DÖVLƏT FİLM FONDU “DOĞMA YURDUNA” QAYIDACAQ
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Film Fondunun yeni binasının tikintisi təxminən bu il avqustun sonunadək başa çatacaqdır. Mədəniyyət və turizm naziri Əbulfəs Qarayevin dediyinə görə, Dövlət Film Fondu ən müasir avadanlıqla təchiz olunacaqdır. İngilis, rus və alman şirkətləri bu sahədə öz xidmətlərini təklif edirlər.
Dövlət Film Fondu kinostudiyanın ərazisində yerləşəcəkdir. Kinostudiyanın özünə gəldikdə isə, burada da bərpa işləri aparılır, xüsusən, laboratoriya korpusu yenidən qurulur. Ə.Qarayev demişdir: “Aydındır ki, birdəfəyə “kinoşəhərciyi” təmir etmək mümkün deyil, buna görə də biz ən vacibindən başlamışıq”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [11:54]
Dilimiz milli-mədəni kimliyimizin təməlidir - yeni layihə
- 08.06.2026 [20:53]
İlmələrdə yaşayan yaddaş: Bakıda beynəlxalq qobelen sərgisi
- 08.06.2026 [17:52]
Niyazinin mənzil-muzeyində “Melodiyaların palitrası” adlı konsert olub
- 08.06.2026 [16:58]
Azərbaycan parfümeriya xammalı Fransada: “Lecheq” “SIMPPAR 2026”da
- 08.06.2026 [15:11]