Dövlət Komitəsinin sədri Gürcüstandakı fiziki qüsurlu soydaşlarımızın problemləri ilə maraqlanıb
Tbilisi, 5 aprel, AZƏRTAC
Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Gürcüstana səfəri çərçivəsində Azərbaycanlı Əlillər Assosiasiyasının üzvləri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşvilinin də iştirak etdiyi tədbirdə Assosiasiyanın sədri Rövşən Əliyev və digər fiziki qüsurlu soydaşlarımız onları narahat edən məsələləri diqqətə çatdırıblar. Həmçinin görüşdə əlillərin problemlərinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.
Fuad Muradov Heydər Əliyev Fondunun hədiyyəsi olan 20 əlil arabasını Assosiasiyaya təqdim edib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [21:14]
Sabunçuda açıq ərazidə baş vermiş yanğın söndürülüb - YENİLƏNİB
- 09.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 09.06.2026 [18:50]