“Dilimiz – milli sərvətimizdir” mövzusunda elmi-praktik konfrans keçiriləcək
Bakı, 26 yanvar, AZƏRTAC
Fevralın 23-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Dilimiz - milli sərvətimizdir” mövzusunda elmi-praktik konfrans keçiriləcək.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, “Ana dilimiz milli varlığımızdır”, “Çoxdillilik və ölü dillər”, “Azərbaycan dilinin inkişaf yolu”, “Ana dilimizi və mədəniyyətimizi qoruyaq”, “Heydər Əliyevin dil siyasəti”, “Xalqın milli özünüdərkində ana dilinin rolu”, “Gənc nəslə milli ruhun aşılanmasında ana dili amili” istiqamətlərində keçiriləcək konfransın məqsədi elmi tədqiqatların təqdimatı, müzakirəsi və informasiya mübadiləsidir.
Konfransda iştirak etmək istəyənlər elmi məqalələrini [email protected] elektron ünvanına göndərə bilərlər. Məqalə qəbulu ilə bağlı ətraflı məlumatı institutun “facebook” səhifəsində öyrənmək mümkündür.
Qeyd edək ki, məqalələr Azərbaycan, rus, türk və ərəb dillərində qəbul olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:23]
Azərbaycan Universitetində “Bir məqalə, iki nəsil” layihəsinə başlanılıb
- 09.06.2026 [12:21]
Xaqani Şirvani və dövrünün siyasi-mədəni mühiti - dəyirmi masa
- 08.06.2026 [18:26]
Bakı Türkoloji Qurultayının 100 illiyi Varşavada qeyd olunub
- 08.06.2026 [17:35]
Kimya İnstitutunda beynəlxalq seminar: innovativ batareya texnologiyaları
- 08.06.2026 [17:28]