Azərbaycan Dövlət İnformasiya Agentliyi

QAN YADDAŞI

Deputat: Azərbaycan xalqı bütün dünyanı tarixi hadisələri obyektiv qiymətləndirərək erməni faşizminin iç üzünü görməyə çağırır

Deputat: Azərbaycan xalqı bütün dünyanı tarixi hadisələri obyektiv qiymətləndirərək erməni faşizminin iç üzünü görməyə çağırır

Bakı, 1 aprel, AZƏRTAC

1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir. Xüsusi qəddarlıqla törədilmiş bu soyqırımı hadisəsindən 104 il ötür. Hər il olduğu kimi bu il də Azərbaycan xalqı soyqırımı qurbanlarını dərin hörmət və ehtiramla yad edir. Bu qanlı hadisəni xatırlamaq, erməni faşizminin nə qədər təhlükəli olduğunu unutmamaq üçün hadisələrin baş verdiyi tarixi şəraiti və siyasi prosesləri dəqiq analiz etmək və bu vəhşilikləri dünyaya çatdırmaq çox vacibdir. Erməni faşizminin ifşası və erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə daha dolğun çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayıb.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tamam Cəfərova deyib.

Milli Məclisin deputatı qeyd edib ki, erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “böyük Ermənistan” ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçiriblər. Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. Həmin günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, insanlar işgəncələrə məruz qalmışdır. Yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilib. Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri qeyri-insani əməllərini davam etdirib. Qarabağ, Zəngəzur, Naxçıvan, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər, talanlar və etnik təmizləmələr həyata keçiriblər. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirilib. Əllərinə düşən fürsətdən istifadə edən erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirib, on minlərlə azərbaycanlı ilə yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış milliyyətinə mənsub insanları qılıncdan, süngüdən keçirərək diri-diri yandırıb, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıdıblar.

Tamam Cəfərova bildirib ki, baş verən silahlı münaqişə martın 30-dan aprelin 2-dək Bakıda davam etmiş və tarixdə “1918-ci ilin Mart günləri” kimi qalıb. Bu soyqırımı təkcə Bakı ilə məhdudlaşmamışdı. Aprelin ilk ongünlüyündən etibarən bu qətliamlar eynilə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə də törədildi. Həmin vaxt Şamaxıda törədilmiş kütləvi qırğınlara xüsusilə diqqət çəkən Milli Məclisin deputatı bildirib ki, hadisələrlə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi məhv olduğu üçün və tədqiqat işləri hələ də davam etdirildiyinə görə erməni cinayətlərinin tam mənzərəsi formalaşmayıb. Ekspertlərin rəyinə əsasən, Şamaxının 72 kəndində ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib. Ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatları nəticəsində (yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar) müəyyən edilib ki, erməni cinayətkarları Şamaxı şəhərində təqribən14-16 min, onun 40 kənd və obasında 6-8 min nəfər qətlə yetiriblər. Şamaxı qəzasından didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.

Mart soyqırımına siyasi qiymətin ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra verildiyini söyləyən Tamam Cəfərova bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalayıb. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Fərmanda deyilirdi: “Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci il mart soyqırımına siyasi qiymət vermək cəhdi göstərilib. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edir”. Bu sənədin ermənilər və onların tarixi havadarlarının yurdumuzun və yurddaşlarımızın başına gətirdikləri müsibətlərin həm ölkə, həm də beynəlxalq ictimaiyyətin mühakiməsinə çıxarılmasında böyük rolu və əhəmiyyəti var.

“Həmçinin 2007-ci ildə Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı aşkar edilmiş kütləvi məzarlıq 1918-ci ildə bolşevik adı altında quldur erməni dəstələri tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutu olub. Məhz bu tarixi həqiqətləri dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin yaradılması məqsədilə 2009-cu il dekabrın 30-da Sərəncam imzalayıb. Abidə-muzeyin ekspozisiyasında 1918-ci ilin mart-iyul aylarında Bakı quberniyasının 5 qəzasında - Bakı, Şamaxı, Quba, Cavad və Göyçayda müsəlman əhalinin soyqırımı tarixi öz əksini tapıb”, - deyə Tamam Cəfərova diqqətə çatdırıb.

Onun sözlərinə görə, Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı şanlı Zəfərlə tarixi ədaləti bərpa etmiş oldu. Tarixi Qələbəmizin mayasında Azərbaycan xalqının azadlıq və müstəqillik ideyalarına uzanan əllərə qarşı birlik, həmrəylik və əzmkarlıqla mübarizə aparması dayanır. Vətən müharibəsi və tarixi Qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu bütün dünyaya bir daha göstərdi. Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı bu tarixi hadisələri obyektiv qiymətləndirərək, erməni faşizminin iç üzünü görməyə çağırır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zelenskinin Trampla görüşü ilə bağlı hazırlıq işləri görülür

Bayden: “HƏMAS-İsrail razılaşması qətiyyətli və zəhmətkeş Amerika diplomatiyasının nəticəsidir”

Juninyo: "Flamenqo"nu ən yaxşı şəkildə təmsil etməyə çalışacağam

Rusiya İstintaq Komitəsi “AZAL”ın təyyarəsinin qəzaya uğraması ilə bağlı ekspertiza təyin edib

Juninyo: "Qarabağ"dan həm böyük sevinc, həm də kədər hissi ilə ayrılıram

İsraillə HƏMAS arasında sülh razılaşması əldə olunub

XİN: Ermənistanın tarixi saxtalaşdıran təbliğatı sülhə xidmət etmir

"Qarabağ" Juninyonun "Flamenqo"ya keçdiyini açıqlayıb - RƏSMİ

Hakan Fidan: Türkiyənin Hələbdəki Baş konsulluğu yanvarın 20-də fəaliyyətə başlayacaq

Hitrou hava limanının rəhbərliyi: “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğraması bizi dərindən sarsıtdı

Türkiyə Prezidenti Suriyanın yeni xarici işlər nazirini qəbul edib

Nazir: Noyabrda Azərbaycanda Ümumdünya Telekommunikasiyanın İnkişafı Konfransı keçiriləcək

Kobaxidze: Tbilisidə baş verənlər radikal müxalifətin zəif səyləridir

Sistem nasazlığı səbəbindən Gürcüstanda bəzi elektron xidmətlər dayandırılıb

İsveçdə məktəb işçisi hücuma məruz qalıb

“Paris-2024”də qazanılan 100-dən çox medal keyfiyyətsiz olduğu üçün geri qaytarılıb

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları Qarsda birgə qış təlimində iştirak edəcəklər VİDEO

Əməkdar rəssamın Ədəbiyyat Muzeyinin fonduna daxil edilən əsərlərinin təqdimatı keçirilib

Fransada bir sıra partiyalar yeni hökumətə qarşı etimadsızlıq səsverməsi keçirməyi planlaşdırır

® “Azercell”in dəstəklədiyi “FarmHer” layihəsi qadınların aqrobiznes sahəsində bilik və bacarıqlarının inkişafına töhfə verir

® “Unibank” 2024-cü ilin maliyyə nəticələrini açıqlayıb

“Uğurlu tərəfdaşlıqda xanım sahibkarlar” layihəsinə yenidən başlanılıb

Britaniyada iqlim dəyişikliyinə görə bəzi tərəvəzlərin qıtlığı gözlənilir

® “Kapital Bank” 2024-cü il üzrə maliyyə nəticələrini elan edib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi ADNSU-ya akkreditasiya şəhadətnaməsi təqdim edib

Hərbi vəzifəlilərin növbəti təlim toplanışı keçirilir

TDT-nin Baş katibi: “Fergani Uzay”ın ilk peykinin kosmosa göndərilməsi Türk dünyası üçün böyük bir fəxr qaynağıdır

Özünüməşğulluq proqramının zərflər siyahısına yeni istiqamətlər əlavə edilib

İstehlaka yararsız bal məhsullarının satışının qarşısı alınıb

Azərbaycan Respublikasının 2024-cü il 28 iyun tarixli 1195-VIQD nömrəli Qanununun və Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 12 avqust tarixli 176 nömrəli Fərmanının qəbul edilməsi ilə əlaqədar normativ hüquqi aktların kolliziyasının aradan qaldırılması məqsədilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

“Əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri haqqında” 12 №-li (İQİ-xidmət) aylıq rəsmi statistika müşahidə forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2015-ci il 6 yanvar tarixli 4/04 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Daha 28 keçmiş məcburi köçkün ailəsi doğma yurda qovuşub VİDEO

Fövqəladə hallar naziri Xızıda vətəndaş qəbulu keçirəcək

“Qeyri-qida mallarının qiymətləri haqqında” 12 №-li (İQİ-qeyri-qida) aylıq rəsmi statistika müşahidə forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2015-ci il 6 yanvar tarixli 3/04 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

“Qida məhsullarının qiymətləri haqqında” 12 №-li (İQİ-qida) aylıq rəsmi statistika müşahidə forması və onun doldurulmasına dair göstəriş haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 2015-ci il 6 yanvar tarixli 2/04 nömrəli qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Qərarı

Kolumbiya mediası: Azərbaycanın həmrəyliyi və dostluğu sərhəd tanımır

Ötən il Gürcüstana səfər edən turistlərin sayı 5,1 milyonu ötüb

Asiya İnfrastruktur İnvestisiya Bankı ilə əməkdaşlıq müzakirə edilib

Azərbaycanın AQEM-də sədrliyinin prioritet istiqamətləri müzakirə edilib

DGK sədri Qusarda vətəndaşların müraciətlərini dinləyəcək

ADA Universitetinin tələbələri üçün “İdeya İnkubasiyası Proqramı”nın ikinci mərhələsi başlanır

Ankarada 20 Yanvar qurbanlarının xatirəsi yad ediləcək

“Səma xanımı” filmi təqdim olunub

Naxçıvanda istehlakçılara 2,3 milyon manat ƏDV məbləği geri qaytarılıb

® “AccessBank” 2024-cü il üzrə maliyyə hesabatını açıqlayıb

Ədliyyə nazirinin Astarada keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib

Fransa Alplarında iki britaniyalı xizəkçinin toqquşması nəticəsində bir nəfər ölüb

Yaradıcı Mərkəzdə “AI4ART Proqramı”nın "Demo Day" tədbiri təşkil olunub

Hər gün yaşıl çay içməklə demensiyada beyin zədələnməsi riskini azaltmaq olar

AŞPA-nın Monitorinq Komitəsinin üzvləri Gürcüstan parlamentinin sədri ilə görüşüblər

Tərtərdə Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynovun xatirəsi anılıb

DİM sədri: Azərbaycan dili üzrə sertifikasiya imtahanı onlayn və oflayn keçiriləcək

Ağdaşın bir hissəsinə qazın verilişində məhdudiyyət olacaq

Dünya Kubokunun qalibi olmuş samboçunun ölüm səbəbi məlum olub

Qazi: Torpaqlarımız azad edilərkən keçirdiyim sevinc və qürur hissini bu gün yenidən yaşadım

Ötən il 33 rayonda aqrar biznes festivalı keçirilib

Qazax Dövlət Dram Teatrında iki yeni tamaşanın premyerası olacaq

Bakı Şəhər Prokurorluğu 2024-cü il üzrə görülmüş işlərin yekunu ilə bağlı əməliyyat müşavirəsi keçirib

Mütəxəssis: Mövsümi virusların müalicəsində antibiotiklərin istifadəsi yanlış yanaşmadır

“Media nümayəndələrinin dağ-mədən sahəsində məlumatlılığının artırılması” layihəsində iştirak etmiş jurnalistlərlə görüş keçirilib

Gürcüstan Baş Prokurorluğu parlament seçkiləri ilə əlaqədar istintaqın ilkin nəticələrini açıqlayıb

Milli Aviasiya Akademiyası “IELTS imtahanına təşviq” layihəsinə qoşulub

Zəlimxan Yaqub haqqında yeni kitab nəşr olunub

Yeliseyin baş katibi Maliyyə Komitəsi tərəfindən dinləniləcək

Qazaxıstanda AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı hesabat dərc ediləcək

Misirin nüfuzlu qəzeti 20 Yanvar faciəsindən yazıb

Gəncədə Cavad xanın xatirəsi anılıb

Böyükşor-Pirşağı avtomobil yolunda yeni yerüstü piyada keçidləri inşa edilir

Xocalıya köçən şəhid anası: Doğma torpaqlara qayıtmağı hər birimiz arzulamışıq

Almaniya iqtisadiyyatında ardıcıl ikinci il geriləmə qeydə alınıb

Azərbaycan Basketbol Liqasında təxirə salınmış oyun keçirilib

“Ziraat Bank”ın Naxçıvan filialı fəaliyyətə başlayıb

Keçmiş məcburi köçkün: Doğma torpaqlara böyük qürur və sevinclə qayıdırıq

Dünya Etnoidman Konfederasiyasının sədri Nəcməddin Bilal Ərdoğandan

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahdan

Myanma İttifaqı Respublikasının Dövlət İdarə Şurasının Sədri Min Aung Hlaingdən

Sabah Şamaxının çökmə baş verən yolunda təmir işlərinə başlanılacaq

Dünyada gedən gərgin proseslər fonunda Azərbaycan iqtisadiyyatı dayanıqlığını qoruyub ŞƏRH

İstanbulda 19 nəfər saxta spirtli içkidən zəhərlənərək ölüb

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin NİZAMNAMƏSİ

“Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi (AZCON)” publik hüquqi şəxsin Nizamnaməsinin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 92-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Paytaxtın daha bir marşrutunun avtobusları yenilənir

“Fövqəladə vəziyyət və sosial xarakterli fövqəladə mühit haqqında” və “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 10 dekabr tarixli 86-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Bələdiyyələrin maliyyəsinin əsasları haqqında”, “Büdcə sistemi haqqında” və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan və Rusiya Hesablama Palataları əməkdaşlığı gücləndirir

Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan-Braziliya kənd təsərrüfatı əməkdaşlığı rəsmi olaraq təsdiqləndi FƏRMAN

“Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Braziliya Federativ Respublikasının Kənd Təsərrüfatı və Heyvandarlıq Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Çelsi” icarədə olan futbolçusunu vaxtından əvvəl geri qaytaracaq

“Divanü lüğat-it-türk”ün 950 illiyinə həsr edilmiş beynəlxalq konfransın materialları çap olunub

“Sənətkarın dostu” layihəsi çərçivəsində növbəti görüş olub

Türk dünyasının dil birliyinə dəyərli töhfə

DİM qiymətləndirmə prosesində yeniliklər tətbiq etməyə hazırlaşır

DİM beynəlxalq tədqiqat mərkəzinin uyğunluq sertifikatı ilə təltif olunub

Yığmanın baş məşqçisi: Əsas hədəfimiz beynəlxalq turnirlərdə uğurlu çıxış etməkdir

Dünya liderləri: Silahlı münaqişələrin artması 2025-ci ildə ən ciddi təhdid olacaq

Rusiyanın səfiri Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb

Lənkəranda Məhəmməd Füzulinin 530 illiyinə həsr edilən bədii-poetik konsert proqramı keçirilib