CƏMİYYƏT
Dövlət Agentliyinin sədri: "ASAN xidmət" modeli BMT xətti ilə 4 qitəyə ixrac olunacaq
Bakı, 14 noyabr, AZƏRTAC
"ASAN xidmət" modeli BMT xətti ilə dörd qitəyə ixrac olunacaq.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev jurnalistlərə müsahibəsində deyib.
"Azərbaycanın "ASAN xidmət" brendini 20-dən artıq ölkəyə intellektual məhsul olaraq ixrac edirik. COP29 çərçivəsində BMT ilə "ASAN xidmət" arasında növbəti töhfə anlaşması imzalanıb. Anlaşmaya əsasən "ASAN xidmət" modelinin BMT xətti ilə 4 qitədə təşviqi və ixracı ilə bağlı işlər görəcəyik", - deyə Ü.Mehdiyev bildirib.