Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ KOLLEGİYA İCLASI

Mayın 27-də Daxili İşlər Nazirliyində kollegiya iclasında şəhər-rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması, onların qəbulu, habelə məxfilik rejiminə riayət olunmasının vəziyyəti və ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması üzrə görülən işlər müzakirə edilmişdir. 

Nazir, general-polkovnik Ramil Usubov iclası açaraq, bu məsələlərin Azərbaycan Prezidentinin ötən il “Polis günü” münasibətilə söylədiyi nitq zamanı verdiyi tövsiyə və göstərişlərin yerinə yetirilməsi ilə bağlı olduğunu vurğuladı. O dedi ki, vətəndaşların ərizə və şikayətlərinə, müraciətlərinə diqqətlə yanaşılması və vaxtında obyektiv baxılması həmişə dövlətimizin başçısı tərəfindən əsas məsələ kimi qarşıya qoyulmuşdur.

Birinci məsələ ilə bağlı DİN-in Katibliyinin rəisi, polis polkovniki Qurban Məmmədovun məruzəsi dinlənildi. O, ictimai-siyasi sabitliyin, asayişin, insan hüquq və azadlıqlarının təmin edilməsində daxili işlər orqanlarının xüsusi rolunu vurğulayaraq, vətəndaşların müraciətlərinə baxılması işinə nəzarətin və tələbkarlığın əvvəlki illərlə müqayisədə artırıldığını, araşdırılan ərizə və şikayətlərə vaxtında dolğun cavab verildiyini söylədi. Eyni zamanda, bu sahədə yol verilən ciddi nöqsanların aradan qaldırlaması üçün tədbirlərin davam etdirildiyini, daxil olmuş müraciətlərin nəzarətə götürüldüyünü və əvvəlki illərə nisbətən şikayətlərin sayının xeyli azaldığını bildirdi.

İkinci məsələ ilə əlaqədar məruzə edən DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi, polis general-mayoru Zakir Nəsirov məlumat verdi ki, son illər ərzində avtonəqliyyat vasitələrinin sayının artması yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında, hərəkətin təhlükəsizliyinin nizamlanmasında polis orqanlarının qarşısında ciddi məsuliyyət qoymuşdur.

O bildirdi ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin prafilaktikası və açılmasına xüsusi diqqət yetirilmiş və müsbət nəticələr əldə edilmişdir. 2002-ci ildə baş vermiş və ölümlə nəticələnən nəqliyyat hadisələrinin 86,9 faizinin üstü açılmışdır. Məruzədə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində mövcud nöqsanlar da xüsusi vurğulandı.

Gəncə, Sumqayıt, Nizami, Xətai, Qaradağ, Bərdə, Lənkəran, Ağcabədi, Nərimanov, Hacıqabul şəhər və rayon polis orqanlarının rəhbərləri və DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi Sərvər Mehrəliyev, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov kollegiya iclasında çıxış edərək, müzakirə olunan məsələlər barədə görülən işlərdən, istintaqın keyfiyyətinin yaxşılaşdırılmasından, cinayətlərin açılmasına mane olan təsirlərdən danışdılar. Onlar bildirdilər ki, məruzələrdə qeyd olunan çatışmazlıqların, yol verilən nöqsanların qısa müddətdə aradan qaldırılması üçün əməli tədbirlər görüləcəkdir.

Nazir Ramil Usubov iclasa yekun vuraraq, vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbul edilməsinin hüquq-mühafizə orqanlarının fəaliyyətinin əsas hissəsindən biri olduğunu bir daha xatırlatdı, məruzələrdə göstərilən nöqsanlardan danışdı, bu məsələlərin bəzi rayon-şəhər polis orqanları tərəfindən lazımi səviyyədə qiymətləndirilmədiyini bildirdi.

Bu işlərə diqqətin artırılmasının, yerlərdə nəzarətin gücləndirilməsinin əhəmiyyətindən bəhs edən Ramil Usubov dedi ki, vətəndaşların ərizə və şikayətlərinə, onların qəbuluna olan diqqət polisin nüfuzunun artırılması üçün ən əsas vasitələrdən biridir. Polis əməkdaşları unutmamalıdır ki, biz Azərbaycan xalqına, onun Konstisusiya hüquqlarının qorunmasına xidmət edirik və işimizi elə qurmalıyıq ki, xalq bizdən razı qalsın.

Nazir vurğuladı ki, gələcəkdə daxili işlər naziri və onun müavinləri hər ayın birinci on günlüyündə respublikamızın müxtəlif bölgələrində daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı məsələlər üzrə şikayətlərlə əlaqədar vətəndaşları qəbul edəcəklər. Bildirildi ki, nazir Ramil Usubov bu məqsədlə iyunun 7-də Lənkəranda olacaqdır.

Ramil Usubov ölümlə nəticələnən hər bi yol-nəqliyyat hadisəsinin üstünün açılmasına məsuliyyətlə yanaşmağın vacibliyini, bu sahədə ciddi nöqsanların olduğunu vurğuladı, qısa müddətdə ciddi tədbirlərin görülməsini tələb etdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nicat Abasov İddiaçılar Turnirini qələbəsiz və sonuncu sırada başa vurub

FHN: Liftdə qalanlar xilas edilib

Dünya birjalarında neft ucuzlaşıb

Azərbaycanın görkəmli qiraət ustası - Həsən Əbluc

Bu gün Xalq rəssamı Hüseyn Əliyevin anadan olmasının 113-cü ildönümü tamam olur

Bakıda QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin birinci görüşü keçirilir

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edəcək

BƏƏ Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır

Aprelin 21-də Bakıda və Abşeron yarımadasında 27-31 dərəcə isti olub

Ağdaşda internet xətlərini oğurlayanlar saxlanılıb

Azərbaycanın Zəfər salnaməsi davam edir

Fumio Kişida yapon militarizminin rəmzi sayılan Yasukuni məbədinə ianə göndərib

Çində şiddətli yağışlar səbəbindən 11 nəfər itkin düşüb

Füzuliyə qayıdan sakin: Bu gün bizim üçün çox özəl gündür

Qazaxda narkokuryer saxlanılıb

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

Serbiyadan partlamayan bombaya görə 1300 nəfər təxliyə edilib

Britaniya Erasmus tələbə mübadiləsi proqramında iştirakını dayandırıb

Britaniya tarixi artefaktları müvəqqəti olaraq Qanaya qaytarıb

2023-cü ildə qlobal hərbi xərclər rekord həddə artıb

Britaniyanın xarici işlər naziri Tacikistana səfər edib

Rusiyanın Kurqan vilayətində suların səviyyəsi azalıb

Bərpaolunan enerji sahəsində kadr qıtlığı müşahidə olunur

Rusiyada altıgünlük iş həftəsi tətbiq edilir

Meksikada zəlzələ baş verib

"El-Klassiko": "Real Madrid" "Barselona"nı məğlub edib

Superliqa: "Qalatasaray" çempionluq yolunda vacib üç xal qazanıb

Azərbaycan paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb

Dubay aeroportu fəaliyyətini tam bərpa edib

Premyer Liqa: "Liverpul" London səfərində üç vacib xal qazanıb

Avropa çempionatı: Azərbaycanın üç boksçusu 1/4 finala vəsiqə qazanıb

Sabirabadda kişi meyiti aşkarlanıb

Norveç növbəti 12 il üçün müdafiəyə 52 milyard avro ayıracaq

Premyer Liqa: Turun son oyunlarında “Sabah” və “Səbail” qalib gəlib

Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti: Yaxın günlərdə Azərbaycana səfər edəcəyəm

BDU-nun 7 komandasının hamısı “Robotex Türkiyə”nin yarımfinal mərhələsində qalib olub

İtaliyalı gimnast: Əziyyətimin bəhrəsini gördüm

Xaçmazda iki obyektdə yanğın olub

Ukrayna ordusu Krımda Rusiyanın hərbi gəmisinə zərbələr endirib

Bakının dünyanın idman paytaxtı olması üçün namizədliyi irəli sürülüb VİDEO

GİN-in şöbə müdiri: Bakının beynəlxalq yarışlara ev sahibliyi etməsi ölkədə idman dəyərlərinin formalaşmasına təsir göstərir

Qızıl medal qazanan gimnast: Azərbaycan xalqına təşəkkür edirəm

İsabel Bonnal: Sevindirici haldır ki, Azərbaycan idmanın inkişafına hər zaman öz töhfəsini verib VİDEO

Bədii gimnastika üzrə Dünya Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası üç bürünc medal qazanıb VİDEO

ACES-in prezidenti: Bakının 2026-cı ildə dünyanın idman paytaxtı seçiləcəyinə inanıram VİDEO

Fukuşima AES-in suyunun okeana axıdılmasının 5-ci mərhələsi başlayıb

Türkiyədə 2028-ci ildən bütün vaksinasiya proqramları yerli peyvəndlər hesabına həyata keçiriləcək

Norveç XİN Azərbaycan və Ermənistan arasında sərhədin müəyyən hissəsində delimitasiya razılaşmasını alqışlayıb

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazanıb

Lətif Qəndilov: Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər uğurla inkişaf edir

Şəhidlərin xatirəsinə həsr olunan anım mərasimləri təşkil edilib

“Yüksəliş” müsabiqəsinin “Ümumi biliklər imtahanı” keçirilib

Azərbaycanın 6 gimnastı Avropa çempionatında iştirak edəcək

Türkiyə Prezidenti 12 illik fasilədən sonra İraqa rəsmi səfər edəcək

Hacıqabulda minik avtomobili aşıb, 8 nəfər xəsarət alıb VİDEO

Dünya Kuboku: Azərbaycanın qrup hərəkətləri komandası bürünc medal qazanıb VİDEO

Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib

Zaqatala, Balakən və Qaxda ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları 15 mərkəzdə aparılıb

Mingəçevir Dövlət Universiteti Ali Təhsil Liderlik Forumunda təmsil olunub

Magistral yollarda görmə məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Şəkidə 64 yaşlı qadın itkin düşüb

Azərbaycan gimnastı Dünya Kubokunda beşinci olub

İsveç portalı Azərbaycanda minatəmizləmə fəaliyyətindən yazıb

Azərbaycanın iki boksçusu Avropa çempionatında mərhələ adlayıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Bakıda yağış, yüksək dağlıq ərazilərdə isə qar yağacaq

Qubadlıda top mərmiləri aşkar edilib

Qubada atmosferi normadan artıq çirkləndirən avtomobillərin sürücüləri barədə tədbirlər görülüb

Azərbaycan Cüdo Federasiyasının baş katibi yeni vəzifəyə təyin olunub

Ukrayna-Polşa sərhədində 1700-dən çox yük avtomobili növbə gözləyir

Çin Yerin uzaqdan zondlama peykini orbitə çıxarıb VİDEO

Hərbi Polisin yaranmasının 32-ci ildönümü qeyd edilib VİDEO

Faktiki hava: Naxçıvanda və Aran rayonlarında 31 dərəcə isti qeydə alınıb

Dünya Kuboku: Azərbaycan gimnastları final mərhələsində mübarizə aparacaqlar

Türkiyədə narkotik vasitələrin satışında şübhəli bilinən 200-ə yaxın şəxs saxlanılıb

Ceyranbatan su anbarında meyit tapılıb

Kürdə batan qızın meyiti tapılaraq sudan çıxarılıb VİDEO

Bu gün İspaniya La Liqasında “El-Klassiko” baş tutacaq

Hazırda Qərbi Azərbaycan məsələsinin tədqiq və təbliğ edilməsi zərurəti yaranıb

Yaponiyada iki hərbi helikopterin toqquşması nəticəsində ölən və itkin düşənlər var

ABŞ-da əyləncə gecəsində atışma baş verib, 2 nəfər ölüb, 14 nəfər yaralanıb

Ukraynaya yardım haqqında qanun layihəsi aprelin 23-də ABŞ Senatında səsverməyə çıxarılacaq

Tayvan sahillərində 5,1 bal gücündə zəlzələ baş verib

Mərakeşdə Azərbaycanın zəngin mədəniyyəti və adət-ənənələri təqdim edilib

Böyük Britaniyanın müdafiə naziri ABŞ-ın Ukraynaya yardımına münasibət bildirib

Rumıniyada 12 milyon dollar dəyərində oğurlanmış rəsm əsərlərindən biri tapılıb

Bəzi ölümcül bakteriyalar “vampirlər kimi” insan qanı ilə qidalanır

Bu gün DİM ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirir

İsveçdə ən çox hansı xəstəliklərə yoluxurlar?

“Kriminal qiraət” filminin 30 illiyi qeyd edilib

Pentaqon: ABŞ Kiyevdəki səfirliyinə əlavə hərbi müşavirlər göndərə bilər

Araşdırma: Fiziki təmas ağrı, narahatlıq və depressiyanı aradan qaldıra bilər

Türkiyədə səfərdə olan türkdilli dövlətlərdən bir qrup uşaq böyük sevinclə qarşılanıblar

Fontenbloda “Alfa Romeo” vintaj yarış avtomobilləri hərraca çıxarılır

Londonda keçirilən festivalda Azərbaycan rəqsi nümayiş olunub VİDEO

Federasiya Kuboku: “Mançester Siti” “Çelsi”ni məğlub edərək finala yüksəlib

Dövlət Akademik Filarmoniyasında "Fərəc Qarayevin portreti" layihəsi çərçivəsində konsert proqramı olub

Zelenski: ABŞ Konqresi tarixi gedişatın düzgünlüyünü qorudu

Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək

Gürcü politoloq: Azərbaycanın 4 kəndinin işğaldan azad olunması Prezident İlham Əliyev diplomatiyasının uğurudur