Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

DİNİ VƏ MİLLİ ƏNƏNƏLƏRİMİZƏ SƏDAQƏT
RESPUBLİKA PREZİDENTİ HEYDƏR ƏLİYEV ORUCLUQ BAYRAMI GÜNÜ MÜQƏDDƏS YERLƏRİ ZİYARƏT ETMİŞDİR

Bütün müsəlmanlar üçün müqəddəs olan Ramazan ayının başa çatdığı gün - Orucluq bayramı respublikamızda da geniş qeyd olunmuşdur. Belə günlərdə inanc yerlərimizi ziyarət etmək, onlardan mənəvi kömək almaq xüsusi məna kəsb edir. “İndi hər bir azərbaycanlının qəlbində bir niyyət var və bu amalla da müqəddəslərimizə üz tuturuq. Torpaqlarımızı erməni qəsbkarlarından azad etmək, azad etmək, ərazi bütövlüyümüzü və sərhədlərimizin toxunulmazlığını təmin etmək, respublikamızın tam müstəqilliyinə nail olmaq hamımızın ən ülvi istəyidir. Bu niyyətlə də müqəddəs Orucluq bayramında inanc yerlərimizi ziyarət edirik. Haqq işimizdə Allah köməyimiz olsun!” Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin martın 14-də - Orucluq bayramı günü Bakıdakı bir neçə məscid və ziyarətgahda olarkən söylədiyi bu fikir ziyarətə gələnlərin “Amin” sədaları ilə qarşılandı.

Həmin gün Heydər Əliyev günortadan sonra Şüvəlan qəsəbəsinə, Mirmöhsün ağanın (Ətağanın) qəbrini ziyarətə gəldi. Milli paltar geymiş məktəblilər dövlət başçısını xonçalarla, gül dəstələri ilə qarşıladılar. Xalqın ümid yeri olan Prezidentin ayaqları altında qurban kəsildi. Ziyarətə gələnlər, möminlər respublika Prezidentini mehribanlıqla qarşıladılar.

Xalqımızın adət-ənənəsinə görə, ziyarətə gələnlər qəlblərində bir niyyət tuturlar. Jurnalistin “Bu bayram günündə Siz ürəyinizdə hansı niyyəti yaşadırsınız?” sualına cavabında Heydər Əliyev dedi:

- Bir vaxtlar niyyətim o olub ki, Azərbaycan Respublikası müstəqil dövlət olsun, xalqımız azadlığa çıxsın, istiqlal əldə edilsin. Allaha şükürlər olsun ki, biz artıq bu günlərə gəlib çıxmışıq. Respublikamız müstəqil dövlətdir, dünya tərəfindən tanınır. Xalqımız azaddır, özü də özü öz taleyinin sahibidir, bundan sonra da azad olacaqdır. Mənə elə gəlir ki, bütün bunlar Vətənini, xalqını sevən hər bir vətənpərvər azərbaycanlının niyyəti olub. Uzun illər dövlət işləri ilə və siyasi fəaliyyətlə məşğul olduğum üçün bu fikirlər bəlkə də mənə daha doğma, daha əziz olub. Niyyətimizə çatmışıq.

Heydər Əliyev Mirmöhsün ağanın qəbrini ehtiramla ziyarət etdi. Burada Prezidentə Məkkədən gətirilmiş Quran, təsbeh, gözmuncuğu bağışladılar.

Heydər Əliyev ziyarətgaha toplaşanlar qarşısında çıxış edərək dedi:

- Əziz həmvətənlər, bu gün müsəlmanlar üçün xoşbəxt bir gündür, bayram günüdür. Ramazan ayı başa çatıb. Müsəlmanlar Allahın, Məhəmməd peyğəmbərin yolu ilə gedərək oruc tutublar. Bu bir ay müddətində dini ənənələrə görə hər bir müsəlman mənəviyyatca daha da paklaşır, təmizlənir, eyni zamanda öz torpağına, öz Vətəninə, öz xalqına, dininə daha da sədaqətlə xidmət edir, saf niyyətlə yaşayaraq ibadət edir, oruc saxlayır. Bir ay başa çatıb. İndi bunu bayram edirik. Bu bayram hər bir müsəlmanın, adət-ənənələrimizə riayət edən hər bir şəxsin qəlbində olan bayramdır. Güman edirəm ki, bu bayram gələcək günlərdə xalqımıza xoşbəxtlik gətirəcəkdir. Hər halda niyyətimiz həmişə saf olub. Biz xalqımızı həmişə saflığa, paklığa dəvət etmişik, ona görə Allah da bizə yar olacaq. Cənab Məhəmməd peyğəmbərin qoyduğu yol həmişə bizim üçün işıqlı olacaq və biz bütün bu qaranlıqlardan, çətinliklərdən çıxacağıq.

Burada çox arzular eşitdim ki, müharibə qurtarsın, əmin-amanlıq olsun. Bizim ən böyük arzumuz bundan ibarətdir. Müharibəni biz başlamamışıq. Torpağımıza yağılar tərəfindən təcavüz olub. Bu müharibə torpaqlarımız azad olunanadək gedəcək. Çünki hər bir insan üçün torpaq, Vətən ülvidir, hər bir şeydən ucadır, üstündür. Yaşayırıq ona görə ki, torpağımıza, dinimizə, milli ənənələrimizə sadiq olaq. Bu yolda hamımız bir olmalıyıq, hamımız da olacağıq. Şəhidlər vermişik, Allahın əmri ilə onların hamısı cənnətdədir. O şəhidlərin hamısı xalqımızın qəlbindədir. Onları heç vaxt unutmayacağıq. Bugünkü arzumuz müharibəni qurtarmaq, xalqımızı əmin-amanlığa çıxarmaq, xoşbəxt gələcəyə aparmaqdır. Əmin ola bilərsiniz ki, bir Prezident kimi mən bu yolla gedirəm və bu yolla gedəcəyəm. Bu müqəddəs bayramı sizinlə bir yerdə keçirməyimdən çox məmnunam. Bu müqəddəs amallar bizim hamımızı xoşbəxt gələcəyə aparacaqdır.

“Allah-Təala sizi bizə çox görməsin. Bu müqəddəs gün sizi hifz eləsin, dostlarınızı əziz, düşmən olanları isə dost eləsin”, - deyə yerlərdən səslər ucaldı. Ziyarətə gələnlər Heydər Əliyevi xeyir-dua ilə yola saldılar.

Daha sonra Azərbaycan Prezidenti Buzovna qəsəbəsindəki Həzrət Əli qədəmgahı - Əliayağı məscid-ziyarətgahına yola düşdü. Burada onu din xadimləri, möminlər qarşıladılar. Heydər Əliyev toplaşanlarla mehribancasına görüşdü, bayram münasibətilə onları təbik etdi. Möminlər dövlət başçısını dualarla qarşıladılar, ona cansağlığı arzuladılar. Prezident məscidi ziyarət etdi və möminlərin qarşısında çıxış etdi.

... Maştağa qəsəbəsindəki Cümə məscidinin həyətində yüzlərlə adam var idi. Orucluq bayramı günü Prezidentin məscidə gələcəyini eşidən qəsəbə sakinləri buraya toplaşmışdılar. Məscidin axundu, hacılar, digər din xadimləri Heydər Əliyevi səmimiyyətlə qarşıladılar. Məscidin girəcəyində Prezidentin ayaqları altında qurbanlar kəsildi. Onun keçəcəyi yola naxışlı xalçalar sərilmiş, üzərinə tər qərənfllər səpilmişdi.

Heydər Əliyev məsciddə dini mərasimin icrasında iştirak etdi, möminləri təbrik etdi, bayram münasibətilə onlara xoşbəxtlik, səadət arzuladı və bildirdi ki, Allahın köməyi ilə tezliklə Vətənimizdə sülh bərqərar olacaq, torpaqlarımız düşmən işğalından azad ediləcəkdir. Heydər Əliyev bu məqsəd naminə respublikanın bütün sakinlərini həmrəyliyə çağırdı.

Daha sonra dövlət başçısı Nardaran pirini ziyarət etdi. Ziyarətgaha toplaşanlar Azərbaycan Prezidentini hərarətlə qarşıladılar. Heydər Əliyev möminlərlə birlikdə dini mərasimdə iştirak etdi, müqəddəs Orucluq bayramı münasibəti ilə hamını təbrik etdi. O, ziyarətgaha toplaşanlar qarşısında çıxış edərək dedi:

- Bir Prezident kimi arzu edirəm ki, xalqımız daim firavan, azad yaşasın. Lakin təəssüf edirəm ki, azadlığa keçid dövründə respublikamızda cürbəcür əcaib hallar da meydana çıxır. Bəziləri azadlığı hərc-mərclik kimi başa düşür. Bu isə çox vaxt qanunların pozulmasına, cinayətkarlığın artmasına, insanların əxlaqının pozulmasına, gənclərin pis yola düşməsinə gətirib çıxarır ki, bu da bizi ciddi narahat edir. Bunlar hamısı qanunlara, milli-dini ənənələrə zidd olan hallardır. Ona görə də hərə öz məsuliyyətini dərk etməlidir. Xalqımız milli azadlığa çıxıb, dövlətimiz artıq müstəqildir, heç kəsdən asılı deyil. Deməli, biz öz evimizi necə istəsək, elə də quracağıq. “Ev” deyəndə mən Azərbaycanı nəzərdə tuturam. Yaxşı çalışsaq, bu evi işıqlı quracağıq. Əgər biganə qalsaq, bəzi hallarda pozğunluğa yol versək bu binanı yaxşı tikə bilməyəcəyik. Gəlin, hamımız əl-ələ verərək müstəqil Azərbaycanın, böyük Azərbaycan xalqının binasını, möhtəşəm binanı birlikdə gözəl tikək.

Dövlət başçısı toplaşanlar arasında gənclərin çox olduğunu nəzərə alaraq onlara müraciətlə dedi:

- Əziz gənclər, biz müstəqil dövlət kimi torpaqlarımızın hər bir qarışına sahib olmalı, işğal olunmuş ərazilərimizi geri qaytarmalıyıq. Hər bir gənc, hər bir vətəndaş bu yolda fədakarlıq göstərməlidir. Mən sizi - gəncləri bu yola dəvət edirəm. Sizi Azərbaycanın müstəqilliyini qorumağa, torpaqlarımızın azad edilməsi uğrunda mübarizəyə hazır olmağa çağırıram. Arzu edirəm ki, gələn Ramazan bayramını qələbədən sonra qeyd edək.

Möminlər Heydər Əliyevin çıxışını alqışlarla, “Amin, inşallah” sözləri ilə qarşıladılar.

Müqəddəs yerlərə ziyarət zamanı Prezidenti Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə, dövlət müşaviri Qabil Hüseynli, Bakı şəhər icra hakimiyyətinin başçısı Rafael Allahverdiyev və digər rəsmi şəxslər müşayiət edirdilər.

Aslan Aslanov

AZƏRTAC-ın müxbiri 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla Gürcüstan arasında din sahəsində əlaqələr müzakirə olunub

İraqda 7 milyon ədəd narkotik həbin qaçaqmalçılığının qarşısı alınıb

Qısamüddətli peşə təlimlərinə başlanılıb

Naxçıvanda şəhid övladları üçün bayram tədbiri keçirilib

YAP-ın İdarə Heyətinin iclasında 2024-cü il üzrə maliyyə hesabatı təqdim olunub

Valentina Matviyenko Azərbaycan Milli Xalça Muzeyi ilə tanış olub

Elm və təhsil naziri Şabranda vətəndaşların müraciətlərini dinləyib

® İnklüziv təşəbbüsləri dəstəkləyən “Nar” “DanceAbility” iştirakçıları ilə görüşüb

Praqada Novruz bayramı qeyd olunub

Azərbaycan Milli Məclisi və Rusiya Federal Məclisi Parlamentlərarası Əməkdaşlıq Komissiyasının növbəti iclası keçirilib

Beynəlxalq axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirilib

Norveç şirkəti Misirdə 1,1 QVt gücündə günəş enerjisi stansiyası tikəcək

Milli Məclisin sədri Sahibə Qafarovaya Rusiyanın “Dostluq” ordeni təqdim edilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Azərbaycanda aqrar elmlərin inkişafı tarixi və müasir problemləri müzakirə edilib

Qazaxıstanda qar uçqunu nəticəsində bir nəfər ölüb

Zabux kənd məktəbində Novruz şənliyi keçirilib

AMEA ilə Beynəlxalq Türk Akademiyasının əlaqələri genişləndirilir

Texnologiya nəhəngləri bir neçə ildən sonra süni intellektə ildə 500 milyard dollardan çox pul xərcləyəcək

XII Qlobal Bakı Forumu: Yeni dünya nizamında sülh, sabitlik və innovasiya - TƏHLİL

® “Azercell”dən Novruz bayramına xüsusi təklif!

RİNN yanında İctimai Şuranın üzvləri ilə görüş keçirilib

Mərkəzi Bankın sədri dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

UNEC ilə Bakı Fond Birjası arasında memorandum imzalanıb

® Unibankdan son çərşənbə aksiyası: Komissiyasız kredit!

Gürcüstanın Dəmir Yolu Məcəlləsi Aİ qanunvericiliyinə uyğunlaşdırılır

Bu il 420 mindən çox şəxs aktiv məşğulluq proqramlarına cəlb ediləcək

BDU-nun Psixoloji yardım sektoru məktəblilər üçün təlim keçib

Aleksey Çernışov: Mövcud vəziyyət dəyişərsə, ukraynalıların təxminən 70 faizi vətənə qayıda bilər

Balakəndə ağacəkmə aksiyasında 500-dən çox ting əkilib

Mnatsakanyan: İşğal edilmiş ərazilərdə hərbi cinayətləri Ermənistanın hərbi polisi və hərbi prokurorluğu araşdırıb

Qazaxıstan və Özbəkistan 2030-cu ilə qədər ticarət dövriyyəsini 10 milyard dollara çatdırmağı planlaşdırıb

Bu il Sumqayıt Kimya Sənaye Parkında 5-dən çox müəssisə fəaliyyətə başlayacaq

Dövlət qulluğu vəzifələri üzrə 2465 namizədlə 4322 müsahibənin keçirilməsi planlaşdırılır

Xaçmazdakı Şəxsiyyətlər Muzeyi yenidənqurma işlərindən sonra istifadəyə verilib VİDEO

Qazaxıstan ikinci və üçüncü AES-in inşa ediləcəyi məkanı müəyyənləşdirməyə başlayıb

“Qərbi Azərbaycan mövzusu 100 ildə” adlı dəyirmi masa təşkil olunub

Novruz bayramına həsr olunmuş “Gənc Bahar” layihəsi uğurla başa çatıb

Azərbaycan futzal millisinin Avropa çempionatının əsas mərhələsində keçirəcəyi iki oyuna təyinatlar açıqlanıb

Dövlət Məşğulluq Agentliyi Böyük Britaniyada növbəti dəfə mükafata layiq görülüb

DİM rəhbəri Azərbaycan dili üzrə sertifikasiya imtahanı ilə bağlı mütəxəssislərə müraciət etdi

Dünya nizamının transformasiyası: Azərbaycan müstəqillik nümunəsi göstərir - RƏY

Fələstinin Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatıb

Dövlət orqanlarında 513 vakant vəzifə ümumi müsahibəyə çıxarılıb

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi rütbəsi olan əməkdaşlarının, dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və xüsusi rütbəsi olan əməkdaşlarının xüsusi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

® “Expressbank”da Daun Sindromu Günü keçirilib

Yeməkləri mikrodalğalı sobada plastik qablarda niyə qızdırmaq olmaz?

Donald Tramp Cozef Baydenin əfv qərarını etibarsız hesab edib

Macarıstanın Müqəddəs Tacı başqa yerə köçürüləcək

Fransa iqtisadiyyatı 2024-cü ilin sonunda kiçilib

Baytarlıq preparatlarının Belarusla birgə istehsalının təmin olunması ilə bağlı müzakirə aparılıb

“Aztelekom” beynəlxalq mükafatla təltif edilib

Azərbaycan ilə Bosniya və Herseqovina arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib

Yanvarda 352 əkiz, 12 üçəm doğulub

ATGTİ sədri: Novruz bayramı gənclər arasında kreativ şəkildə təbliğ olunmalıdır

Mərkəzi Bank Balakəndə vətəndaşlarla səyyar görüş keçirəcək

Dünyadakı müasir çağırışlar Azərbaycanın təşəbbüsü və iştirakı ilə müzakirə olunur - ŞƏRH

BDU və Pakistanın COMSATS Universiteti arasında əməkdaşlıq haqqında niyyət protokolu imzalanıb

Ötən il Azərbaycanın siyasi sabitliyini, iqtisadi inkişafını və sosial rifahını artıran bir il kimi yadda qalıb - ŞƏRH

® “FCHAIN” gənc gimnast Züleyxa Şabanovanı ad günü münasibətilə təbrik edib

Ödəmə vaxtı keçmiş kreditlərin məbləği il ərzində 4,6 faiz artıb

Milli Aviasiya Akademiyasının müəllim və tələbələri “Starteck AZTR” proqramına qoşulublar

Əziz Ələkbərli: Qərbi Azərbaycana böyük qayıdış bizim strateji hədəfimizdir

Avropa İttifaqı Kiyevə 3,5 milyard avro dəyərində daha bir yardım tranşını təsdiqləyib

Lyova Mnatsakanyan: Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb

Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Yaqub Məmmədovun xatirəsi anılıb

İctimai iaşə dövriyyəsi artıb

Mirzə Uluqbəy adına Füzuli şəhər məktəbində bayram konserti təşkil edilib

“Sosial iş və sosial tədqiqat” mövzusunda beynəlxalq konfransına hazırlıq işləri davam edir

“Mənə tez-tez deyirlər ki, bu, kişi işidir” – Qaynaqçı qadın işi ilə hər kəsi heyran qoyub FOTO

Bu ilin iki ayında hər bir istehlakçı məhsul və xidmətlərə orta hesabla 577,6 manat xərcləyib

AMADA nümayəndələri Antidopinq Konvensiyasının Monitorinq Qrupunun iclasında iştirak ediblər

Valentina Matviyenko: Bu gün Rusiya ilə Azərbaycan strateji tərəfdaş və müttəfiqlərdir

Yanvarda 4700-dən çox cütlük nikaha daxil olub

“Arsenal” yayda hücumçu və yarımmüdafiəçi transfer etməyi planlaşdırır

Kənd təsərrüfatı naziri Masallıda vətəndaşların müraciətlərini dinləyib, fermerlərlə görüşüb

Kreml Rusiya və ABŞ prezidentlərinin qarşıdakı danışıqlarının detallarını açıqlamır

Bu il hər bir ölkə sakini 215 manatlıq ödənişli xidmətlərdən yararlanıb

Neft-qaz sektorunda 6,5 milyard manatlıq ÜDM istehsal olunub

Mnatsakanyan: Hər il Ermənistandan 7-8 min hərbi çağırışçı Azərbaycanın işğal edilmiş ərazilərində müddətli hərbi xidmətə göndərilirdi

Heydər Əliyev Beynəlxalq Aeroportu gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək

Azərbaycanın neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi açıqlanıb

Büdcənin icrasında ÜDM-in 7,2 faizi qədər profisit yaranıb

İtaliyada qar uçqunu nəticəsində iki nəfər həlak olub

Abşeron dairəvi dəmir yolunda bazar günləri reyslərinin sayı 10-dan 15-ə çatdırılıb

BDU nümayəndə heyəti Pakistanın NUTECH universitetində olub

Ukraynalı nazir: Sülhməramlılarla bağlı ideya hərbçilərini göndərməyə hazır olan ölkələrlə icra mərhələsindədir

Şimali Kiprdə Türk Dünyası Novruz Festivalı keçirəcək

Azərbaycan dili üzrə sertifikasiya imtahanının sınaq versiyası üçün onlayn platforma istifadəyə verilib

Naxçıvanda “İlandağ” geoloji parkı yaradılacaq

İqtisadi fəal əhalinin sayı açıqlanıb

Bakı-Pirşağı-Sumqayıt və Bakı-Xırdalan-Sumqayıt marşrutları üzrə artırılan reyslərin sayı açıqlanıb

Prezident İlham Əliyev şimali makedoniyalı həmkarına başsağlığı verib

Azərbaycanda əhalinin sayı açıqlanıb

AFFA rəhbərliyi U-21 millisinin düşərgəsini ziyarət edib

“Rəqəmsal tibb 4.0: problemlər, imkanlar və perspektivlər” II respublika elmi-praktik konfransı keçiriləcək

“Haber Global”: Ermənistana hərbi yardımı artıran Aİ öz siyasətinin ziddinə hərəkət edir

Milli Olimpiya Komitəsi federasiyalar üçün seminar təşkil edib

Bakı-Tbilisi-Ərzurum kəməri ilə 3 milyard kubmetrdən çox qaz nəql olunub

Muxtar respublikada ötən il 311 min ting əkilib