Dövlət Agentliyi: 101 çeşiddə qeyri-qida malında Azərbaycan dilində etiket məlumatlarının olmadığı aşkarlanıb
Bakı, 13 avqust, AZƏRTAC
Cari ilin yanvar-iyun ayları ərzində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin istehlak bazarına nəzarət tədbirləri çərçivəsində 15 sahibkarlıq subyekti tərəfindən idxal olunan 101 çeşiddə qeyri-qida malının etiketində Azərbaycan dilində zəruri məlumatların olmadığı aşkarlanıb.
Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, görülən tədbirlər nəticəsində 11 sahibkarlıq subyekti tərəfindən məhsulların üzərində ana dilində məlumatların yerləşdirilməsi təmin olunub, digərləri ilə bağlı işlər davam etdirilir.
Qeyri-qida mallarının etiketlərində Azərbaycan dilində zəruri məlumatların yerləşdirilməsi istehlakçıların məhsul barədə dolğun məlumat əldə etməsini təmin edən amillərdən biridir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.09.2026 [19:21]
Cəmi 37 günə 9,2 kilometr yeni yol VİDEO
- 04.09.2026 [19:06]
Fatih Birol: Neft və təbii qaz uzun illər istifadə olunmağa davam edəcək
- 04.09.2026 [17:34]
AYNA: 32 müntəzəm marşrutun hərəkət sxemi dəyişdirilir
- 04.09.2026 [16:59]