Denver aeroportunda güclü qar səbəbindən 500-dək reys ləğv olunub

Bakı, 27 noyabr, AZƏRTAC
ABŞ-ın Kolorado ştatının Denver beynəlxalq aeroportunda güclü qar səbəbindən 500-ə yaxın reys ləğv olunub.
AZƏRTAC ABŞ KİV-lərinə istinadla xəbər verir ki, aeroport ərazisində qarın qalınlığı 18 santimetrə çatıb. Hava limanının nümayəndəsi Aleks Renteria vəziyyətin mindən çox sərnişinə təsir edəcəyini deyib.
Güclü qar səbəbindən regionda məktəblər və müəssisələr, həmçinin bir sıra avtomobil magistralları bağlanıb. Yerli hakimiyyət orqanları əhalini şəxsi nəqliyyatdan istifadə etməməyə çağırıb.
Meteoroloqların məlumatına görə, əlverişsiz hava kütlələri axşam saatlarında şərq istiqamətində Kanzasa doğru hərəkət etməyə başlayıb, lakin cümə günü Denverə yenidən qar yağacağı gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.05.2025 [18:07]
Avropa İttifaqı Şurasının Prezidenti Serbiyada səfərdədir
- 12.05.2025 [17:59]
Tramp ABŞ-da dərmanların qiymətini 59 faiz endirəcək
- 12.05.2025 [17:56]
Qazaxıstan 17 su anbarının tikintisi üçün 2,7 milyard dollar alacaq
- 12.05.2025 [17:53]
Qazaxıstanda 1918-ci il macar hərbi əsirlərinin məzarlıqları aşkarlanıb
- 12.05.2025 [17:33]
Uels Şahzadəsi xərçəngə qarşı mübarizəyə həsr olunan layihəyə start verib
- 12.05.2025 [17:31]
Ermənistan silahların çoxunu niyə Hindistandan alır? VİDEO
- 12.05.2025 [17:06]