Dövlət İmtahan Mərkəzinin Şəkidə keçirdiyi qəbul imtahanında qayda pozuntusu qeydə alınmayıb
Şəki, 28 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Dövlət İmtahan Mərkəzinin aprelin 28-də Şəki şəhərində əvvəlki illərin məzunları üçün I, II, III və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının birinci mərhələsi, həmçinin V qrup üzrə ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsil müəssisələrinə (kolleclərə) qəbul imtahanları başa çatıb.
Dövlət İmtahan Mərkəzi Şəki regional bölməsinin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Şəki şəhərindəki fizika-riyaziyyat və humanitar təmayüllü liseydə və şəhər 12 nömrəli tam orta məktəbdə təşkil olunan imtahanlarda ümumilikdə 1037 nəfər iştirak edib. İmtahanların idarə olunmasına 9 imtahan rəhbəri və 95 nəzarətçi müəllim cəlb olunub.
Regional bölmənin müdirinin verdiyi məlumata görə, hər iki imtahan mərkəzində qəbul imtahanları mövcud təlimata uyğun keçib və heç bir qayda pozuntusuna yol verilməyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [12:58]
Şəkidə taxıl biçininə start verilib
- 09.06.2026 [12:32]
Naxçıvanda aktiv təsərrüfat subyektlərinin sayı 21,6 faiz artıb
- 09.06.2026 [12:32]
“Tərtər” bazarında yoxlama aparılıb
- 09.06.2026 [11:49]
Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub
- 09.06.2026 [11:35]
Baş prokuror Naxçıvanda vətəndaşların müraciətlərini dinləyəcək
- 09.06.2026 [11:27]
“YAŞAT” Fondu Şəkidə yaz düşərgəsi reallaşdırıb
- 09.06.2026 [10:38]