Dövlət Dumasının sədri: AŞPA-da bütöv bir ölkəni və onun vətəndaşlarını təmsil edən milli nümayəndə heyətini nə üçün cəzalandırırlar?

Moskva, 12 yanvar, AZƏRTAC
“Avropa Şurası Parlament Assambleyasında (AŞPA) yaranmış vəziyyəti tənqid edən təkcə Rusiya deyil. Onu Türkiyə də, Azərbaycan da tənqid edir. Biz bu məsələni həmkarlarımızla müzakirə edəndə eşidirik və görürük ki, onlar da heyrətlənirlər: nə üçün belə olur? AŞPA-da bütöv bir ölkəni və onun vətəndaşlarını təmsil edən milli nümayəndə heyətini nə üçün cəzalandırırlar?”
AZƏRTAC xəbər verir ki, RF Dövlət Dumasının sədri Vyaçeslav Volodin “İnterfaks” agentliyinə müsahibəsində Rusiyanın AŞPA-ya qayıtması məsələsini şərh edərkən belə deyib.
Xatırladaq ki, Assambleyanın baş katibi Voytsex Savitski RF Dövlət Dumasına məktubla müraciət edərək Assambleyanın yanvarın 21-də Strasburqda işə başlayacaq qış sessiyasına RF-dən nümayəndə heyəti göndərilməsini təklif edir.
Dövlət Dumasının vitse-spikeri Pyotr Tolstoy və Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin rəhbəri Konstantin Kosaçev yanvarın 14-də Cenevrədə AŞPA-nın rəhbəri Lilian Mori Paskye ilə bu barədə məsləhətləşmələr aparacaqlar.
V.Volodin qeyd edib ki, Rusiyada AŞPA-ya böyük əhəmiyyət verilir. Dövlət Dumasının spikeri vurğulayıb: “Başqa ölkələrdə bu quruma o dərəcədə əhəmiyyət vermirlər. Ona görə ki, Avropa Şurasının üzvlərinin əksəriyyəti, eyni zamanda, Avropa İttifaqında və Avropa Parlamentində də iştirak edirlər, Avropa Parlamentinə deputatlar seçirlər. Buna görə də onların nəzərində Avropa Parlamenti birinci, AŞPA isə ikinci dərəcəlidir. Bu səbəbdən ona belə münasibət yaranıb. Bunu da başa düşmək lazımdır”.
RF Parlamenti sədrinin sözlərinə görə, Rusiya AŞPA-nın mövqeyini aydınlaşdırandan sonra bu beynəlxalq təşkilatla gələcək əməkdaşlıq barədə qərar qəbul edəcək.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
Superliqa: “Fənərbağça”dan möhtəşəm geridönüş
- 26.04.2025 [22:08]
Berlində Azərbaycanlı Həkimlərin Qurultayı keçirilib
- 26.04.2025 [21:49]
Misli Premyer Liqası: “Zirə” Tovuzda “Kəpəz”i məğlub edib
- 26.04.2025 [21:20]
Azərbaycanlı pianoçu Kembricdə beynəlxalq festivalda çıxış edib
- 26.04.2025 [20:22]
ADAU-da “Web of Science” platformasına dair təlim keçirilib
- 26.04.2025 [20:15]
Balakəndə 200-ə yaxın sakin oftalmoloji müayinədən keçib
- 26.04.2025 [20:03]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib
- 26.04.2025 [19:49]
Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medal qazanıb
- 26.04.2025 [18:57]
Brnoda şəhərin azad edilməsi zamanı həlak olanların xatirəsi anılıb
- 26.04.2025 [18:30]
“Yüksəliş” müsabiqəsi çərçivəsində beşinci dəfə intellektual yarış keçirilib
- 26.04.2025 [18:18]
Xabarovskda Azərbaycan diasporunun dəstəyi ilə uşaq hokkey turniri keçirilib
- 26.04.2025 [17:42]
İngiltərə Premyer Liqası: "Çelsi" qələbə sayəsində dördüncü pilləyə yüksəlib
- 26.04.2025 [17:34]
Mingəçevirdə növbəti ağacəkmə aksiyası keçirilib
- 26.04.2025 [17:14]
Çexiyada qızıl xəzinəsi tapılıb
- 26.04.2025 [16:54]
Roma Papası dəfn edilib
- 26.04.2025 [16:38]
Şamaxıda “Erkən müayinə can qurtarır!” tibbi aksiyası keçirilib
- 26.04.2025 [16:24]
Volodimir Zelenski: Trampla təkbətək çox şeyi müzakirə etdik
- 26.04.2025 [16:16]
Azərbaycan Dünya Badminton Federasiyasının ali orqanında təmsil olunacaq
- 26.04.2025 [15:12]
Polis Xəzər və Nizami rayonları ərazisində oğurluq edən şəxsləri saxlayıb
- 26.04.2025 [14:48]
Zelenski və Tramp Romada görüşüblər
- 26.04.2025 [14:20]
Ədliyyə naziri İmişli rayonunda vətəndaşları qəbul edəcək
- 26.04.2025 [14:03]
BANM-ın “Agroficient” komandası 25 min avro investisiya qazanıb
- 26.04.2025 [13:40]
“McDonalds” Rusiya bazarına qayıdış prosesinə başlayıb
- 26.04.2025 [13:26]
Dəmir yolu stansiyasında silah-sursat aşkarlanıb
- 26.04.2025 [13:07]
Prezidentin Mətbuat Xidmətinin məlumatı
- 26.04.2025 [13:00]
Prokurorluq əməkdaşları iki hektar ərazidə 1250-dən çox ağac əkiblər
- 26.04.2025 [12:38]
Şərur rayon sakininin öldürülməsi ilə bağlı daha bir şəxs tutulub
- 26.04.2025 [12:28]
Sabah bəzi yerlərdə havanın arabir yağıntılı olacağı proqnozlaşdırılır
- 26.04.2025 [12:16]
Dəniz kənarında inşa edilən qanunsuz tikili sökülüb
- 26.04.2025 [11:58]
Premyer Liqa: "Zirə" "Kəpəz"in qonağı olacaq
- 26.04.2025 [11:44]
Dünya bazarında qızılın ucuzlaşması davam edir
- 26.04.2025 [11:15]
Dünya birjalarında neft bahalaşıb
- 26.04.2025 [11:10]
Axtarışda olan 75 nəfər saxlanılıb
- 26.04.2025 [10:59]
Azərbaycan neftinin qiyməti artıb
- 26.04.2025 [10:47]
Gəncə dovğası: dad, yaddaş və ənənələr
- 26.04.2025 [09:42]
Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür
- 26.04.2025 [09:30]
Qazaxıstan super kompüterin yaradılmasına 50 milyon dollar yatırım edəcək
- 26.04.2025 [09:22]
Bir yazıçı ömrünün manifesti...
- 26.04.2025 [09:00]
Viktor Orban: Ukrayna üçün Aİ-yə qoşulmaq hələ tezdir
- 26.04.2025 [06:32]
Yardımlıda qanvermə aksiyası keçirilib
- 26.04.2025 [04:47]
Avrasiya İqtisadi Zirvəsinin təqdimat tədbiri keçirilib
- 26.04.2025 [02:27]