CƏMİYYƏT
Dövlət Miqrasiya Xidmətində bu ilin birinci yarısının yekunlarına həsr olunmuş onlayn mətbuat konfransı keçirilib VİDEO




Bakı, 28 iyul, AZƏRTAC
Dövlət Miqrasiya Xidmətində (DMX) cari ilin ilk altı ayının yekunlarına həsr olunmuş onlayn mətbuat konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə bu ilin ilk altı ayı ərzində miqrasiya sahəsində görülən işlər, əldə olunan nəticələr və statistik rəqəmlər barədə ətraflı məlumat verən DMX rəisi Vüsal Hüseynov hesabat dövründə ölkə rəhbərliyi tərəfindən Xidmət qarşısında müəyyənləşdirilmiş vəzifələrin vaxtında və uğurla yerinə yetirildiyini bildirib. Hesabat dövründə şəffaflığın və vətəndaş məmnunluğunun artırılması, qanunvericiliyin təkmilləşdirilməsi, inzibati prosedurların daha da sadələşdirilməsi, əcnəbilərin öz hüquqlarından səmərəli istifadəsinə şərait yaradılması, elektron xidmətlərdən geniş istifadə olunması istiqamətində tədbirlərin icrasının eləcə də müxtəlif sosial layihələrin davam etdirildiyi vurğulanıb.
COVID-19 infeksiyası ilə əlaqədar əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, eləcə də ölkə vətəndaşlarının sağlamlığının və təhlükəsizliyinin qorunması, onların rahatlığının təminatı məqsədilə məlumatlandırma tədbirlərinin davam etdirildiyini deyən qurumun rəisi bildirib ki, hesabat dövründə elektron xidmətlər yenilənib və sadələşdirilib. Tələb olunan sənədlərin siyahısı optimallaşdırılıb və güzəştlər müəyyənləşdirilib.
Sonda Xidmət rəisi jurnalistləri maraqlandıran sualları cavablandırıb.