“DOİNG BUSİNESS” HESABATININ MÜƏLLİFİ SİEMON DYAKONOV DAŞINMAZ ƏMLAKIN DÖVLƏT REYESTRİ XİDMƏTİNDƏ OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, ölkəmizdə səfərdə olan “Doing Business” hesabatının əsas müəllifi Siemon Dyakonov aprelin 16-da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qurumun rəisi Arif Qaraşovla görüşmüşdür.
Arif Qaraşov qonağa Azərbaycanda daşınmaz əmlakın idarə olunması sahəsində görülmüş işlər, əldə edilmiş nailiyyətlər haqqında ətraflı məlumat vermiş, ölkə rəhbərliyinin müəyyən etdiyi vəzifələrə uyğun olaraq daşınmaz əmlak üzərində hüquqların etibarlı, səmərəli və şəffaf qeydiyyatı sisteminin qurulması, daşınmaz əmlakın sivil bazar infrastrukturunun formalaşdırılması yönündə həyata keçirilmiş tədbirlərin uğurlu nəticələrindən danışmışdır.
Xidmət rəisi Dünya Bankının dəstəyi ilə ölkəmizdə həyata keçirilən “Daşınmaz əmlakın qeydiyyatı” layihəsinə də toxunaraq qeyd etmişdir ki, bu layihə nəticəsində Azərbaycanda daşınmaz əmlakın idarə edilməsi sistemi ən qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılacaqdır.
Görüşdə Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Qreqori T.Yedjeyçak və Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycan üzrə nümayəndəsi Aliyə Əzimova iştirak etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:36]
® “Lexus RZ” – Elektrikli lüksün yeni erası
- 09.06.2026 [16:21]
® Qızıl kreditini bu banka gətirənlərə endirim var
- 09.06.2026 [16:17]
Qazaxıstan və Azərbaycan maliyyə nəzarəti üzrə təcrübə mübadiləsi aparıb
- 09.06.2026 [15:58]
Aktiv ƏDV ödəyicilərinin sayı 4,2 faiz artıb
- 09.06.2026 [14:37]