DÖRD AYDA 9,6 MİLYARD MANATLIQ SƏNAYE MƏHSULU İSTEHSAL EDİLMİŞDİR
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirmişlər ki, bu ilin ilk dörd ayında fiziki şəxs kimi fəaliyyət göstərənlərin istehsal etdikləri məhsulların dəyəri də nəzərə alınmaqla 9,6 milyard manatlıq, yaxud keçən ilin müvafiq dövründə olduğundan 14,3 faiz çox sənaye məhsulu istehsal edilmişdir.
Sənaye məhsulunun 78,8 faizi mədənçıxarma bölməsində, 16,4 faizi emal bölməsində, 4,8 faizi elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi bölməsində istehsal olunmuşdur.
Mədənçıxarma bölməsində ötən ilin yanvar-apreli ilə müqayisədə məhsul istehsalı 14,7 faiz artmışdır. Dörd ay ərzində 15,8 milyon ton neft, 5,2 milyard kubmetr qaz hasil olunmuş, digər faydalı qazıntılar istehsalı 7,3 faiz artmışdır.
Emal bölməsində məhsul istehsalı 14,1 faiz artmışdır.
Məhsul buraxılışı qeyri-dövlət bölməsində 16,6 faiz, dövlət bölməsində isə 5,8 faiz artmışdır.
İstehsal olunmuş sənaye məhsulunun 99,8 faizi istehlakçılara göndərilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:23]
Kömür qiymətləri son 2,5 ilin maksimumuna yüksəlib
- 09.06.2026 [17:20]
“Fitch Ratings” qlobal iqtisadi sektor üzrə proqnozunu dəyişib
- 09.06.2026 [17:00]
Azərbaycandan Fransaya məhsul ixracının dəyəri 17 dəfədən çox artıb
- 09.06.2026 [16:36]
® “Lexus RZ” – Elektrikli lüksün yeni erası VİDEO
- 09.06.2026 [16:21]