Donald Tramp: ABŞ-ın immiqrasiya sistemi potensialını aşıb
Bakı, 6 aprel, AZƏRTAC
ABŞ-ın immiqrasiya sistemi potensialını aşıb. Buna görə də ölkəyə qanunsuz keçidlərin qarşısı alınmalıdır. Son zamanlar Amerikanın cənub sərhədindən ölkəyə qanunsuz daxilolmaların sayı xeyli artıb. Bu, çox böyük bir problemdir. Bizim immiqrasiya sistemimiz buna davam gətirmir.
AZƏRTAC xarici KİV-ə istinadla xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp miqrasiya və sərhəd təhlükəsizliyi ilə bağlı keçirilən brifinqdə deyib.
Qeyd edək ki, D.Tramp ötən ayın sonunda Meksikanın qanunsuz köçkünlərin axınına mane olmayacağı təqdirdə bu ölkə ilə sərhədləri bağlaya biləcəyini demişdi. Meksikanın Prezidenti Andres Manuel Lopez Obrador ölkəsinin qanunsuz miqrasiya ilə mübarizədə əlindən gələni etdiyini və ABŞ ilə yaxşı əlaqələr qurmaq istədiklərini bildirmişdi.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]
Lihannanın faciəvi ölümü: Fransada ədalət sisteminin növbəti uğursuzluğu
- 09.06.2026 [11:41]
Futbol üzrə dünya çempionatının Somalidən olan hakimi ABŞ-yə buraxılmayıb
- 09.06.2026 [11:31]