“DJABE” QRUPU MACAR MOTİVLƏRİNİ İFA ETMİŞDİR
AZƏRTAC xəbər verir ki, “Bakı -2007” Beynəlxalq caz festivalı çərçivəsində Azərbaycan Dövlət Filarmoniyasında Macarıstanın bir çox beynəlxalq mükafatlara layiq görüşmüş “Djabe” caz-fyujn qrupunun konserti olmuşdur.
Djabe nadir və fərqli macar musiqisinə və dünyanın digər xalqlarının musiqilərinə əsaslanan cazdır. Ferents Kovaç (truba, sümsü, skripka), Atilla Egerhazi (gitara), Andraş Şipoş (vokal), Şilard Banai (zərb alətləri) və Zoltan Kovaçdan (klavişli alətlər) ibarət qrup Macarıstanda ən populyarlarından biridir. Qrupun rəhbəri bəstəkar Tamaş Barabaşdır (bas gitara).