Dövlət Agentliyinin sədri: Böyük Qayıdış proqramı çərçivəsində peşə təhsili alan vətəndaşların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək VİDEO

Kürdəmir, 14 aprel, Rəşad Türkoğlu, AZƏRTAC
Aprelin 14-də “Təhsil haqqında” və “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarında edilən dəyişikliklərə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış vətəndaşlar üçün peşə təhsilinə əlçatanlıq artırılıb. Yeni dəyişikliklərə əsasən, 2025–2026-cı, 2026–2027-ci və 2027–2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə ödənişli əsaslarla qəbul olunmuş, habelə həmin müəssisələrdə ödənişli əsaslarla təhsil almaqda olan şəxslərin təhsil haqqı 2025-2026-cı tədris ilindən etibarən dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Bunu Kürdəmirdə AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin sədri Ceyhun Kərəmov deyib.
Onun sözlərinə görə, bu dəyişiklik Böyük Qayıdış proqramı çərçivəsində Qarabağa və işğaldan azad edilmiş digər ərazilərə qayıdan vətəndaşlar və onların övladları üçün peşə təhsilinə çıxışı daha da asanlaşdıracaq. “Bu təşəbbüs işğaldan azad edilmiş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin olunması, iqtisadi potensialın reallaşdırılması və əmək bazarının tələblərinə uyğun kadr potensialının formalaşdırılması məqsədi daşıyır. Ümid edirik ki, vətəndaşlarımız bu imkandan faydalanacaq və peşə təhsilinə maraq daha da artacaq,” – deyə Ceyhun Kərəmov əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 17.04.2025 [20:22]
Lənkəranda avtomobil kanala aşıb, xəsarət alan var
- 17.04.2025 [19:35]
Ali Məclisin komitə iclasında hökumətin hesabatı müzakirə olunub
- 17.04.2025 [18:50]
300 bal toplayan naxçıvanlı şagird: Məqsədim maliyyəçi olmaqdır
- 17.04.2025 [18:33]
Şabranda seldə batan daha bir nəfərin meyiti aşkarlanıb
- 17.04.2025 [17:15]
Ağdamda “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib
- 17.04.2025 [16:52]
Naxçıvanda informasiya və rabitə xidmətlərinin dəyəri 9 milyon manatı ötüb
- 17.04.2025 [16:32]