DÖVLƏT GƏNC TAMAŞAÇILAR TEATRI YENİ MÖVSÜMDƏ
Birinci əsər Orxan Asenanın böyük türk dünyasının lideri Mustafa Kamal Paşa Atatürkün uşaqlıq illərinə həsr olunmuş “Mustafa” pyesidir. Azərbaycan səhnəsində ilk dəfə tamaşaya qoyulacaq əsərin quruluşçu rejissoru Loğman Kərimovdur. Mustafa rolunda gənc aktyor Elnur Hüseynov çıxış edəcəkdir. Digər rollarda əməkdar artist Azər Mirzəyev, aktyorlardan Ramiz Zərgərov, Kəmalə Hüseynova, Eyvaz İbrahimov, Şəbnəm Babayeva və başqaları oynayacaqlar.
Əməkdar artist Vaqif Əsədovun quruluş verdiyi ikinci əsər isə Aygün Həsənzadənin “Mağara” pyesidir. Qarabağ uğrunda gedən mübarizəni əks etdirən pyesin quruluşçu rəssamı Lətifə Quluzadə, bəstəkarı əməkdar incəsənət xadimi Cavanşir Quliyevdir. Əsas rollarda teatrın aparıcı aktyorları iştirak edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [17:43]
Rejissor Leonid Klyots: Cırtdan çox maraqlı personajdır
- 09.06.2026 [17:10]
Məti Osmanoğlu: Səməd Vurğun “böyük zaman” yolçusudur
- 09.06.2026 [15:53]
Fidan Hacıyeva: Rəşid Behbudovun repertuarı gənc ifaçılar üçün əsas mənbədir
- 09.06.2026 [15:52]
Uşaq Filarmoniyasında “Nağıl aləminə səyahət” adlı konsert təşkil edilib
- 09.06.2026 [11:54]