DÖVLƏT FİLM FONDUNUN ARXİVİ YENİ SƏNƏDLƏRLƏ ZƏNGİNLƏŞMİŞDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan Dövlət Film Fonduna yeni sənədlər, ekran ustaları Atamoğlan Rzayevin və Əhməd Qəmərlinskinin yaradıcılığı ilə bağlı nadir arxiv fotoşəkilləri və materiallar daxil olmuşdur.
Dövlət Film Fondunun direktoru Cəmil Quliyevin dediyinə görə, fotoşəkillər onun rəhbərlik etdiyi quruma Atamoğlan Rzayevin oğlu Eldəniz tərəfindən verilmişdir. O qeyd etmişdir ki, Əhməd Qəmərlinskinin fotoşəkilləri əslində itirilmişdi və buna görə də yeni arxiv nüsxəsi tapıntı sayıla bilər.
Qeyd edək ki, hər iki aktyor 1937-ci ildə rejissor Leonid Trauberqin “19-cu il” filminə çəkilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]