Dövlət İmtahan Mərkəzi “Magistr” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib

Bakı, 5 noyabr, AZƏRTAC
Dövlət İmtahan Mərkəzi (DİM) “Magistr” xüsusi buraxılışının 1-ci nömrəsini nəşr edib.
DİM-dən AZƏRTAC-a bildirilib ki, jurnalda Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul qaydaları, məntiqi təfəkkür, xarici dillər və informatika üzrə qəbul imtahanı proqramları, həmçinin məntiqi təfəkkürün yoxlanılması üzrə çoxseçimli və açıq tipli test tapşırığı nümunələri Azərbaycan və rus dillərində çap edilib.
Jurnalı “Abituriyent” satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu Ə.Salamzadə küçəsi, 28. (DİM-in binası), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.05.2025 [17:57]
AzMİU-da “İxtisasını tanıt” layihəsi çərçivəsində sərgi açılıb
- 23.05.2025 [17:37]
AzMİU-da tələbələr üçün tam təqaüdlü “CODEX” IT Akademiya fəaliyyətə başladı
- 23.05.2025 [17:35]
Elm və təhsil naziri Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb
- 23.05.2025 [17:04]