DİM rəhbəri: Yazı işlərinin yoxlanması mərhələsində təkcə süni intellektdən istifadə olunması barədə danışmaq tezdir

Bakı, 23 may, AZƏRTAC
2025-ci ildə buraxılış imtahanlarında 2 milyon 700 min yazı işi Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış xüsusi proqram təminatı vasitəsilə yoxlanılıb.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar keçirilən mətbuat konfransında deyib. O bildirib ki, yalnız proqram və ya yalnız insan tərəfindən aparılan yoxlamalarda mexaniki və subyektiv səhvlərin baş verməsi mümkündür: “Məhz bu səbəbdən, yazı işlərinin qiymətləndirilməsi prosesində süni intellektlə yanaşı mütəxəssis müdaxiləsi də təmin olunur. Süni intellektdən istifadə prosesini addım-addım həyata keçiririk. Hazırda müəyyən proseslər artıq insan müdaxiləsi olmadan yerinə yetirilir. Lakin yazı işlərinin yoxlanması mərhələsində təkcə süni intellektdən istifadə olunması barədə danışmaq hələ tezdir”.
Məleykə Abbaszadə qeyd edib ki, DİM yaxın gələcəkdə Çağrı mərkəzi sisteminə də süni intellektin inteqrasiyasını planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2025 [14:36]
Folklor İnstitutunda Rəqəmsal folklor və netnoqrafik analiz şöbəsi yaradıldı
- 13.06.2025 [13:41]
Paytaxt məktəbliləri yerli və beynəlxalq olimpiadalarda 89 medal qazanıblar
- 13.06.2025 [13:12]
Milli Qurtuluş Günü tarixi Zəfərə gedən yolun başlanğıcıdır - ADAU-da tədbir
- 13.06.2025 [13:01]
Minilliyin Toxum Bankının nümayəndəsi Botanika İnstitutunda olub
- 13.06.2025 [12:29]