı onların təhlükəsizliyi tam təmin edilib.

Bildirilib ki, hüquq qaydasına riayət edilməsinin fasiləsiz və canlı izlənilməsi məqsədilə istismara verilmiş "102 Zəng Mərkəzi" Xidmətinin və “Təhlükəsiz Şəhər” sisteminin fəaliyyəti məhz insan amili kimi ali prinsip üzərində qurulub. Həmçinin “102 Zəng Mərkəzi” Xidmətinə il ərzində daxil olan orta hesabla 250 mindən çox məlumat üzrə görülən çevik cavab tədbirləri ilə, eləcə də “Təhlükəsiz şəhər” sisteminin 110 mindən artıq videomüşahidə kamerasının tətbiqi sayəsində hər il 20 mindən çox hüquqazidd əməlin qarşısı alınır, 1400-ə yaxın cinayət “isti izlər”lə açılır.

Polisin fəaliyyətinə idarədaxili nəzarətin həyata keçirilməsi, o cümlədən korrupsiyaya şərait yaradan halların və bu kimi hüquqpozmalara yol verən əməkdaşların müəyyənləşdirilərək barələrində müvafiq tədbirlərin görülməsi işinin təşkili məqsədilə nazirliyin strukturunda müvafiq qurumun yaradıldığı qeyd olunub.

Nazir Ramil Usubov bildirib ki, ötən beş ildə korrupsiya hüquqpozmaları ilə əlaqədar aşkarlanmış 203 fakt üzrə 317 əməkdaş haqqında məsuliyyət tədbirləri görülüb. Onlardan 205 nəfəri xidmətdən xaric olunub, 85 nəfəri tutduğu vəzifədən azad edilib, 27 nəfər barəsində isə digər intizam tənbehləri tətbiq edilib.

İşgəncənin, ləyaqəti alçaldan və ya qeyri-insani rəftarın qarşısının alınması üzrə Avropa Komitəsinin tövsiyələrinə uyğun olaraq müvəqqəti saxlama yerlərində şəraitin yaxşılaşdırılması üçün zəruri olan bütün işlərin görüldüyünü qeyd edən nazir vurğulayıb ki, respublika üzrə DİN-in 72 müvəqqəti saxlama yeri mövcuddur. Onlar beynəlxalq standartlara uyğun qurularaq müasir siqnalizasiya, video-nəzarət və digər avadanlıqla təchiz edilib. Son beş ildə müvəqqəti saxlama yerlərində 1359 monitorinq keçirilib, xidmət zamanı yol verdikləri nöqsanlara görə 329 əməkdaş müxtəlif intizam məsuliyyətinə cəlb olunub.

Diqqətə çatdırılıb ki, aparılan araşdırmalar zamanı işgəncə vermə və ləyaqəti alçaldan faktlar aşkar edilməyib. Bununla belə, son beş ildə vətəndaşlarla kobud rəftar, əsassız gətirmə, saxlama, məsuliyyətə cəlb etmə, qanunsuz axtarış aparma, bir sözlə, vətəndaş hüquqlarını pozduqlarına görə 1378 fakt üzrə 1797 nəfər cəzalandırılıb. Onlardan dördü cinayət məsuliyyətinə cəlb edilib, 170-i daxili işlər orqanlarından xaric edilib. Habelə 161 nəfər tutduğu vəzifədən azad olunub, 10 nəfərin xüsusi rütbəsi aşağı salınıb, 1452 nəfər barəsində digər intizam tədbirləri görülüb.

Problemlərə toxunularkən transmilli mütəşəkkil cinayətkarlığın əsas növlərindən olan narkotiklərin qanunsuz dövriyyəsi, beynəlxalq terrorçuluq, insan alveri və qanunsuz miqrasiya ilə mübarizənin diqqət mərkəzində olduğu vurğulanıb.

Səmimi görüşə və ətraflı məlumata görə minnətdarlığını bildirən xanım Norika Nikolai Avropa Parlamentinin Azərbaycan ilə ikitərəfli əlaqələrin inkişafına böyük önəm verdiyini, əməkdaşlığın daha da genişlənməsində səylərini əsirgəməyəcəyini vurğulayıb.

İşgüzarlıq şəraitində keçən görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub, Avropa Parlamentinin Azərbaycan üzrə daimi məruzəçisini maraqlandıran suallar cavablandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bakıda Gənclər üçün Süni İntellekt Forumu təşkil olunub

Milli Məclisin komitəsi dövlət büdcəsinin icrasına dair qanun layihəsini dəstəkləyib

Ötən ay İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 38 mindən müraciət daxil olub

Maliyyə Monitorinqi Xidmətində Beynəlxalq Maliyyə Kəşfiyyatı Orqanları Günü qeyd olunub

Azərbaycan ilə İsrail arasında qida məhsullarının idxal-ixrac əməliyyatları genişləndirilir

Yaponiyada icazəsiz tikilən məscidin sökülməsinə dair qərar verilib

Osloda Norveç Azərbaycan diasporunun ilk şahmat turniri baş tutub

Beynəlxalq Muğam Mərkəzində Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin konserti olacaq

Azərbaycanın elm və təhsil mühiti Avropanın rəqəmsal məkanına inteqrasiya olunur

“İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramından yararlanan gənclərin sayı açıqlanıb

Avropada qaz anbarlarının doluluq nisbətinin noyabrın 1-dək 70 faizə çatacağı proqnozlaşdırılır – Tədqiqat

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Məktəblərdə etik mühit və şagird davranışları VİDEO

Azərbaycanın U-17 yığması Qazaxıstana minimal hesabla uduzub

Güclü sel Qəbələnin Laza kəndinə gedən yolu yararsız hala salıb, əraziyə texnikalar cəlb olunub FOTO

AQTA: Ölkədə quş qripi və Nyukasl xəstəlikləri ilə bağlı epizootoloji vəziyyət sabitdir

Azərbaycan və Yunanıstan arasında səhiyyə sahəsində əməkdaşlıq genişləndirilir

Ekspert: Azərbaycan iqtisadi dividend, dayanıqlı inkişaf və siyasi sabitlik əldə edəcək

Almaniyada siyasi motivli cinayətlərin sayı ən yüksək səviyyəyə çatıb

Azərbaycan enerji ehtiyatlarını uzunmüddətli inkişafın əsas aləti kimi dəyərləndirir ŞƏRH

QHT nümayəndələri ƏƏSMN-in publik qurumlarında vakant vəzifələrin tutulması üçün keçirilən imtahanı izləyiblər

Dövlət Vergi Xidmətində vakant vəzifələrə işə qəbulla bağlı müsabiqənin nəticələri açıqlanıb

DÇ-2026-da hansı komandalar gözləntiləri doğrultmaya bilər? - SƏBƏBLƏR

İstanbul Bəyannaməsi Cənubi Qafqazın yeni regional arxitekturasının siyasi manifestidir - Təhlil

AzTU SABAH proqramlarında tədris aparmaq üçün müəllim vəzifəsinə vakansiya elan edir

Etnik yaddaşın izi: Qərbi Azərbaycan folkloru və coğrafi adlar

Süni intellektin müasir dövrdə sosial-iqtisadi sistemlərə təsiri və dayanıqlı inkişaf kontekstində rolu

Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır

“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 8 iyul tarixli 233-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydaların təsdiq edilməsi haqqında” 1999-cu il 31 may tarixli 87 nömrəli, “Qaz qurğularının tikintisinə, qurulmasına, istismarına və işçi vəziyyətdə saxlanmasına dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 36 nömrəli və “Qaz qurğularının qazın atmosferə buraxılmamasına, habelə qazın təzyiqinə, temperaturuna, tərkibinə və digər göstəricilərinə dair tələblər”in təsdiq edilməsi haqqında” 2023-cü il 6 fevral tarixli 37 nömrəli qərarlarının ləğv edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi”nin təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Azərbaycan boks tarixində ilk: Anar Babanlı hakimlər üzrə ekspert statusu qazanıb

“TikTok” platforması Azərbaycanda rəqəmsal inkişafın sürətləndirilməsində iştirak edə bilər

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

DİN: 72 kiloqrama yaxın narkotik vasitə və 5687 metadon həbi dövriyyədən çıxarılıb VİDEO

İİB Qrupunun Təşkilatları Bakıda 14-cü Özəl Sektor Forumuna ev sahibliyi edəcək

ABŞ Federal məhkəməsi H-1B vizaları üçün yüz min dollarlıq rüsumu ləğv edib

Sosial mediaya nəzarətin gücləndirilməsi artıq qlobal tendensiyaya çevrilib ŞƏRH

Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib

Apple “Siri”nin süni intellekt əsaslı yeni versiyasını təqdim edib

“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib

Qəbələ və Şamaxı rayonlarında geoloji monitorinq aparılır

Mahir Emreli karyerasının ən çətin oyununu açıqlayıb

MEK-də kitabxana sisteminin gələcək inkişaf istiqamətləri açıqlanıb

Landşaft-ekoloji dəyişmələr üzrə elmi tədqiqatlar aparılır

Azərbaycan və türk xalqlarının ovçu folkloru: janrlar və mifoloji təfəkkür

Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur

Braziliya Ciu-citsu İctimai Birliyi Silahlı Qüvvələr Gününə həsr olunmuş seminar təşkil edib

Təhsil eksperti: Yeni hüquqi tənzimləmələr gənclərin təhlükəsizliyinin təmin olunmasına xidmət edəcək

Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb

Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

Hacı Əliyev: Azərbaycan güləşində uğurlu yolumu artıq məşqçi kimi davam etdirəcəyəm

Emin Əmrullayev Azərbaycan və Qazaxıstanın təhsil sahəsində əməkdaşlığını yüksək qiymətləndirib

Uşaqların erkən yaşlarda sosial şəbəkələrdən istifadə etməsi özünəinam problemlərini dərinləşdirə bilər - MÜSAHİBƏ

®  “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO

“Ümumi istifadədə olan dəmiryol nəqliyyatının infrastrukturunun saxlanması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Turan Tovuz” kapitanı ilə vidalaşıb

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 21 noyabr tarixli 533 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Nigeriyada vəbadan ölənlərin sayı 74-ə çatıb

® Qızıl kreditini bu banka gətirənlərə endirim var

Macyar və Orbanın gəlir bəyannamələri: yeni Baş nazir daha varlıdır

Səudiyyə Ərəbistanı və Türkiyə dəmir yolu əlaqələrinin inkişafı ilə bağlı memorandum imzalayıb - YENİLƏNİB

Azərbaycanı güləş üzrə dünya çempionatında iki hakim təmsil edəcək

DÇ-2026: Azarkeşlər ödəniş müqabilində adlarını stadionlardakı monitorlarda nümayiş etdirə biləcəklər

Qazaxıstan və Azərbaycan maliyyə nəzarəti üzrə təcrübə mübadiləsi aparıb

Azərbaycanın kənd təsərrüfatı və qida məhsullarının Çin bazarına çıxış imkanları genişləndiriləcək

Sloveniya Respublikasının Prezidenti Nataşa Pirts Musardan

BDU-da Misir və Azərbaycan Mədəniyyət Günü təşkil olunub

Astanadakı xatirə lövhəsi Qazaxıstan-Azərbaycan dostluğunu xatırladır VİDEO

Astanadakı xatirə lövhəsi Qazaxıstan-Azərbaycan dostluğunu xatırladır VİDEO

Beynəlxalq Enerji Agentliyi: Qlobal elektrik enerjisi istehlakının üçdə ikisi qazıntı yanacaqlarından asılıdır

Premyer Liqanın yeni iştirakçısı 3 futbolçu ilə yollarını ayırıb

Aktiv ƏDV ödəyicilərinin sayı 4,2 faiz artıb

Təcili tibbi yardım əməkdaşları üçün praktiki təlim təşkil olunub

Milli Məclisin növbəti iclasında 10 məsələ müzakirə ediləcək

Dünya çempionatında İran azarkeşləri üçün ayrılan bilet kvotası ləğv edilib

Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir

Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib

Sosial Xidmətlər Agentliyinin əməkdaşları beynəlxalq tədbirlərdə iştirak ediblər

Ülviyyə Bəbirli: Mahnı Teatrı böyük sənətkar Rəşid Behbudovun irsini davam etdirir

Kamil Şahverdiyev: Rəşid Behbudovun zəngin yaradıcılığı və bənzərsiz səsi bu gün də yaşayır

Vyetnamın Baş prokuroru “ASAN xidmət”də

Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir

Siyasi etimad və strateji tərəfdaşlıq enerji və nəqliyyat layihələrinin davamlılığını təmin edən əsas amildir ŞƏRH

Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb

Zərdabda barama təhvilinə başlanılıb - tədarük həcminin bu il də yüksək olacağı gözlənilir

Bank kartı və mobil nömrə ilə identifikasiya - ekspert risklərdən danışıb

Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb VİDEO

BMT ekspertləri Avropa Şurasının miqrasiya bəyannaməsi ilə bağlı narahatlıq ifadə ediblər

Rəşid Behbudovun anım günündə xatirə otağı yeni eksponatlarla zənginləşdirilib

EPIC son illər Azərbaycanda əmək qanunvericiliyi ilə bağlı aparılan islahatlara dair məlumat dərc edib

Naxçıvanın təhsil müəssisələrində yeni laboratoriyalar yaradılıb

Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib

Azərbaycan ali təhsilində ilk: UNEC-də APTIS əsaslı ingilis dili imtahanları təşkil olunub

2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub

Türkiyənin ixtisaslaşmış texnologiya şirkətinin nümayəndəsi MEK-in qonağı olub

Azərbaycan və Türkiyə Şərq-Qərb dəhlizinin inkişafında həlledici rol oynayır ŞƏRH

Azərbaycan və Özbəkistan antidopinq agentlikləri arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycanı Millətlər Kubokunda təmsil edəcək boksçular bəlli olub

Qırğızıstan BMT-nin Kağızsız Ticarət Şurasına yenidən sədr seçilib

Londonda təhsil alan azərbaycanlı tələbə: Mənim üçün ən böyük uğur ölkəmə fayda verə bilməkdir - MÜSAHİBƏ

Uşaqların rəqəmsal təhlükəsizliyinin təmin olunması prioritet məsələdir ŞƏRH

Pakistan mənbələri: ABŞ-İran müharibəsinin iki-üç gün ərzində başa çatması ehtimalı çox azdır