Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dilarə xanım Seyidzadəyə məhəbbətlə, yaxud “O qadın kimdir?”

Dilarə xanım Seyidzadəyə məhəbbətlə, yaxud “O qadın kimdir?” Bakı, 24 oktyabr, AZƏRTAC

Bir vaxtlar, çox sevdiyim Turan Cavid haqqında yazı hazırlayanda onu möhtəşəm güzgüyə bənzətmişdim. Qədim, memarlığı göz oxşayan binaların divarlarından bizə baxan, nəfis çərçivəsi ağacdan yonulmuş möhtəşəm güzgüyə. Bu güzgünün qarşısında duranda adama elə gəlir ki, sən yox, güzgü sənə baxır. Özünə əl gəzdirmək əvəzinə, özünü “yığışdırmaq” istəyirsən, artıq-əskik bir hərəkət etməkdən çəkinirsən. Gözəl, qədim binalar azaldıqca qədim güzgülər də seyrəlir.

Bu gün özüm-özümü təkrarlasam da, xoşbəxtəm ki, Güzgü-İnsan bildiyim bir İnsandan da yazacağam. Onu siz də tanıyırsınız, ən azından görmüsünüz...

“O qadın kimdir?” Bu sualı dost-tanış illər öncə mənə az verməyib. Bir vaxtlar mərhum Prezident Heydər Əliyevi müşayiət edən jurnalistlər arasında tez-tez xarici səfərlərə gedərdim və hər səfərdən qayıdanda eşitdiyim suallardan biri də bu olardı: “O qadın kimdir? Nə ilə məşğuldur?” Sıravi insanların marağını anlamaq çətin deyildi. O, həmişə kadrda idi: ciddi, bloknotu və qələmi əlində... Onda mən çox qısa və aydın cavab verərdim: “Dilarə xanım Seyidzadə. Prezidentin köməkçisi”...

O qısa cavabı verdiyim günlərin üstündən illər keçib. Kimlər üçünsə bu illər Dilarə xanımın çöhrəsində yeni izlər qoyub. Mənim üçünsə hər il, hər ay, hər gün onun portretini tamamlayan cizgilər deməkdir. İndi istəsəm də, o suala qısa cavab verə bilmərəm...

...Dilarə xanım mənim üçün çox ciddi insandır. Qazandığı titullar (o, tarix elmləri doktorudur, professordur), tutduğu vəzifə (Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisidir) bunu təsdiqləyir. Yalnız həyata ciddi münasibət bəsləyən insan bunları əldə edə bilər. Mənə elə gəlir ki, bu ciddiliyin kökü, hər şeydən əvvəl, onun evin böyük və ağıllı qızı olmasından irəli gəlir. Bağır müəllimin ailəsində hədsiz istedadlı Fuad, ağıllı Dilarə və gözəl Xoşqədəm böyüyürdü. İş elə gətirmişdi ki, o, məktəbə bir il tez getməli olmuşdu. Ondan bir yaş böyük Fuadın məktəb yaşı çatmışdı və Dilarəni də onunla birlikdə Təbrizdəki məktəbə qoymalı oldular. Həmin il balaca Dilarə üçün çox çətin keçdi. O bilmirdi ki, nə etmək lazımdır, daha doğrusu, “məktəb nədir” anlaya bilmirdi. Bu sualın cavabını özü tapmalı oldu. Düşünürəm ki, Dilarə xanımın dərin səmimiyyətlə mənə danışdığı bu həyat hekayəsində (əgər təfərrüatlarda səhv edirəmsə, bağışlayın, söhbət ötən payızda olub) çox vacib bir məqam var. Bu məqam balaca, 6 yaşlı bir insanın ilk və olduqca önəmli bir təcrübəni müstəqil qazanması idi. O nə qədər çətin olsa da, “Məktəb nədir? O buraya niyə gəlib?” suallarının cavabını ÖZÜ tapa bildi. Və düz bir il sonra xəbər yayılanda ki, baş konsul məktəbə baş çəkəcək, Dilarə anasına yalvarırdı ki, atam məndən də şeir soruşsun. Baş konsul Bağır Seyidzadə məktəbə gələndə Dilarə Marşakın şeirlərini sevimli atası üçün dayanmadan birnəfəsə söyləyirdi...

Hər şeyi ağlın süzgəcindən keçirə bilmək. Üstəlik, yorulmadan çalışmaq qabiliyyəti, yaxşı mənada qarayaxa olmaq... Atası bu keyfiyyətləri görməsəydi, ona dərya qədər dərin bir irsi tədqiq etməyi məsləhət bilməzdi. Yaşadığı ömür Bağır Seyidzadəyə şahidi olduğu bir çox hadisələri heç kimlə bölüşməməyi öyrətmişdi. Amma Dilarənin elmi araşdırmalarının istiqamətini seçməklə o, dolayı yolla da olsa, keçmişə, yaşadığı tarixə münasibətini bildirmişdi. Demişdi ki, Azərbaycan tarixinin ən şanlı dövrünü araşdırarkən mətbuata xüsusi fikir ver, xüsusən də “Füyuzat”a. Bu elə bir mövzu idi ki, onu tədqiq etməyə bir ömür də az idi. Dilarə xanım tədqiqata baş vurduqca buna bir daha əmin olurdu. Bağır müəllim bu dünyadan tez və qəfil - 56 yaşında köçdü. Qeys xanım həyatın bütün kəşməkəşlərinə baxmayaraq, Dilarəyə elmi işini davam etdirməyi, doktorluq dissertasiyasını da yazmağı məsləhət gördü. Qeys xanım həmin günü görməsə də, yəqin, ruhu şad idi. Qızının doktorluq dissertasiyanı müdafiə etdiyi gün onun qırx mərasiminə düşmüşdü...

Fədakarlıq... Bu, son zamanlar insanlarda çox az-az hallarda rast gəldiyim bir keyfiyyətdir. Özünü fəda edə bilmək, eqonu bir kənara qoyub, evin-ailən üçün yaşamağı bacarmaq. Dilarə üçün bu, təkcə ailə naminə yaşamaq deyildi, həm də ailəni yaşatmaq idi - Atasız və Fuadsız yaşatmaq. Bu o ailə idi ki, atanın “öz sevgili xanımına məhəbbəti böyük bir nemət idi” və xanımını özünə “ən yaxşı arxa” sayırdı. Bu o ailə idi ki, bacı qardaşı barədə belə fikirləşirdi: “Onu ətrafdakılarla müqayisə etdikcə, ona tay görmədikcə, mən qərara aldım ki, taleyimi heç zaman kiminləsə bağlamayacağam, yəni, heç kimi onunla bir stol arxasında əyləşdirməyəcəyəm. Bu, bəlkə, bir qədər qəribə görünür. Amma bu, belədir”.

1972-ci ildə Fuadın faciəli ölümündən sonra Qeys xanımı hər gün, sözün əsl mənasında, yaşamağa səsləmək, xəstə və gözəl Xoşqədəmə illərlə həm analıq, həm bacılıq etmək, bir sözlə, evə dayaq olmaq üçün insan özündə nə qədər mənəvi güc tapmalıdır? Bəlkə, o, gücünü yer üzünün ən balaca və hələ ki, gücsüz (fiziki gücü deyirəm) insanından - Fuadın yadigarı, dünyalarca sevdiyi Ülvidən alırdı? Bəlkə, mənsub olduğu ocağın - Seyidzadələrin gözəgörünməyən ruhları idi onu təslim olmağa qoymayan? Bilirdi ki, həyat davam edir. Fuadın Dilarəyə Moskvada aspiranturada oxuduğu vaxtlarda yazdığı məktubdakı kimi:

“Klarka, darıxma. Vaxt tez keçir. Allaha şükür, biz hamımız sağıq, sağlamıq və həmişə bir yerdə olacağıq. Kapitan, başını uca tut, gəmi düzgün yoldadır. Öz işlərinlə məşğul ol, qalanı boş şeydir. Çətinliklər çoxaldıqca həyatın ritmi daha dəqiq olur. Demək, həyat davam edir, demək, axın var, hərəkət var. Əzizim, bu, dialektikadır”...

Bu məktub Dilarə xanımın mənə bir neçə il bundan öncə bağışladığı “Fuad Seyidzadə xatirələr karvanında” kitabındandır. Dilarə xanım kitabı verəndə dedi ki, içini yaza bilmərəm, o, Fuadın kitabıdır, onu Fuad özü imzalayıb. Doğrudan da, kitabın cildində, arxada Fuadın öz imzası var... Bu çox kiçik və incə məqam bir çox mətləblərdən, Dilarə xanımın xasiyyətinin hamının sezə bilmədiyi məziyyətlərindən xəbər verir...

O, incə və nəcib insandır, tükü-tükdən seçə bilir. Onun yerişi də, jestləri də, geyimi, hətta zövqlə taxdığı zinət əşyaları da, danışıq tərzi, seçdiyi sözlər, sözlərə çox diqqətli olması da kökdən-nəcabətdən, böyüdüyü mühitdən, bir sözlə, AİLƏdən gəlir. Sadaladığım keyfiyyətlər içərisində yalnız birinin - sözə diqqətin - üzərində dayanmaq istəyirəm. Bağır müəllim görkəmli dövlət xadimi, diplomat olmaqla yanaşı, həm də jurnalist və tərcüməçi idi. Əmək fəaliyyətinə qəzetdə başlamışdı. Neft İnstitutunu bitirsə də, təbii istedadı sözə, qələmə olduğundan “Gənc işçi” qəzetinin baş redaktoru vəzifəsinə qədər yüksəlmişdi. Ömrünün sonlarında isə Azərbaycan Teleqraf Agentliyinin (indiki AZƏRTAC-ın) sədrinin müavini vəzifəsində çalışmışdı. O, Azərbaycan, rus, fransız və fars dillərini mükəmməl bilirdi. Ailəsini dolandırmaq üçün Bağır müəllim tərcüməçilik edirdi. Bunu təsəvvür etmək nə qədər asan olmasa da, bu, bir həqiqət idi: Azərbaycan SSR-in mədəniyyət nazirinin müavini işləyən Bağır müəllim gecələr yuxunu israfçılıq sayaraq tərcümə ilə məşğul olurdu ki, ailəsi korluq çəkməsin. “Çörək ağdırsa, ağdır, qaradırsa, qaradır”. Bu, ailənin kredosu idi. Bağır müəllim öz halal zəhmətinin çörəyini yeyirdi, balalarına da bunu öyrədirdi. Tərcüməçilik, eyni zamanda, dünya ədəbiyyatının incilərini Azərbaycan oxucusuna çatdırmaq, bir də övladlarına ana dilini sevdirməyin, bu dildə təmiz və savadlı danışmağı öyrətməyin yollarından biri idi. Amma buna da qibtə edənlər tapıldı. Və nə qədər qəribə və gülünc səslənsə də, onu mədəniyyət nazirinin müavini vəzifəsindən azad edəndə belə yazdılar: “Vəzifəsindən sui-istifadə edərək çoxlu sayda kitab tərcümə və redaktə edib 125 min manat (köhnə pulla) pul qazandığı üçün”...

Mən Dilarə xanımın jurnalistlərə rəğbətinin köklərini atasının gördüyü işə məhəbbətində tapıram. Həyat elə gətirdi ki, Dilarə xanım tutduğu vəzifədə bir-birinə yaxın bir neçə sahəni birləşdirməli oldu: jurnalistikanı, tarixi və siyasəti.

Fikirləşirəm ki, Heydər Əliyev kimi bir dahi Prezidentin katibliyini yüksək insani dəyərləri peşəkar səriştəsi ilə harmoniyada olan bir insana etibar edə bilərdi. Onun yorulmazlığı, alim kimi qaydalı, nizamlı və sistemli olması tutduğu vəzifədə əvəzolunmaz keyfiyyətlərdir. Bu əhvalatı da mənə Dilarə xanım özü danışıb və məncə, indi onu bölüşməyin vaxtıdır.

Bir dəfə gecə saat on birə işləmiş Prezident ona zəng vurur və 1998-ci il seçki kampaniyası zamanı Biləsuvarda olmuş bir hadisəni xatırladaraq soruşur: “O uşağı tapmaq olarmı?” Məsələ belə olmuşdu. Prezidentin korteci kəndlərdən birindən keçəndə o, yolun kənarında dayanmış bir dəstə uşaq görür və maşını saxladır. Bu zaman 11-12 yaşında cılız bir oğlan uşağı ona yaxınlaşır və soruşur ki, Heydər baba, sənə heç nə olmayacaq ki? Sən qalacaqsanmı? Mən televizora baxıram, qorxuram ki, sənə nəsə olar... Uşaq təlaş içində idi. Prezident onu sakitləşdirir... İndi üstündən aylar keçəndən sonra Heydər Əliyev gecə vaxtı Dilarə xanımdan: “O uşağı tapmaq olarmı?”, - soruşurdu. Dilarə xanım “Taparam”, - dedi. Xatırlayırdı ki, Prezident uşaqdan ayrıldıqdan sonra o, adəti üzrə, oğlana yaxınlaşıb adını, soyadını soruşub, bloknota qeyd etmişdi. İndi qalırdı 1998-ci il bloknotundan adı tapmaq və Biləsuvarla əlaqə saxlamaq. Səhəri gün Biləsuvardan xəbər gəldi ki, oğlan Bakıda xəstəxanada yatır. Uşağın doğma anası rəhmətə getmişdi, ona analığı baxırdı. Prezidentin göstərişi ilə oğlanı tapdılar, müalicəsini uğurla başa vurdu...

Mən bu əhvalatı lap nağıl kimi danışıram. O, özü-özlüyündə o qədər söz deyir ki, şərhə ehtiyac qalmır. Fikirləşirəm ki, bu əhvalat Ulu Öndərin haqqında bizə yeni sözlər dediyi kimi, “O qadın kimdir? O, nə işlə məşğuldur?” sualı ilə yanaşı, “Öz işini necə peşəkarlıqla görür?” sualına da cavab verir...

Bir dəfə Dilarə xanım sözarası Ulu Öndərlə işlədiyi günləri bir cümlə ilə çox dəqiq ifadə etdi və o cümlə yaddaşıma həkk olundu: “Onunla işləmək bayram idi”... Bu yerdə mən bizim ikimiz üçün bayram olan başqa bir günü xatırlayıram.

Prezident Bibiheybət məscidində tikinti işlərinin gedişinə baxmağa gəlmişdi. Hər şey həmişəki axarı ilə gedirdi. Birdən Prezidenti müşayiət edən qadın deputatlar onunla məsciddə şəkil çəkdirmək istədiklərini bildirdilər. Prezident etiraz etmədi və hamı maqnitin cəzbinə düşmüş kimi onun başına toplaşdı. Biz Dilarə xanımla bir kənarda durub bu səhnəyə baxırdıq. Həmin məqamda mənim də ürəyimdən Prezidentlə bu çox sevdiyim məsciddə şəkil çəkdirmək keçdi. Görünür, bu arzu ürəyimdən keçəndə Allahın dərgahının açıq vaxtı idi. Heç iki dəqiqə keçmədi. Prezident şəkilçəkdirmə mərasimi bitəndən sonra bizim yanımızdan ötüb qapıya yönəlmək istəyəndə qəfil ayaq saxladı. Mən kəlağayı örtmüşdüm, özümə bənzəmirdim. “Bu, sənsən? Mənə deyiblər ki, sən dindarsan”, - dedi. Sonra Dilarə xanımla mənə baxıb “Mənim bu qızlarla şəklimi çəkin”, - dedi. Beləcə bizim üçün əvəzsiz bir foto yadigar qaldı. Bu, həm də Dilarə xanımla məni birləşdirən ən şirin xatirələrdən biridir...

Bu gün bu yazını yazarkən bir çox faktları dəqiqləşdirmək üçün yaddaşıma deyil, 1998-ci ildə nəşr olunmuş bir kitaba müraciət edirəm. Bu, “Prezident. Xronika: 1993-1997” kitabıdır. Kitabın tərtibçi-müəllifi mənəm və vaxtilə onun hazırlamaq və nəşr etmək icazəsini şəxsən Ulu Öndərin özündən almışam. Kitab Heydər Əliyevin 1993-cü ildə respublikaya rəhbərliyə qayıdışından 1997-ci ilin oktyabrına kimi fəaliyyətinin rəsmi xronikasıdır. Tale elə gətirdi, kitabın ikinci hissəsini mənə iki il bundan əvvəl AMEA-nın Bakıxanov adına Tarix İnstitutunda elmi işçi işlədiyim müddətdə toplamaq qismət oldu. Xronikanı Akademiyanın kitabxanasında AZƏRTAC-ın materialları əsasında bərpa edirdim. Amma bütün işlərdə olduğu kimi, dəqiqləşdirilməli məqamlar da vardı. Və mən onda Dilarə xanıma müraciət etdim. O, mənə çox böyük yardım etdi: kitabın son variantı ən etibarlı mənbə ilə tutuşduruldu. Yalnız bundan sonra mən tədqiqatçı kimi ürəklə deyə bilərəm ki, Tarix İnstitutunun Elmi Şurasının təsdiq etdiyi bu əlyazma Prezident Heydər Əliyevin 1993-2003-cü illər fəaliyyətinin ən səhih və müfəssəl rəsmi xronikasıdır. Bu xronikaya güvənmək olar. Dilarə xanımın özünə güvənə bildiyimiz kimi...

Dilarə xanım güvənli bir insandır, dəqiq desəm, güvənc yeri sayılan insanlardandır. Çox-çox illər öncə, işim düyünə düşmüşdü, iş yerimi tərk etmək təhlükəsi vardı. Həmin məqamda real olaraq mənə kömək edə biləcək bir insan vardısa, o da Dilarə xanım idi. Sentyabrın əvvəlləri idi, iki gündən sonra Prezident Nyu-Yorka, BMT-nin Baş Məclisinə yola düşməli idi. İşi başından aşsa da, Dilarə xanım vaxt tapıb, məni qəbul etdi, dinlədi və sonra yanımdaca zəng vurdu. Qısa, lakin çox qəti bir söhbət və məsələnin sözsüz həlli. Sonralar mən Dilarə xanıma dedim ki, o, həmin anda doğma anam Dilarə (onlar anamla adaşdırlar) mənə nə edə bilərdisə, onu etdi...

Bu gün Dilarə xanımın ad günüdür. O, mənim üçün həm də çox əziz insandır. Mən bu günə öz doğma anamın ad gününə sevindiyim qədər sevinirəm, Dilarə xanım. Həmişə var olun, mənim Güzgü-İnsanım. Və qoy bu Güzgüyə təkcə Mirfuada, Mirmusaya deyil, onların övladlarına da baxmaq qismət olsun! Amin!

Aynur Bəşirli

Bakı Slavyan Universitetinin kafedra müdiri,

siyasi elmlər üzrə fəlsəfə doktoru

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Fransa və Almaniya 100 milyard avroluq döyüş hava sistemi proqramını dayandırıb

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

ABA: Bank sektorunun aktivləri 57 milyard manatı ötüb

DİN: Qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 14 fakt müəyyən olunub

İrakli Kobaxidze: Gürcüstan bu gün Azərbaycanla misilsiz əlaqələrə malikdir

Fransada dəmiryol işçiləri tətilə hazırlaşırlar

“Axios”: ABŞ Trampın iradəsi xaricində Yaxın Şərqdə yenidən münaqişəyə cəlb oluna bilər

Özbəkistan məhkəmələrdə korrupsiyaya qarşı nəzarəti gücləndirir

BDU beynəlxalq reytinqdə 189 pillə irəliləyərək Azərbaycanda lider mövqeyini qoruyub

Krasnodar hava limanında 12 reys təxirə salınıb

Uşaqlar üçün məhdudiyyətlərin tətbiq edildiyi platformaların siyahısı yaxın vaxtlarda təqdim olunacaq

ABŞ-də reaktiv yanacaq istehsalı rekord həddə çatıb

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

ABA və "Ticarət Şəbəkələrinin İnkişafı" İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb VİDEO

Fərid Osmanov: Yaxın vaxtlarda beynəlxalq maliyyə institutları ilə geniş əməkdaşlıq paketinin tamamlanması planlaşdırılır

Mehmet Şimşek: Türkiyə ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində addımlar atır

Tramp: İsrail və İran ən azı bir həftə qarşılıqlı hücumlar həyata keçirməyəcək

Bu gün Azərbaycanın U-21 millisi Qırğızıstan yığması ilə qarşılaşacaq

Vüsal Qasımlı: Azərbaycanda yeni sosial-iqtisadi inkişaf proqramının qəbul olunması gözlənilir

Ağcabədi sakini zəhərlənərək həyatını itirib

Azərbaycan İKT sektorunda illik ixrac həcmini 1 milyard dollara çatdırmağı hədəfləyir

Azərbaycanın U-20 millisi Ruy Jorjenin rəhbərliyi altında ilk oyununa çıxacaq

COP31 ərəfəsində Bonn şəhərində BMT-nin ikihəftəlik iqlim sessiyası keçirilir

Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası üzvlərinin növbəti ümumi yığıncağı olub

Firuzə Rəsulova: Uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması ən aktual tələblərdən biridir

AMB: Hazırda AZ-QR infrastrukturunun daha da genişləndirilməsi istiqamətində işlər aparılır

Belqradda Azərbaycanın turizm potensialı təqdim olunub

Türk Dövlətləri Təşkilatına üzv ölkələrin bank aktivlərinin həcmi açıqlanıb

Qadın futbolçulardan ibarət Azərbaycan yığması seçmə mərhələdə son matçına çıxır

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya bazarında qızıl və gümüş bahalaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Dünya birjalarında neft ucuzlaşıb VİDEO

Azərbaycanın Yaxın Şərqdə enerji diplomatiyasının yeni istiqamətləri formalaşdırılır ŞƏRH

Futbol üzrə Azərbaycan millisi bu gün San-Marino ilə qarşılaşacaq

Əmək və əhalinin sosial müdafiəsi naziri Salyanda vətəndaşların müraciətlərini dinləyəcək

ADAU-nun müəllimləri su təsərrüfatı və ekologiyaya dair yeni kitablar tərtib ediblər

Naxçıvanda vergi daxilolmaları 2,4 faiz artıb

Oğuzda “Abad məhəllə” layihəsinin icrasına başlanılıb, davamı olacaq

Mayda Milli Ödənişlər Sistemində Ani Ödənişlər Sisteminin payı 54 faizə çatıb

Yaponiya və Cənubi Koreya 9 ildən sonra ilk dəniz xilasetmə təlimi keçirib

Azərbaycan nefti 100 dollardan baha satılır VİDEO

Azərbaycan nefti 100 dollardan baha satılır VİDEO

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" işə başlayıb VİDEO

Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026" işə başlayıb VİDEO

Çinin xarici ticarəti 15,3 faiz çoxalıb

Oğuzda gənclər üçün “Bir gün bir könüllü gənc” layihəsi başlayır

Paytaxtda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq müşahidə olunur

Tramp: Yaxın iki həftə ərzində İranla yekun razılaşmanın əldə olunacağını gözləyirəm

Vens: ABŞ İsrailin mövqeyindən asılı olmayaraq İranla razılaşma əldə etməyə çalışacaq

Filippinin cənubunda baş verən zəlzələdə ölənlərin sayı 37-yə çatıb

Tacikistanın ən böyük buzlağına yeni rəsmi ad verilib

İsveçdə kişilər və qadınlar arasında gəlir bərabərliyinə nail olmaq üçün daha 37 il tələb olunur

Biotexnoloqlar ilk dəfə insanın qaraciyər hüceyrələrini “cavanlaşdırdıqlarını” açıqlayıblar

ABŞ ordusu İrana gedən tankeri zərərsizləşdirib

İranda 4,9 bal gücündə zəlzələ baş verib

Tramp Netanyahuya İranla münaqişəni yenidən alovlandırmamaq barədə xəbərdarlıq edib

Polis şadlıq saraylarından birinin qarşısında baş verən insidentlə bağlı açıqlama verib

Netanyahu: İsrail İrana zərbə endirməyi dayandırıb, lakin hər hansı hücuma cavab verəcək

Konqo Demokratik Respublikasında “Ebola” virusundan ölənlərin sayı 100-ü ötüb

Qalibaf: İranın məqsədi münaqişəyə son qoymaqdır

“Axios”: Zelenski Vitkoff və Kuşnerlə telefon danışığı aparıb

Lefkoşa: Fransa ilə imzalanan saziş regional balansa xələl gətirir

ABŞ “Alibaba”, BYD, “Nio” və digər Çin texnologiya şirkətlərini qara siyahıya salıb

Azərbaycan ilə Suriya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb

Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb

Təranə Yusifova: Səməd Vurğunun poeziyası Azərbaycan musiqisində daim yaşayır

BDU-nun nəzdində “Gənc istedadlar” liseyi 2026/2027-ci tədris ili üçün 7-ci sinfə şagird qəbulu elan edir

Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq

Almaniya və Fransa gələcəyin döyüş təyyarəsi layihəsi üzrə işləri dayandırmaq qərarına gəliblər

Ayxan Abbasov: Bizə qələbə lazımdır

Sərbəst güləş üzrə aşağı yaş qruplarından ibarət milli komandaların tərkibi yenidən formalaşdırılıb

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Arazda batan şəxsin axtarışları üçün çayda suyun səviyyəsi endirilib - YENİLƏNİB-2 VİDEO

Mançester Universiteti: Maqmanın ifrat qızması vulkan püskürmələrini daha qəfil və dağıdıcı edir

İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi

“Şamaxı”nın yay hazırlıq planı məlum olub

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Naxçıvanda insan hüquqlarının qorunmasında vəkilliyin və mediasiyanın rolu müzakirə olunub YENİLƏNİB VİDEO

Bu saata olan əsas xəbərlər

Böyük Britaniya əmək bazarında tarixi geriləmə - daimi işçi qəbulu kəskin azalıb

Türkiyə kəşfiyyat xidmətinin rəhbəri Qahirədə Qəzza üzrə danışıqlarda iştirak edib

Yeni qaydalar Avropanın hava limanlarında sıxlığı artıra bilər

Azərbaycan ilə Vyetnam arasında məhkəmə və prokurorluq sahələrində əlaqələr genişləndirilir

“Qarabağ” Maksim Medvedev və daha iki mütəxəssislə müqaviləni yeniləyib – EKSKLÜZİV

Deputat: Uşaqların internetdə müdafiəsi ilə bağlı dəyişikliklər cəmiyyətin sifarişidir

Azərbaycan Sloveniyada keçirilən Bled Su Forumunda təmsil olunub

“Bir pəncərə” informasiya sistemi Xəzər Beynəlxalq Nəqliyyat, Tranzit və Logistika Forumunda təqdim olunub

Si Cinpin Kim Çen Ina güclü dəstək vəd edib

Pakistan 2-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştiraka dəvət olunub

Uşaqların rəqəmsal savadlılığının artırılması vacibdir - PSİXOLOQ

ADAU-da aparılmış səmərəlilik auditi çərçivəsində əldə olunan nəticələr diqqətə çatdırılıb

Serbiyanın idman naziri Azərbaycana gəlib

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Hacıqabulda baş verən yanğın söndürülüb - YENİLƏNİB VİDEO

Türkiyə XİN: Azərbaycan ilə Ermənistan arasında yekun sülh sazişinin imzalanacağını ümid edirik

® “Bakcell” yeni baş icraçı direktor təyinatını elan edib

Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm

Milli Məclisdə ictimai dinləmə: Sosial şəbəkələrlə bağlı yeni qanun layihəsi müzakirə olunub

Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub

Maşınqayırma, mexaniki və hidravlik sistemlər sahələrini əhatə edən yeni dövlət standartı qəbul ediləcək

Gürcü politoloq: Orta Dəhliz və enerji əməkdaşlığı regionun gələcəyini müəyyən edən əsas amillərdir

Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinterodan

Türk ekspert: Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı Qafqazın gələcək inkişaf modelini müəyyənləşdirir

Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirləri İstanbulda görüşüblər YENİLƏNİB VİDEO

“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib

Roberto Mançini İtaliya millisinin yeni baş məşqçisi olacaq

Cari ilin qalan dövrü ərzində dünya bazarında neft 81-100 dollara satılacaq