İQTİSADİYYAT
“Deloitte & Touche” şirkəti tenderin qalibi olmuşdur
Bakı, 22 sentyabr (AZƏRTAC). Mərkəzi Bank informasiya texnologiyaları və informasiya təhlükəsizliyi sahəsində beynəlxalq standartlar əsasında auditin keçirilməsi və bu sahədə inkişaf strategiyasının hazırlanması üzrə tenderin nəticələrini açıqlamışdır.
AZƏRTAC xəbər verir ki, tenderdə iştirak etmiş iddiaçıların təklifləri qiymətləndirilərək “Deloitte & Touche” şirkəti qalib elan edilmişdir. Həmin şirkətlə müvafiq satınalma müqaviləsi bağlanmışdır.