Dəniz neftçiləri üçün növbəti sutəmizləyici qurğu göndərilmişdir
Bakı, 5 noyabr (AZƏRTAC). Mexaniki-təmir zavodunun kollektivi bu ilin avqustunda ilk dəfə olaraq Çexiyanın “TOPALvater” şirkətinin layihəsi əsasında sutəmizləyici qurğuların istehsalına başlamışdır.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu zavodda hazırlanmış sayca 4-cü sutəmizləyici qurğu kompleksi dəniz neftçiləri üçün yola salınmışdır. “Topas-75” tipli sutəmizləyici qurğunun yaşayış massivlərində, sənaye müəssisələrində və dəniz neft-qazçıxarma idarələrində tətbiqi nəzərdə tutulmuşdur. İlk nümunəsi çexiyalı mütəxəssislərin iştirakı ilə hazırlanmış qurğu sonrakı mərhələlərdə yerli mütəxəssis və fəhlələrin qüvvəsi ilə istehsal olunmuşdur. Hazırda qurğunun bir çox metal və plastik hissələri Çexiyadan gətirilir. Həmin hissələrin xaricdən idxalını azaltmaq, onların hazırlanma texnologiyasının bilavasitə zavodun özündə mənimsənilməsi və istehsalı məqsədi ilə yerli mütəxəssislər tərəfindən müvafiq təkliflər verilmişdir. İlin sonunadək zavodda daha bir neçə sutəmizləyici qurğunun istehsalı nəzərdə tutulmuşdur.
Müəssisənin kollektivi alıcıların tələbatını nəzərə alaraq, gələn ildən etibarən “Topas-75” tipli sutəmizləyici qurğunun istehsalını xeyli artırmağı nəzərdə tutmuşdur. Ekologiya ilində istehsalına başlanılmış qurğunun yaxın gələcəkdə respublikamızın sənaye müəssisələrində geniş tətbiq olunması ətraf mühitin, o cümlədən Xəzərin ekologiyasının yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]
Hesabat: Bəşəriyyətin gələcəyi sürətlə dəyişən okeanlardan asılıdır
- 06.06.2026 [17:11]