SİYASƏT
DÖVLƏT KOMİTƏSİNİN ƏMƏKDAŞLARI ABŞ-DA OLMUŞLAR
Komitənin əməkdaşı Elçin Əzimlinin sözlərinə görə, hazırda Birləşmiş Ştatlarda 500 minə yaxın azərbaycanlı yaşayır. Soydaşlarımızın həyat şəraiti normaldır, digər millətlər, o cümlədən ermənilərlə müqayisədə onların kriminogen ünsürlərlə bağlılıqları da yoxdur. Təkcə Kaliforniya ştatının həbsxanalarında 75 min erməni cəza çəkir. Amerika mətbuatının yazdığına görə, erməni mafiyası ölkə üçün ciddi problemlər yaradır.
Amerikada azərbaycanlıların 10-dan çox təşkilatının fəaliyyət göstərməsinə baxmayaraq, onlar arasında əlaqə yetərincə deyildir. Komitə əməkdaşlarının apardıqları məqsədyönlü işin nəticəsində bəzi ştatlarda yeni cəmiyyətlərin yaradılmasına başlanılmışdır. Kaliforniyadakı azərbaycanlılara ana dilini öyrənməkdə kömək məqsədi ilə bazar günü məktəblərinin yaradılması barədə razılıq əldə edilmişdir.