“Diplomatic World Sweden” saytında Orta Dəhlizin formalaşmasında Azərbaycanın əsas rolu haqqında məqalə dərc olunub

Stokholm, 25 iyun, Nərgiz Cəfərli, AZƏRTAC
İsveçdə siyasətçilər və xarici səfirliklərin əməkdaşları üçün nəzərdə tutulan “Diplomatic World Sweden” nəşrində Böyük İpək Yolunun müasir davamı olan - sürətlə inkişaf edən Orta Dəhliz haqqında geniş məqalə dərc edilib.
AZƏRTAC xəbər verir ki, burada tranzit ərazidən Avropa ilə Asiyanı birləşdirən bu strateji marşrutun əsas memarlarından birinə çevrilmiş Azərbaycanın roluna xüsusi diqqət yetirilir.
Məqalədə vurğulanır ki, əlverişli coğrafi mövqeyi və infrastruktura böyük sərmayə qoyuluşu sayəsində Azərbaycan yeni Avrasiya nəqliyyat məkanının mərkəzi halqasına çevrilib. Orta Dəhliz və ya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu bu gün Rusiyadan və ya Süveyş kanalından keçən ənənəvi ticarət yollarına əlverişli alternativdir. Çin və Avropa arasında yüklərin çatdırılma müddətləri 10-15 günə endirilib ki, bu da qlobal böhranlar və logistikanın şaxələndirilməsi zərurəti fonunda bu marşrutu xüsusilə cəlbedici edir.
Materialda mülahizələrindən sitat gətirilən Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev vurğulayır ki, Azərbaycan üçün Orta Dəhliz sadəcə nəqliyyat layihəsi deyil, mədəniyyətlərarası dialoq və regional əməkdaşlıq alətidir. Onun sözlərinə görə, yollar və ticarət marşrutları sivilizasiyalar arasında körpü kimi ölkənin min illik mədəni irsinin məntiqi davamıdır.
Azərbaycanın rəqəmsal infrastruktur, yaşıl enerji, limanların və dəmir yollarının modernləşdirilməsi sahələrindəki təşəbbüsləri də qeyd olunur. Bakı Limanının, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi və inkişafı, habelə infrastruktur layihələrinin maliyyələşdirməsi - bütün bunlar ölkənin strateji rolunu yerinə yetirmək üçün uzunmüddətli sadiqliyindən xəbər verir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.07.2025 [11:27]
BDYPİ sürücülərə növbəti dəfə xəbərdarlıq edib
- 16.07.2025 [07:49]
Azərbaycanla Çin arasında viza rejiminin ləğvi ilə bağlı saziş qüvvəyə minib
- 15.07.2025 [20:39]
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
“Əkinçi”- 150: Gələcəyə ismarıc
- [10:37]
Avropa İttifaqı Gürcüstan ilə bağlı qərar qəbul edə bilməyib
- 15.07.2025 [23:05]
Trans-Xəzər marşrutu üzrə tranzit həcmi 5 il ərzində 6 dəfə artıb
- 15.07.2025 [22:08]
NATO nümayəndə heyəti ilə görüş keçirilib
- 15.07.2025 [21:43]
“Neftçi” ekvadorlu futbolçunu transfer edib
- 15.07.2025 [21:25]
Naxçıvan Muxtar Respublikası Uşaq Kitabxanasına yeni kitablar təqdim olunub
- 15.07.2025 [21:06]
Vaqif Poeziya Günlərinin tarixi dəyişdirilib
- 15.07.2025 [20:39]
Zəfər parkı ərazisində Zəfər muzeyinin tikintisi sürətlə davam edir
- 15.07.2025 [19:49]
"Dəniz təbabəti ensiklopediyası" çapdan çıxıb
- 15.07.2025 [18:55]
Belqrad yaxınlığında yanğın baş verib
- 15.07.2025 [18:45]
Bosniya və Herseqovinada meşə yanğınları davam edir
- 15.07.2025 [18:35]
Göyçə gölündə suyun səviyyəsi aşağı düşüb
- 15.07.2025 [18:27]
Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib
- 15.07.2025 [18:25]
Bakıda XIX əsrə aid tarixi abidənin konservasiyadan sonra açılışı olub
- 15.07.2025 [18:13]
Səkkizinci ANİMAFİLM festivalının müsabiqə proqramı elan olunub
- 15.07.2025 [18:04]
Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib
- 15.07.2025 [17:36]
Azərbaycanda işgüzar səfərdə olan türk iş adamları ilə görüş keçirilib
- 15.07.2025 [17:29]
® “Ziraat Bank Azərbaycan”ın aktivlərinin cəmi 1 milyard manatı keçib
- 15.07.2025 [17:25]
Niderland səfirinin Azərbaycandakı fəaliyyəti başa çatır
- 15.07.2025 [17:25]
Pirallahıda sahibkarlarla biznes mühitinin inkişafı müzakirə edilib
- 15.07.2025 [17:22]
Ölkəmiz Avstraliyada keçirilən Multikultural Festivalda təmsil olunub
- 15.07.2025 [17:16]
Avropa İttifaqı İtaliyaya xəbərdarlıq edib
- 15.07.2025 [17:15]
Ukraynanın Baş naziri istefa verib
- 15.07.2025 [16:56]
Bolqarıstan mediası: SOCAR İsrailin enerji bazarına strateji çıxış əldə edir
- 15.07.2025 [16:46]
Böyük Britaniyada meşə yanğınları baş verib
- 15.07.2025 [16:41]