Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

DAXİLİ İŞLƏR NAZİRLİYİNDƏ KOLLEGİYA İCLASI

Mayın 27-də Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında şəhər-rayon polis orqanlarında vətəndaşların müraciətlərinə baxılması, onların qəbulu, habelə məxfilik rejiminə riayət olunmasının vəziyyəti və ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılması üzrə görülən işlər müzakirə edilmişdir. 

Nazir, general-polkovnik Ramil Usubov iclası açaraq, bu məsələlərin Azərbaycan Prezidentinin ötən il “Polis günü” münasibətilə söylədiyi nitq zamanı verdiyi tövsiyə və göstərişlərin yerinə yetirilməsi ilə bağlı olduğunu vurğuladı. O dedi ki, vətəndaşların qəbuluna, ərizə və şikayətlərinə, müraciətlərinə diqqətlə yanaşılması və vaxtında obyektiv baxılması həmişə dövlətimizin başçısı tərəfindən əsas məsələ kimi qarşıya qoyulmuşdur.

Birinci məsələ ilə bağlı DİN-in Katibliyinin rəisi, polis polkovniki Qurban Məmmədovun məruzəsi dinlənildi. O, ictimai-siyasi sabitliyin, asayişin, insan hüquq və azadlıqlarının təmin edilməsində daxili işlər orqanlarının rolunu vurğulayaraq, vətəndaşların müraciətlərinə baxılması işinə nəzarətin və tələbkarlığın əvvəlki illərlə müqayisədə gücləndiyini, DİN rəhbərliyi tərəfindən nəzarətə götürülən ərizə və şikayətlərin sayının ilbəil artdığını, araşdırılan ərizə və şikayətlərə vaxtında dolğun cavab verildiyini söylədi. Eyni zamanda, bu sahədə yol verilən ciddi nöqsanların aradan qaldırlaması üçün görülən tədbirlərin davam etdirildiyini, əvvəlki illərə nisbətən şikayətlərin sayının xeyli azaldığını bildirdi.

İkinci məsələ ilə əlaqədar məruzə edən DİN-in Baş Cinayət Axtarış İdarəsinin rəisi, polis general-mayoru Zakir Nəsirov məlumat verdi ki, son illər ərzində avtonəqliyyat vasitələrinin sayının artması yol-nəqliyyat hadisələrinin qarşısının alınmasında, hərəkətin təhlükəsizliyinin nizamlanmasında polis orqanlarının qarşısında ciddi məsuliyyət qoymuşdur.

O bildirdi ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin prafilaktikası və açılmasına xüsusi diqqət yetirilmiş və müsbət nəticələr əldə edilmişdir. 2002-ci ildə baş vermiş və ölümlə nəticələnən nəqliyyat hadisələrinin 86,9 faizinin üstü açılmışdır. Məruzədə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində mövcud nöqsanlar da xüsusi vurğulandı və qeyd olundu ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisələrinin açılmasında qısa müddətdə dönüş yaradılmalı, təxirəsalınmaz tədbirlər həyata keçirilməlidir.

Gəncə, Sumqayıt, Bakının Nizami, Xətai, Qaradağ rayonlarının, Bərdə, Lənkəran, Ağcabədi, Nərimanov, Hacıqabul şəhər və rayon polis orqanlarının rəhbərləri, DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin rəisi Sərvər Mehrəliyev, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov kollegiya iclasında çıxış edərək, müzakirə olunan məsələlər barədə görülən işlərdən, istintaqın keyfiyyətinin yaxşılaşdırılmasından, cinayətlərin açılmasına mane olan təsirlərdən danışdılar. Onlar bildirdilər ki, məruzələrdə qeyd olunan çatışmazlıqların, yol verilən nöqsanların qısa müddətdə aradan qaldırılması üçün əməli tədbirlər görüləcəkdir.

Nazir Ramil Usubov iclasa yekun vuraraq, vətəndaşların ərizə və şikayətlərinə baxılması, onların qəbul edilməsinin daxili işlər orqanlarının fəaliyyətinin əsas hissəsindən biri olduğunu bir daha xatırlatdı, məruzələrdə göstərilən nöqsanlardan danışdı, bu məsələlərin bəzi rayon-şəhər polis orqanları tərəfindən lazımi səviyyədə qiymətləndirilmədiyini bildirdi və qeyd olunan nöqsanların aradan qaldırılmasını, işdə ciddi dönüş yaradılmasını tələb etdi.

Bu işlərə diqqətin artırılmasının, yerlərdə nəzarətin gücləndirilməsinin əhəmiyyətindən bəhs edən Ramil Usubov dedi ki, vətəndaşların ərizə və şikayətlərinə, onların qəbuluna olan diqqət polisin nüfuzunun artırılması üçün ən əsas vasitələrdən biridir. Polis əməkdaşları unutmamalıdır ki, biz Azərbaycan xalqına, onun Konstisusiya hüquqlarının qorunmasına xidmət edirik və işimizi elə qurmalıyıq ki, xalq bizdən razı qalsın.

Nazir vurğuladı ki, gələcəkdə daxili işlər naziri və onun müavinləri hər ayın birinci on günlüyündə respublikamızın müxtəlif bölgələrində daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı məsələlər üzrə şikayətlərlə əlaqədar vətəndaşları qəbul edəcəklər. Bildirildi ki, nazir bu məqsədlə iyunun 7-də Lənkəranda olacaqdır.

Sonda nazir Ramil Usubov ölkəmizin Prezidentini əmin etdi ki, daxili işlər orqanlarının hər bir əməkdaşı bundan sonra da müstəqillik və dövlətçilik ənənələrinə sadiq qalacaq, bu yöndə üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi sahəsində, cinayətkarlıqla mübarizə, insan hüquq və azadlıqlarının hər cür cinayətkar qəsdlərdən qorunması işində əzmlə çalışacaqlar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qırğızıstanın iki vilayətində daşqınla əlaqədar fövqəladə vəziyyət elan edilib

Sumqayıt rəssamları Şuşaya səfər ediblər

Azərbaycan və Çexiya arasında COP29 çərçivəsində əməkdaşlıq imkanları müzakirə edilib

Prezident İlham Əliyev: Çinlə əməkdaşlıq həm siyasi, həm iqtisadi, həm də daşımalar sahəsində genişlənir

İstanbulun “Vision Art Platform“u Aida Mahmudovanın “Bir arzu gerçəkləşir” adlı yeni fərdi sərgisinə ev sahibliyi edir

Azərbaycan Prezidenti: Dünya bundan sonra uzun illər ərzində hasil edilən enerji mənbələrinə ehtiyac duyacaq

MEK Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə virtual sərgi hazırlayıb

Xətai rayonunda un məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Prezident İlham Əliyev: COP29-a sədrliyimizə ən təxirəsalınmaz məsələlərin həllinə qlobal aləmdə töhfə vermək fürsəti kimi də baxırıq

Fərid Cəfərov: Azərbaycanın son illərdə dünyada mədəniyyətlərarası dialoqun məkanı kimi tanıdılmasının şahidi oluruq

BAM-ın veteranı Yuri Verbitski: Bir rəhbər kimi, biz Heydər Əliyevə minnətdarıq

Ağasəlim Mircavadov: “Zirə” gümüş medallara əsas namizəddir, “Turan Tovuz” avrokuboklara hazır deyil

İsrail ordusu “Hizbullah”ın iki komandirinin öldürüldüyünü bildirib

Azərbaycan Prezidenti: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Fransadan Britaniyaya keçməyə çalışan beş miqrant həlak olub

Azərbaycan Prezidenti: COP29 üç Cənubi Qafqaz ölkəsi arasında gələcək əməkdaşlıq üçün yol açacaq

Axit Qişlakayev: Heydər Əliyev BAM inşaatçıları üçün çox iş görüb

Araşdırma: qocalıq nə vaxt başlayır?

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məktəblini təltif edib

Konstitusiya Məhkəməsi Palatası iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, qərardad qəbul edilib

Prezident: Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır və hətta böhran vəziyyətində də dayanıqlı artım göstərdi

Məktəblilər iqlim dəyişikliyi barədə məlumatlandırılıb

COP29-la bağlı Vergi Məcəlləsinə dəyişiklik ediləcək

DİN: Astara sakinində 51 kiloqram narkotik vasitə aşkarlanıb

Günəş elektrik stansiyası üzrə ilk hərrac elan edilib

Çinin Şençjen şəhərində güclü yağışa görə yüksək təhlükə səviyyəsi elan edilib

Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib

Prezident İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik

Çexiya xarici işlər nazirinə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumat verilib

BDU-da keçirilən kitab sərgisində ilk dəfə əksər nəşriyyatlar bir araya gəlib

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan verəcəklər

Marneulidə yaşayan azərbaycanlılara pulsuz hüquqi yardım göstəriləcək

Prezident: Ermənistan istisna olmaqla, Avrasiya İqtisadi Birliyinə üzv ölkələrlə çox sıx tərəfdaşlıq münasibətlərimiz var

BAM-ın veteran inşaatçısı: Heydər Əliyev mübariz insan idi və asudə vaxtlarını insanlara sərf edirdi

QDİƏT-in turizm üzrə təhsil müəssisələrinin birinci görüşündə “Bakı Bəyannaməsi” qəbul edilib

Türkiyə ordusu İraq və Suriyada 19 terrorçunu zərərsizləşdirib

Prezident İlham Əliyev: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdür

Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yol seçər və yeni dövr başlayar

Çingiz Hüseynzadə: Parisdə ilk dəfə təmsil olunacağımız idman növlərində də sürpriz nəticələr gözləyirik

Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO

ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilir
Prezident İlham Əliyev forumda iştirak edir YENİLƏNƏCƏK CANLI

Beynəlxalq Riyaziyyat Olimpiadasında Azərbaycanı təmsil edəcək komandanın seçmə imtahanı keçirilib

İtaliyanın müstəqilliyi uğrunda mübarizədə canlarından keçmiş azərbaycanlıların xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyinin və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə konfrans keçirilir - YENİLƏNİB VİDEO

“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə yarışacaq

Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib

Bakıdakı Rus evində Beynəlxalq Rəqs Günü qeyd olunacaq

Nazir müavini: VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumuna qeydiyyat prosesi davam edir

Avropa çempionatının oyunlarını idarə edəcək hakimlər açıqlanıb

Londonda hüquq şirkəti qurmuş azərbaycanlı vəkil: Elə olub ki, milyonlarla funt sterlinq təzminat almışıq - MÜSAHİBƏ

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

Dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin və psixotrop maddələrin siyahısında dəyişiklik edilir

Nəşriyyat direktoru: Tələbələr daha çox psixoloji və şəxsi inkişafla bağlı kitablara maraq göstərirlər

Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib VİDEO

Tunis, Əlcəzair və Liviya əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər

Fərid Cəfərov: Forum çərçivəsində 100-dən artıq dini liderin iştirak edəcəyi plenar iclasın keçirilməsi nəzərdə tutulur

Prorektor: Tələbə oxucular kitab sərgisində fəal iştirak edirlər

DSMF daha iki beynəlxalq mükafata layiq görülüb

Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 30 dərəcə isti olacaq

Əməyin mühafizəsi sahəsində Türkiyənin təcrübəsi öyrənilir

Azərbaycanda alkoqollu içkilərin illik minimum istehsal həcmi 20 min dekalitr olacaq

Fövqəladə Hallar Nazirliyi Gəncədə daha bir qanunsuz tikilini söküb

Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq

Azərbaycan Fetisov Jurnalistika Mükafatlarının İstanbulda keçirilən 5-ci təqdimatında təmsil olunub

Bakıdakı Rus evində Pasxa bazarı keçiriləcək

Körpələr evində yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb

Azərbaycanda tütün məmulatının istehsalında yerli xammaldan istifadənin həcmi artırılacaq

DSMF və “McDonald’s Azərbaycan” qazi övladları üçün tədbir təşkil ediblər

“Qəbələ”nin futbolçusu: Kuboku qazansaq belə, çempionatdakı uğursuzluğu unutdura bilməyəcəyik

Azərbaycan və Baham adaları bədii gimnastika sahəsində əməkdaşlığa başlayır

Bağanis Ayrımın ən yaşlı sakini: Kəndimizə qayıdan kimi qurban kəsəcəyəm

Rusiya nəqliyyat naziri: Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə yükdaşıma 60-100 milyon tona qədər arta bilər

Ombudsman: 4 minə yaxın soydaşımızın taleyi barədə dəfələrlə müraciət edilməsinə baxmayaraq məlumat ala bilməmişik

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Sloveniyada ali səviyyəli konfrans keçirib

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti BMT-nin Cenevrə bölməsinin Baş direktoru ilə görüşüb

Rusiya mediası Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfərini işıqlandırmaqda davam edir

® ABB-nin ATM-lərində yenilik!

BDU-da Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü münasibətilə sərgi təşkil edilib

Vətəndaşların hərbi xidmətdən yayınmalarını təşkil etməkdə təqsirləndirilən şəxs barədə cinayət işinin istintaqı tamamlanıb

Cari ilin birinci rübünün elektrik enerjisi göstəriciləri açıqlanıb

Gəncə Dövlət Filarmoniyası ilk dəfə “Üzbəüz” layihəsini təqdim edib

BAM-ın tikintisində çalışmış Nurməmməd Cavadov: Azərbaycanın bizimlə olduğunu həmişə hiss edirdik

Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının ildönümüdür

Rusiyalı ekspert: Azərbaycan Moskva üçün Ermənistandan daha mühüm tərəfdaşdır

NASA-nın yarışında Azərbaycanı fiziki məhdudiyyətli gənc təmsil edib

Efiopiyada silahlı qarşıdurmalar nəticəsində on minlərlə insan didərgin düşüb

Şahmat üzrə Azərbaycan çempionatında ilk finalçı məlum olub

FHN: Ötən sutka ərzində 27 halda yanğına çıxış olub

Məktəblilərin Aşqarlar Kimyası İnstitutunda yerinə yetirdikləri layihələr qalib olub

Azərbaycan ilə Albaniya arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbi aradan qaldırılır

Azərbaycan ilə Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutma aradan qaldırılır

Azərbaycan Respublikasının 2023-cü il 21 noyabr tarixli 1024-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

ADPU-nun Quba filialında tələbə spartakiadasına start verilib

“Haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə xarici ölkələrə göndərilən Azərbaycan Respublikası vətəndaşlarının sayı və tərkibi haqqında” 1 №-li (emiqrasiya) rüblük rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2012-ci il 26 sentyabr tarixli 73/6 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Azərbaycan ilə Türkiyə baytarlıq sahəsində əməkdaşlıq edəcək

Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq

“Dəniz limanlarının işi haqqında” 12-liman №-li aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstərişin təsdiq edilməsi və “Dəniz limanlarında yüklərin yüklənməsi-boşaldılması, hərəkəti, mövcudluğu (qalığı) və baş vermiş qəzalar haqqında” 9 №-li (liman) aylıq rəsmi statistika hesabatı forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2013-cü il 9 aprel tarixli 29/09 nömrəli qərarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2022-ci il 13 yanvar tarixli 2/18 nömrəli qərarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Əziz Ələkbərli: Qərbi azərbaycanlıların öz yurduna qayıdışı erməni vandalizmini üzə çıxaracaq