DÖVLƏT DUMASININ MİNİNCİ İCLASI OLMUŞDUR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, mayın 23-də Moskvada RF Federal Məclisi Dövlət Dumasının mininci iclası olmuşdur.
Yubiley iclasında Rusiya Prezident Administrasiyasının başçısı Sergey Narışkin, hökumət aparatının rəhbəri Sergey Sobyanin, yuxarı palatanın sədri Sergey Mironov, aşağı palatanın bütün beş çağırışının deputatları iştirak etmişlər.
S.Narışkin Rusiya Prezidenti Dmitri Medvedevin təbrik məktubunu oxumuşdur. Məktubda qeyd edilir ki, Rusiya dövlətinin başçısı parlamentin peşəkarlığını yüksək qiymətləndirir. Hökumətin sədri Vladimir Putinin təbrik məktubunu isə S.Sobyanin oxumuşdur. Məktubda Prezident ümidvar olduğunu bildirir ki, ölkənin icra və qanunverici orqanları bundan sonra da etibarlı və konstruktiv tərəfdaş olacaqlar.
Dövlət Dumasının sədri Boris Qrızlov Rusiya parlamentarizminin müasir mərhələsi haqqında məruzə ilə çıxış etmişdir. O vurğulamışdır ki, min iclas, ilk növbədə, simvoldur. Ən başlıcası isə əlbəttə, dövləti möhkəmləndirmək, rusiyalıların həyatının keyfiyyətini artırmaq, sabit inkişafı təmin etmək imkanı verən qanunlardır.
Həmin gün Rusiya deputatlarına ölkə qanunvericiliyinin inkişafında səmərəli fəaliyyətlərinə görə müxtəlif mükafatlar və fəxri fərmanlar təqdim olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:45]
Rusiyaya qarşı 21-ci sanksiyalar paketi: banklar və tankerlər hədəfdədir
- 09.06.2026 [15:44]
Yaponiyada H3 raketinin növbəti buraxılışı təxirə salınıb
- 09.06.2026 [15:30]
Filippindəki zəlzələ 145 mindən çox insana təsir göstərib
- 09.06.2026 [15:20]