DÖRD AYDA “YUNAYTED KREDİT BANK”IN AKTİVLƏRİ 35 FAİZ ARTMIŞDIR
AZƏRTAC xəbər verir ki, “Yunayted Kredit Bank”ın aktivlərinın ümumi məbləği 4 ayda 35 faiz artaraq, mayın 1-nə 32,2 milyon manata çatmışdır. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 84,8 faiz çoxdur.
Bu müddətdə bankın müştərilərə təqdim etdiyi kreditlərin məbləği 21,2 milyon manata - cari ilin əvvəlinə olan müvafiq göstəricidən 15,6 faiz çox olmuşdur. Bankın kredit portfelində istehlak kreditlərinin artım tempi yüksələrək məbləği 6 faiz artmışdır.
Dörd ayda bankın depozit portfeli 7,5 milyon manat, fiziki və hüquqi şəxslərdən cəlb etdiyi müddətli depozitlərin məbləği 5,4 milyon manat, bankın fiziki şəxslərdən cəlb etdiyi əmanətlərin məbləği isə 2008-ci ilin əvvəli ilə müqayisədə 21,6 faiz yüksəlmişdir.
Bankın ümumi gəlirləri 1,31 milyon manat, faiz gəlirləri 43,4 faiz, məcmu kapitalı 13,58 milyon manat, nizamnamə kapitalının məbləği isə 12,11 milyon manat təşkil etmişdir.
Bank Western Union, Express, Migom, Privat Money kimi beynəlxalq pul köçürmə sistemlərinə qoşulmuşdur.