Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsinin həyata keçirilməsi banklara yaşıl maliyyə məhsullarını inkişaf etdirməyə imkan verəcək

Bakı, 24 oktyabr, AZƏRTAC
Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsinin həyata keçirilməsi maliyyə institutlarına, xüsusilə də banklara yaşıl maliyyə məhsullarını inkişaf etdirməyə, təmiz enerji mənbələrinin inkişafını kreditləşdirməyə və bu sahəyə investisiya qoymağa əlavə təşəbbüslər yaradacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın baş direktoru Ziya Əliyev oktyabrın 24-də Bakıda keçirilən “2023-cü il Qlobal Dayanıqlı İnkişaf Məqsədləri (DİM) Sammitinin Nəticələri və DİM-lərin həyata keçirilməsində Ali Audit Qurumlarının rolu” mövzusunda 3-cü DİM Dialoqunda bildirib.
Z.Əliyev qeyd edib ki, yol xəritəsinin inkişafı, eyni zamanda, uyğun requlyativ çərçivənin formalaşmasında bankları istiqrazların buraxılmasına motivasiya edəcək. Bu da yaşıl iqtisadiyyatın inkişafında maliyyə mənbələrinin artırılmasına və gücləndirilməsinə öz töhfəsini verəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.05.2025 [19:14]
Taksi xidməti ilə bağlı islahatlar: Vəziyyət dəyişib? VİDEO
- 19.05.2025 [16:59]
Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır VİDEO
- 19.05.2025 [16:09]