DÖVLƏT BÜDCƏSİNDƏN MALİYYƏLƏŞƏN BİR SIRA MUSİQİ KOLLEKTİVLƏRİ İŞÇİLƏRİNİN ƏMƏK HAQLARININ ARTIRILMASI HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
1. Niyazi adına Simfonik Orkestrin, Dövlət Mahnı və Rəqs Ansamblının və Səid Rüstəmov adına Dövlət Xalq Çalğı Alətləri Orkestrinin işçilərinin aylıq vəzifə maaşlarının 2006-cı il iyulun 1-dən 3 dəfə artırılması üçün cari ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondunun vəsaiti hesabına “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinə 97,0 min manat, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə 68,0 min manat yönəldilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyun 2006-cı il.